Bazar günü günü, 11 oktyabr 2026
     

Avropa Azərbaycana münasibətini kəskin dəyişir - neft amili, ya Trampın acığına oyun...

Image


Tofiq Abbasov: "Qərbin təhlükəsizlik açarlarından biri də Azərbaycanın əlindədir"

İlham Əliyev ilə Antonio Koşta arasında Bakıda keçirilən görüş Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni mərhələnin formalaşdığını göstərən hadisələrdən biri kimi qiymətləndirilə bilər. Görüşdən sonra verilən birgə bəyanat tərəflərin siyasi, iqtisadi və regional məsələlər üzrə dialoqu genişləndirmək niyyətində olduğunu nümayiş etdirir. Bu isə son illərdə müəyyən gərginliklər yaşayan münasibətlərin daha praqmatik müstəviyə keçdiyini göstərən siqnal kimi dəyərləndirilə bilər.

Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa marağının əsas səbəblərindən biri enerji təhlükəsizliyi məsələsidir. Son illərdə qlobal enerji bazarında baş verən dəyişikliklər, həmçinin Avropanın enerji mənbələrini şaxələndirmək siyasəti Azərbaycanı strateji tərəfdaş kimi daha da önə çıxarıb. Xəzər regionunun enerji resursları və Cənubi Qafqazdan keçən enerji və nəqliyyat marşrutları Avropa üçün alternativ və etibarlı istiqamət kimi qiymətləndirilir. Bu səbəbdən Bakı ilə enerji əməkdaşlığının dərinləşdirilməsi Avropa üçün həm iqtisadi, həm də geosiyasi baxımdan əhəmiyyət daşıyır.

Digər tərəfdən, regionda dəyişən geosiyasi reallıqlar da Avropanın Cənubi Qafqaza münasibətinə təsir göstərir. Cənubi Qafqaz Avropa ilə Asiya arasında mühüm tranzit məkanı hesab olunur və bu regionda sabitliyin qorunması Avropa üçün strateji əhəmiyyət daşıyır. Azərbaycan isə həm enerji layihələri, həm də nəqliyyat dəhlizləri baxımından regionun əsas aktorlarından biri kimi çıxış edir. Bu baxımdan Avropa İttifaqı Azərbaycanla münasibətləri yalnız enerji sahəsi ilə məhdudlaşdırmır, həm də nəqliyyat, logistika və regional əməkdaşlıq istiqamətlərində genişləndirməyə çalışır.

Münasibətlərin yaxınlaşmasına təsir edən digər amillərdən biri də qlobal siyasətdə formalaşan yeni balanslardır. ABŞ-da baş verən siyasi proseslər və Qərb daxilində müxtəlif yanaşmalar Avropa dövlətlərini bəzi məsələlərdə daha müstəqil və praqmatik siyasət yürütməyə sövq edə bilər. Bu kontekstdə Donald Tramp kimi siyasətçilərin mövqeləri də Avropa ilə digər region ölkələri arasında münasibətlərin yenidən nəzərdən keçirilməsinə dolayı təsir göstərə bilər.

Nəticə etibarilə, Avropa İttifaqı ilə Azərbaycanın münasibətlərində müşahidə olunan yaxınlaşma tək bir səbəblə izah olunmur. Bu proses enerji təhlükəsizliyi, regional sabitlik, iqtisadi maraqlar və qlobal siyasi balansların dəyişməsi kimi bir neçə amilin birgə təsiri nəticəsində formalaşır. Bakı ilə Brüssel arasında dialoqun genişlənməsi isə göstərir ki, tərəflər qarşılıqlı maraqlar əsasında əməkdaşlığı daha da inkişaf etdirməyə çalışırlar.

Məsələyə münasibət bildirən politoloq Tofiq Abbasov “Bakı-Xəbər” qəzetinə bildirib ki, Avropa həmişəki kimi riyakar, yekəxana və həddən artıq özünü arxayın göstərmək istəyir: "Digər məqamları bir yana qoysaq, onun özünü həddən artıq qüdrətli göstərmək istəyi gülünc görünür. ABŞ-la münasibətlərdə Avropa özü alçalır, qətiyyətsiz görünür və sözünü deməkdə acizlik nümayiş etdirir. Bu onların daxili işidir. Biz görürük ki, onlar Azərbaycan, Türkiyə, Macarıstan və ya Slovakiya ilə münasibətlərdə özlərini necə ağır çəkili oyunçu kimi göstərməyə cəhd edirlər.

Məsələ burasındadır ki, Azərbaycanın diplomatiyası və Prezident İlham Əliyevin davranışı çox layiqli və bütövdür. Heç vaxt heç kimə əsas vermir ki, bizi haradasa alçaltsınlar, bizə irad və qeydlər etsinlər. Əksinə, biz öz arxayınlığımızı bacarığımız, gücümüz və imkanlarımızla təsdiqləyirik.

Biz bununla öyünmürük. Hətta böyük bir qələbəmizdən - 44 günlük müharibədən sonra belə göstərdik ki, illər boyu bizə problem yaradan, vətəndaşlarımıza qarşı vəhşilik və barbarlıq etmiş Ermənistana əl uzatdıq. Dedik ki, yaxşı, olan oldu, gəlin bizim yaratdığımız inteqrasiya imkanlarından yararlanın. Əgər bacarırsınızsa, layihələrimizə qoşulun.

İndi isə başqa məsələdir ki, Ermənistan çox götür-qoy etdikdən sonra Avropanın təzyiqləri altında oyunbazlıq etməyə çalışdı və bunun nəticəsi də çanaq öz başında çatladı.

O ki qaldı Avropaya, bəli, indi sirr deyil ki, Azərbaycan enerji sahəsində xüsusilə uğurlu siyasət yürüdür. Onlar anlayırlar ki, Qərbin təhlükəsizlik açarlarından biri də bizim əlimizdədir. Bəlkə də əsas açarlardan biri Azərbaycanın əlindədir.

Bu baxımdan biz heç bir dəyişiklik etmək niyyətində deyilik, çünki buna lüzum da yoxdur. Biz öz siyasi-diplomatik xəttimizi davam etdiririk. İstəyimiz də ondan ibarətdir ki, bütün tərəfdaşlarımız uğur qazansın, mənfəət əldə etsin. Biz buna da nail oluruq.

Avropa İttifaqının bəzi hallarda davranışı isə biabırçı və gülünc görünür. Bu, onların uğursuz oyunçu olduqlarını göstərir. İndi də görürük ki, Avropa bizə qarşı müəyyən iddialar irəli sürür. Biz isə onlara göstəririk ki, əvvəldən bizi düzgün qiymətləndirmirdiniz, indi isə gecikmiş siqnal kimi özünüzü göstərirsiniz ki, guya hər şey qaydasındadır.

Antonio Koştaya gəldikdə isə o, avropalı siyasətçilər arasında ən səmimi fiqurlardan biridir. O, cənubludur və damarlarında Afrika qanı axır. Onu klassik avropalılardan fərqləndirən cəhət də məhz səmimi siyasətçi olmasıdır. O, Avropa İttifaqının siyasətinə də müəyyən yeni çalarlar gətirir.

Eyni zamanda biz gizlətmirik ki, Avropa İttifaqı ilə münasibətlərimizi yüksək qiymətləndiririk, onların yerini və mahiyyətini bilirik. Bizim tələblərimiz ondan ibarətdir ki, onlarla bərabərhüquqlu münasibətlər quraq və həyata keçirdiyimiz layihələrin mənfəəti aramızda ədalətli bölüşdürülsün.

Antonio Koştanın açıqlamasında bir məqam da var ki, o bildirib: Avropa şirkətlərindən xahiş ediləcək ki, Azərbaycanla daha sıx əlaqələr qursunlar. Bu yaxşı təşəbbüsdür. Ancaq bu təşəbbüsün arxasınca Avropanın üzərinə düşən başqa bir məsuliyyət də var. Avropa çalışmalıdır ki, bu çağırışlardan sonra artıq əməli mexanizmləri işləyib hazırlasın.

Onlar bir daha dərk etməlidirlər ki, Azərbaycan sülhsevər ölkədir. Ermənistanla qarşıdurmada biz işğalın qurbanı olmuşuq və bizi işğalçı ilə eyniləşdirmək olmaz. Biz bunu istəyirik.

Fikrimizcə, Avropa cəmiyyəti bu həqiqətləri dərk edir. Müəyyən mənada Azərbaycanın xidmətlərini də yüksək qiymətləndirirlər. Münasibətlərimiz bu səviyyədə inkişaf edərsə, onda hər şey öz qaydasında davam edəcək və biz həm onlara töhfə verəcəyik, həm də özümüz uğur qazanacağıq”.

Akif NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ