ABŞ və İsrail hücumlarının başlanğıcından bəri İranda "İran əleyhinə casusluq" ittihamı ilə 500 nəfərin saxlanıldığı açıqlanıb.
Yarırəsmi Tasnim Xəbər Agentliyinin məlumatına görə, bu barədə İran Təhlükəsizlik Xidmətinin rəisi Əhməd Rza Radan açıqlama verib.
Radan əlavə edib ki, "onlardan 250-si vurulacaq hədəflər barədə İran Beynəlxalq Televiziyasına kəşfiyyat məlumatı verən, silahlı qruplarla əlaqəsi olan və ictimai asayişi pozmağa cəhd edən şəxslərdir".
Radan saxlanılanları "casus" adlandıraraq iddia edib ki, onlar "düşmən və İran əleyhinə mediaya" məlumat veriblər.
SAMİRƏ