çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Qarabağdan köçmüş ermənilər Ermənistanda da duruş gətirmirlər...

Image


Ermənistan hakimiyyəti Qarabağdan gələn erməniləri ölkə cəmiyyətinə inteqrasiya etməyə çalışır. Bu fonda Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə aparıcı təhlilçisi Coşua Kuçera yazır ki, Ermənistan hökuməti Qarabağ ermənilərinin ilk axınını uğurla idarə edib, amma sonradan onların tam inteqrasiyası zamanı yaranan çətinlik siyasi ziddiyyətlərə yol açıb.

Azərbaycan 2023-cü ildə birgünlük hərbi əməliyyatla ərazi bütövlüyünü bərpa edib. Bundan sonra Qarabağdan ermənilərin könüllü köçü başlayıb. İki ilə yaxın müddətdə Ermənistan hökuməti Qarabağ ermənilərinin kirayə və kommunal ödənişlər üçün subsidiya verib, iyunda isə bu pul kəsilib. Karin adlı erməni “Azatutyun” radiosuna bildirib: “Biz təzə gələndə hökumət çox kömək edirdi. İndi isə çoxumuz əlimizdə olanları da xərcləmişik, hökumət də yardımı kəsib. Qış qarabağlılar üçün çox, çox çətin keçəcək”. Ailə, çox güman, Rusiyaya köçə biləcəyinə ümid edir. Baş nazir Nikol Paşinyanın tənqidçiləri Qarabağ ermənilərindən özlərinin siyasi mübarizəsində alət kimi istifadə edirlər. Hökumətə yaxın bir təhlilçi “Azatutyun” radiosuna deyib: “Bu böhranı Ermənistan yaratmayıb. Nəticələrin İrəvanın ümidinə buraxılması ədalətsizlikdir”. C.Kuçera yazır ki, sülh təlaşı Qarabağ ermənilərini siyasi, iqtisadi və mənəvi baxımdan tərk olunmuş hiss etdirir: “Bu gərginlik həllini tapmasa, Qarabağdan köç edən ermənilər Ermənistan siyasəti və cəmiyyətində açıq yara olaraq qalacaq”. İyunda hökumət subsidiyaları kəsəndən Ermənistandan köç artıb. Onların çoxu Rusiyaya gedir. Masis şəhər rəsmisinin dediyinə görə, Qarabağ ermənilərinin sayı 20 faiz - azı 4 min nəfər azalıb. Rəsmi statistikaya görə, 2023-cü ildən bəri Ermənistandan 16 minədək Qarabağ ermənisi gedib. Qarabağın keçmiş separatçı rejim təmsilçiləri isə bu sayın azı 24 min ola biləcəyini deyirlər. C.Kuçera qaçqınların sosial gərginliklə də üzləşdiyini yazır. Qarabağ ermənilərinin köçü yerli ermənilərdə narazılıq yaradıb. Axı illərlə Qarabağ ölkə siyasətinin mərkəzində dayanıb. Qarabağ müharibələrində qurbanlar verilib. İndi isə Qarabağ erməniləri Ermənistanda onlara münasibətin yaxşı olmamasından gileylənirlər. Masisdəki Qarabağ ermənilərinin sözlərinə görə, onlara deyirlər ki, 2023-cü ildə Azərbaycan əməliyyat keçirəndə Qarabağ erməniləri gərək vuruşardılar. Qarabağ dialektini qorumağı hədəfləyən podkast qurucusu qaçqın isə “Facebook” postlarına təhqiramiz şərhlər gəldiyini deyib. Çoxları 2026-cı il parlament seçkiləri öncəsi gərginliyin qızışacağını gözləyirlər. Qarabağ erməniləri yalnız vətəndaşlıq alandan sonra səs verə bilərlər. Sentyabradək cəmi 16 min nəfər Ermənistan vətəndaşlığı almaq üçün müraciət edib.

C.Kuçera yazır ki, hətta əgər Qarabağ ermənilərinin hamısı səs verə bilsəydi belə, 1.3 milyon nəfər seçicinin cüzi hissəsini təşkil edərdi. Amma hakim partiya təmsilçiləri və tərəfdarları narahatdırlar ki, müxalif alyans, Qarabağ erməniləri və Rusiya onların idarəçiliyinə və daha geniş anlamda Azərbaycanla sülhə təhdid yaradır. Müəllif bu ehtimalın böyük olmadığını da vurğulayır. Saylarının azlığından savayı, Qarabağ erməniləri siyasətə, əsasən, laqeyd yanaşırlar. Ermənistanın baş naziri Nikol Paşinyan isə hesab edir ki, Qarabağ erməniləri Ermənistan Respublikasında məskunlaşmalı, Ermənistan vətəndaşlığı almalıdır: “Çörək üçün köç etmək məntiqindən əl çəkməliyik”. Qarabağ ermənilərinin ən çox üz tutduqları ölkə Rusiyadır. Hökumət miqrasiyanın qarşısını almaq üçün bəzi sosial proqramlar tətbiq etsə də, onların effekti olmadı. Çünki mənzil proqramlarından yararlanmaq üçün vətəndaşlıq şərti qoyuldu. Bu isə o deməkdir ki, Ermənistana yeni gəlmiş və hüquqi statusu qeyri-müəyyən olan şəxslər bu yardımlardan yararlana bilməzlər. Digər tərəfdən, Qarabağdan gəlmiş ermənilərə qarşı Ermənistanda dərin kökləri olan sosial-psixoloji və mədəni ayrı-seçkilik meyilləri var. Bu gərginliklər, qeyri-müəyyənliklər Qarabağ ermənilərinin Rusiya və Qərbə köçməsinə səbəb olur. Bununla yanaşı, Ermənistanda qalan Qarabağ erməniləri əvvəl olduğu kimi, indi də bəzi qüvvələrin əlində məqsədə çatmaq üçün alətdir. Bu cəhdlər Ermənistan cəmiyyətində daxili siyasi proseslərin və hakimiyyət uğrunda mübarizənin tərkib hissəsi olmaqla yanaşı, regionda sabitliyi pozmağa yönəlmiş uğursuz təşəbbüslər kimi dəyərləndirilir. Bu arada Rusiya da Qarabağ erməniləri kartından yararlanmağa can atır. Xatırladaq ki, “Rossotrudniçestvo”nun “Avrasiya” qeyri-kommersiya təşkilatı və Rus Humanitar Missiyası ilə birgə Ermənistanda həyata keçirdiyi Qarabağı tərk etmiş ermənilərə dəstək layihəsi ən azı 2026-cı ilə qədər uzadılıb. Rəsmi səbəb kimi “müraciətlərin davam edən axını” göstərilsə də, praktiki baxımdan söhbət Rusiyanın Qarabağ mövzusu ətrafında humanitar fəallığının davam etdirilməsindən gedir. “Rossotrudniçestvo” rəhbərinin müavini İqor Çayka bildirib ki, layihə əvvəlcədən uzunmüddətli olaraq planlaşdırılıb və məqsəd “Rusiyanın Qarabağ erməniləri ilə bir yerdə olduğunu” göstərməkdir.

Qeyd edək ki, bundan əvvəl “Rossotrudniçestvo”nun Qarabağı könüllü tərk etmiş vətəndaşların şəxsi məlumatlarını toplamaqla məşğul olduğu barədə məlumat yayılmışdı. Ermənistan hökumətinə yaxın mənbələrin bildirdiyinə görə, insanlardan pasportların, doğum haqqında şəhadətnamələrin və digər sənədlərin surətləri tələb olunur. Məlumatların toplanmasının humanitar yardım göstərilməsi bəhanəsi ilə aparıldığı qeyd edilir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ