İspaniyanın "Barselona" klubu prezident seçkilərinin nəticələrini açıqlayıb. Kataloniya təmsilçisinin rəsmi saytında yer alan məlumata görə, hazırkı klub prezidenti Joan Laporta səslərin 68,18 faizini toplayaraq qalib gəlib. Onu 32 934 seçici dəstəkləyib. Laportanın rəqibi Viktor Fonta (29,78 faiz) 14 385 səs verilib. Bülletenlərin 984-ü (2,04 faiz) boş qalıb.
Mətləb