şənbə günü, 17 oktyabr 2026
     

Azərbaycan sanksiyalarla boğulan iki ölkənin ümid yerinə çevrilir...

Image


Məlum olduğu kimi, Bakıda keçirilən MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclası çərçivəsində Azərbaycan, İran və Rusiya dəmir yolu operatorları arasında üçtərəfli Anlaşma Memorandumu imzalanıb.

Memorandumun imzalanması uzunmüddətli üçtərəfli əməkdaşlığın inkişafında və Şimal–Cənub marşrutunun qərb istiqamətinin effektivliyinin artırılmasında mühüm addım olacaq.

Sənəd tarif yanaşmalarının uzlaşdırılmasını, vahid kompleks tarifin formalaşdırılmasını, müntəzəm blok-qatarların buraxılmasını və daşımalar üzrə prosedurların təkmilləşdirilməsini nəzərdə tutur. Bu mexanizmlərin həyata keçirilməsi Rusiya, Azərbaycan və İran arasında daha proqnozlaşdırıla bilən, sürətli və iqtisadi cəhətdən səmərəli logistika zəncirinin qurulmasına imkan verəcək. Ümumilikdə, bu razılaşma tərəflərin beynəlxalq nəqliyyat dəhlizlərində etibarlı iştirakçı kimi mövqelərini gücləndirir və regionda tranzit axınlarının davamlı artması üçün əlverişli şərait yaradır. Məsələ ilə bağlı qazaxıstanlı siyasi şərhçi Zamir Karajanov bildirir ki, Cənubi Qafqazda və Xəzəryanı regionda formalaşan yeni nəqliyyat-siyasi dinamika fonunda Azərbaycan, İran və Rusiya arasında imzalanmış üçtərəfli memorandum Şimal-Cənub dəhlizinin geosiyasi məzmununu nəzərəçarpacaq dərəcədə yeniləyən və gücləndirən strateji sənəd kimi qiymətləndirilir. Onun sözlərinə görə, dəhlizin qərb istiqamətinin institutsional gücləndirilməsi regionda təkcə logistika effektivliyini deyil, həm də yeni əməkdaşlıq arxitekturasını müəyyənləşdirir. Ekspert qeyd edib ki, Rusiya ilə İran arasında dəmir yolu xətti ilk mərhələdə Xəzəryanı dövlətlər arasında iqtisadi-ticarət əlaqələrinin dərinləşdirilməsini hədəfləsə də, hazırkı qlobal siyasi konfiqurasiyada bu marşrutun geostrateji çəkisi əhəmiyyətli dərəcədə artıb. Zamir Karajanov Azərbaycanın rolunu xüsusi vurğulayaraq deyib: “Coğrafi mövqeyi və mövcud nəqliyyat infrastrukturunun müasirliyi sayəsində Azərbaycan bu logistika konstruksiyasının ayrılmaz hissəsidir. Bakı Rusiya ilə İranı, eləcə də Asiya və Cənub-Şərqi Asiya dövlətlərini birləşdirən əsas körpü funksiyasını yerinə yetirir. Bu, həm tranzit təhlükəsizliyi, həm də regional ticarət dövriyyəsinin şaxələndirilməsi baxımından strateji dəyər kəsb edir. Bu layihələr təkcə alternativ marşrutların genişləndirilməsi üçün deyil, Rusiyanın Asiya və Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələrinin dərinləşdirilməsi istiqamətində sistemli addımlardır. Şimal-Cənub dəhlizi isə bu siyasətin mərkəzi elementlərindən biridir. Marşrut Suveyş kanalı və Qırmızı dəniz kimi riskli və yüklənmiş qovşaqları yan keçməklə yükdaşımaların təhlükəsizliyini artırır, tranzit müddətini əhəmiyyətli şəkildə qısaldır və Rusiya ilə Asiya bazarları arasında yeni strateji bağlılıq yaradır”. Rusiyalı politoloq Darya Qrevsova isə vurğulayır ki, Azərbaycan, İran və Rusiya arasında imzalanmış üçtərəfli memorandum Şimal-Cənub dəhlizinin qərb hissəsində geosiyasi məzmunu köklü şəkildə yeniləyən hadisə kimi qiymətləndirilir. Onun sözlərinə görə, imzalanmış memorandum artıq sırf texniki razılaşma deyil, Şimal-Cənub dəhlizinin geosiyasi statusunu keyfiyyətcə dəyişən strateji sənəddir. Uzun illər bu marşrut əsasən konseptual layihə, bir-birindən ayrı dəmir yolu və dəniz sahələrindən ibarət xətt kimi mövcud idi.

Politoloq bildirib ki, məhz Azərbaycan, Rusiya və İran kimi üç əsas tranzit ölkəsinin bu memorandumu imzalaması ilk dəfə real üçtərəfli idarəetmə çərçivəsi yaradır. Tariflərin uzlaşdırılması, blok-qatarların koordinasiyalı buraxılması, logistika proseslərinin rəqəmsallaşdırılması kimi mexanizmlər marşrutu, sadəcə, yol deyil, vahid nəqliyyat arteriyasına çevirir.

Darya Qrevsova hesab edir ki, Qərbin sanksiyaları fonunda Rusiyanın tranzit imkanlarının məhdudlaşdırılması cəhdləri üçtərəfli mexanizmin yaradılmasına əlavə siyasi çalar verir: “Bu struktur, əslində, Rusiyanın, İranın və Azərbaycanın müstəqil, alternativ logistika arxitekturası formalaşdırmaq iradəsini göstərir. Bu, regionun nəqliyyat xəritəsində yeni geosiyasi reallığı təsdiqləyən güclü siqnaldır. Memorandum İran üçün də əhəmiyyətli dönüş nöqtəsidir. İran bu sənədlə öz tranzit rolunu hüquqi və institusional cəhətdən gücləndirir. O, Rusiyanı körfəz və Hindistan istiqamətində birləşdirən kritik həlqəyə çevirir ki, bu da Tehranın regional iqtisadiyyatdakı mövqeyini keyfiyyətcə yüksəldir”.

Politoloq qeyd edib ki, sənəd uzunmüddətli və proqnozlaşdırıla bilən logistika zəncirinin formalaşmasına zəmin yaradır. Bu mexanizm həm sürət, həm də iqtisadi səmərəlilik baxımından Şimal-Cənub xəttinin rəqabət qabiliyyətini artırır. Ekspert, həmçinin bildirib ki, marşrutun Azərbaycan ərazisindən keçməsi tərəflər üçün strateji üstünlüklər yaradır: “Rusiya üçün bu xətt cənub ticarət dəhlizlərinin diversifikasiyası deməkdirsə, İran üçün Cənubi Qafqaz və daha sonra Avropa bazarlarına stabil çıxış imkanı yaradır. Azərbaycan isə bu sistemdə kritik tranzit mərkəzi və strateji körpü funksiyasını icra edir. Azərbaycanın əlverişli coğrafi mövqeyi və siyasi sabitliyi ölkəni regionun ayrılmaz logistika qovşağına çevirir. Bu rol Azərbaycana yalnız tranzit gəlirləri deyil, həm də regional geosiyasi çəkisinin artması baxımından əlavə üstünlüklər qazandırır”. Amerikalı ekspert Umud Şokri isə bildirib ki, Şimal-Cənub dəhlizinin qərb istiqamətində institusional mexanizmlərin gücləndirilməsi regionda yeni nəqliyyat və siyasi çərçivənin yaranmasına səbəb olur. Regional tranzit zəncirlərinin yenidən qurulduğu bir vaxtda Azərbaycan, İran və Rusiya arasında imzalanmış üçtərəfli memorandum bu prosesdə mühüm mərhələ kimi dəyərləndirilir. Ekspertin sözlərinə görə, sənəddə tarif yanaşmalarının harmoniyası, vahid qiymət modelinin tətbiqi və blok-qatarların koordinasiyalı buraxılması Şimal-Cənub xəttində uzun müddət mövcud olan əməliyyat uyğunsuzluqlarını aradan qaldırmağa yönəlib. Logistika prosedurlarının rəqəmsallaşdırılması isə dəhlizin etibarlılıq göstəricilərini yüksəldir və institusional sabitliyi gücləndirir. Umud Şokri vurğulayıb ki, sanksiyalar səbəbindən xarici kapitala çıxış imkanları məhdudlaşan İran üçün bu memorandum xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Tehran ilk dəfə olaraq beynəlxalq standartlara yaxın koordinasiya mexanizminə qoşulur və Rəşt–Astara dəmir yolu ilə Xəzər limanlarında modernizasiya proseslərini daha sistemli şəkildə aparmaq imkanı əldə edir. Ekspert vurğulayıb ki, Rusiya üçün sənəd Qərb sanksiyalarının yaratdığı yeni logistika reallığında alternativ ticarət arteriyasının möhkəmləndirilməsinə şərait yaradır: “Bu, Moskvanın ticarət axınlarını Cənub və Cənub-Şərqi Asiya istiqamətində diversifikasiya etməsi baxımından mühüm amil kimi qiymətləndirilir”. Şokri qeyd edib ki, memorandumla Azərbaycan Şimal-Cənub marşrutunun siyasi və logistika koordinasiya mərkəzinə çevrilir: “Bakı həm İranın sanksiyalar altındakı iqtisadiyyatı üçün, həm də Rusiyanın dəyişən ticarət marşrutları arasında əsas bağlayıcı həlqə rolunu oynayır. Azərbaycan Avropa bazarlarının tələblərini nəzərə alaraq dəhlizin daha rəqabətqabiliyyətli və proqnozlaşdırıla bilən fəaliyyətini təmin edir”. Ekspertin fikrincə, Zəngəzur dəhlizinin açılması, Astara yük terminalının işə düşməsi və Orta Dəhliz üzrə artan dinamika Şimal-Cənub xətti üçün yeni rəqabət mühiti formalaşdırır. Dəhlizlər artıq ayrıca layihə kimi deyil, Azərbaycan, İran, Türkiyə, Qazaxıstan, Rusiya və Körfəz ölkələrinin tranzit baxımından artan geosiyasi maraqları fonunda ümumi regional yarışın elementinə çevrilir. Umud Şokri deyib ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub marşrutlarını eyni vaxtda idarə etməklə regionda nadir nəqliyyat sinxronlaşması yaradır.

Samirə SƏFƏROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ