Bazar günü günü, 11 oktyabr 2026
     

"Paşinyan seçilsə, Ermənistan olmayacaq"- müxalifətin hücumu...

Image


Abutalııb Səmədov: "Paşinyanı tək qoymaq olmaz, çünki o, təkcə Ermənistan üçün deyil, bütün Cənubi Qafqaz üçün mühüm işlər görür"

Sosial şəbəkələrin erməni seqmentində bildirilir ki, Baş nazir Nikol Paşinyanın administrasiyasındakı mənbələrin məlumatına görə, “Soyqırımı Muzeyi”nin direktorunun qanunsuz şəkildə vəzifədən azad edilməsindən sonra müvəqqəti icraçı direktor kimi muzey əməkdaşlarından biri təyin olunub.

Bu il 24 apreldən sonra isə muzey struktur dəyişiklikləri çərçivəsində ləğv edilərək Ermənistanın Milli Tarix Muzeyi ilə birləşdiriləcək. Daha sonra isə guya bina təmiri bəhanəsi ilə bütün "unikal" eksponatlar Milli Arxivin və Matenadaranın anbarlarına paylanacaq.

Bu tədbirlərin Türkiyə rəhbərliyi ilə razılaşdırıldığı bildirilir.

İddialara görə, çox güman ki, qarşıdan gələn 24 aprel qeyri-iş günü statusuna malik olan Matəm Gününün sonuncu günü olacaq: "Beləliklə, Papoyanın sözlərini parafraz etsək, “Vətəndaş Müqaviləsi” yenidən seçilərsə, Ermənistan olmayacaq." Məsələ ilə bağlı “Bakı-Xəbər” qəzetinin müxbiri ilə fikirlərini bölüşən politoloq Abutalıb Səmədovun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan son aylarda bir neçə dəfə açıq şəkildə bəyan edib ki, onun hədəfi sülh məntiqinə əsaslanan yeni Ermənistan Respublikasının qurmaqdır.

“Biz qonşularla münasibətlərdə konflikt yaratmaq düşüncəsindən xilas olmalıyıq”, - deyə Paşinyan bildirir. Baş nazirin fikrincə, bu cür Ermənistan nə yaşaya, nə də inkişaf edə bilər: "Nikol Paşinyanın atdığı addımlar göstərir ki, o, yalnız bəyanatlar verməklə kifayətlənmir, eyni zamanda real işlər görmək üçün qətiyyət və cəsarət nümayiş etdirir".

Ekspert qeyd edir ki, bunun nümunələrindən biri də “erməni soyqırımı” iddialarına münasibətdə nümayiş olunan yanaşmadır: “Ermənistan Türkiyə ilə qonşudur və Paşinyan yaxşı başa düşür ki, bu ölkə ilə düşmənçilik münasibətlərini davam etdirmək, uydurma soyqırımı iddialarını daim gündəmdə saxlamaq Ermənistan dövlətinə heç nə qazandırmayacaq. Bu cür iddialar bəlkə də hansısa xarici qüvvələrin maraqlarına xidmət edə bilər, lakin Ermənistanın dövlət maraqlarına ziddir”.

Politoloq bildirir ki, Paşinyan Qarabağ məsələsi ilə bağlı da kifayət qədər qətiyyətli mövqe nümayiş etdirib. O, açıq şəkildə bildirib ki, Qarabağ ermənilərinin geri qayıtması məsələsini gündəmə gətirməyin tərəfdarı deyil. Onun fikrincə, Azərbaycan Qarabağ məsələsini köklü şəkildə həll edib və bu mövzunu yenidən gündəmə gətirmək Ermənistana heç nə qazandırmayacaq.

“Belə olarsa, həm Azərbaycanla münasibətlər pozular, həm də Qarabağa qayıdış mövzusu qaldırılsa, Azərbaycan da Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmasını tələb edəcək. Ermənistan isə bunu böyük narahatlıqla qarşılayır”, – deyə politoloq bildirib.

Ekspertin sözlərinə görə, Paşinyanın tutduğu siyasi xətt, atdığı addımlar və səsləndirdiyi bəyanatlar son dərəcə cəsarətli addımlar kimi qiymətləndirilməlidir və Qərb ona zəruri dəstəyi verməlidir.

Qarşıdan gələn parlament seçkilərində rusiyameyilli qüvvələr nəyin bahasına olursa olsun qalib gəlməyə çalışacaqlar. Rusiya da kifayət qədər fəal mövqe tutur və öz tərəfdarları olan partiyalara müxtəlif formalarda yardım göstərir. İlk dəfədir ki, rusiyameyilli qüvvələr seçkilərdə blok şəklində iştirak edəcəklərini bildiriblər.

Belə ki, iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi siyasi qüvvələr -Daşnaksütun və Robert Kocharyanın rəhbərlik etdiyi "Hayastan" blokunun birləşəcəyi bildirilir. Çox güman ki, digər rusiyayönlü partiyalar da bu bloka qoşulmağa çalışacaq və ya seçkilərdə ayrıca iştirak edib sonradan birləşmə variantını seçəcəklər.

Politoloqun fikrincə, Paşinyanın əsas rəqibi məhz rusiyameyilli siyasi qüvvələr olacaq. Əgər Paşinyan məğlub olsa, hakimiyyətə rusiyayönlü qüvvələr gələcək və Rusiyada tez-tez səslənən “Qarabağ məsələsi hələ bitməyib” bəyanatları real fəaliyyət mərhələsinə keçə bilər.

Belə olan halda, 1990-cı illərdə olduğu kimi, Rusiya yenidən Ermənistanı alət kimi istifadə edərək regionda öz nüfuzunu möhkəmləndirməyə çalışacaq.

Ekspert hesab edir ki, bu təhlükələr mütləq nəzərə alınmalıdır və Qərb, eləcə də Türkiyə indiki Ermənistan hakimiyyətinə dəstək verməlidir. O qeyd edir ki, Azərbaycan hakimiyyətinin tutduğu mövqe və atdığı addımlar da digər dövlətlər üçün nümunə sayıla bilər. Ermənistana yanacaq məhsullarının göndərilməsi, Rusiyadan və Mərkəzi Asiya ölkələrindən gələn yüklərin Azərbaycan ərazisindən keçərək Ermənistana çatdırılması kimi addımlar Paşinyan hakimiyyətinin mövqeyinin möhkəmlənməsinə təsir göstərir.

Politoloq əlavə edib ki, ABŞ-ın vitse-prezidenti J. D. Vencein Ermənistana səfərinin məqsədlərindən biri də seçkilər ərəfəsində Paşinyana siyasi dəstək nümayiş etdirmək idi. Onun sözlərinə görə, ABŞ-ın mövcud təhlükələri düzgün qiymətləndirməsi müəyyən ümidlər yaradır.

Səmədov hesab edir ki, Paşinyanı tək qoymaq olmaz. Çünki o, təkcə Ermənistan üçün deyil, bütün Cənubi Qafqaz üçün ciddi əhəmiyyət daşıyan addımlar atır və bu proses yarımçıq qalmamalıdır. Onun fikrincə, yaxın vaxtlarda Ermənistanda bu miqyasda ikinci belə siyasətçinin meydana çıxması ehtimalı çox azdır.

Politoloq qeyd edir ki, Paşinyanın atdığı addımlar Ermənistan cəmiyyətinin müəyyən hissəsi tərəfindən narazılıqla qarşılanır. Çünki uzun illər ərzində bu insanlara Türkiyə və Azərbaycanın düşmən olduğu barədə təbliğat aparılıb, qonşularla münasibətlər düşmənçilik üzərində qurulub.

İndi isə Paşinyan sülh məntiqinə əsaslanan respublika qurmaqdan danışır. O, Ermənistan Konstitusiyasında dəyişiklik edilməli olduğunu, ərazi iddialarının sənəddən çıxarılmalı olduğunu və qonşularla normal münasibətlərin qurulmasının vacibliyini bildirir.

Bu yanaşmanı qəbul etməyən qüvvələrin kifayət qədər olması səbəbindən Ermənistanda parlament seçkilərinin ağır siyasi mübarizə şəraitində keçəcəyi gözlənilir.

Akif NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ