ABŞ və İsrail 28 fevraldan bəri İrana qarşı hücumlarını davam etdirir. Məlumata görə, İsfahan şəhərindəki bir fabrik raket hücumuna məruz qadıb.
Hücum zamanı qızdırıcı və soyuducu istehsal edən fabrikdə çoxlu işçinin olduğu və ən azı 15 nəfərin həyatını itirdiyi bildirilir. İsfahanın intensiv hava hücumlarına məruz qaldığı bildirilir.
İranın İsfahan şəhəri əvvəllər də ABŞ və İsrailin çoxsaylı hücumlarına məruz qalıb. Rejimə məxsus hərbi hədəflərlə yanaşı, hücumlar tarixi abidələr və xarici ölkələrə məxsus diplomatik nümayəndəliklərə də ciddi ziyan vurub.
Tahir TAĞIYEV