İrana ABŞ-İsrail hücumlarının üçüncü həftəsində İsrail yeni bir addım atıb. İsrail Ordusu Livanda quru əməliyyatının başladığını elan edib.
"İDF Livanın cənubundakı Hizbullahın əsas qalalarına qarşı məhdud və hədəflənmiş quru əməliyyatlarına başlayıb. Bu fəaliyyət, bölgədə fəaliyyət göstərən yaraqlıları zərərsizləşdirmək və terror infrastrukturunu dağıtmaq, inkişaf etmiş müdafiə xətti yaratmaq və gücləndirmək məqsədi daşıyan daha geniş müdafiə səylərinin bir hissəsidir. Bu addım, Şimali İsraildə yaşayanlar üçün əlavə təhlükəsizlik təbəqəsi yaratmaq məqsədi daşıyır" - İsrail Ordusunun açıqlamasında deyilir.
Tahir TAĞIYEV