İsrail Baş naziri Benyamin Netanyahu İran hücumları zamanı öldüyü iddialarını təkzib etmək üçün sosial mediada video açıqlama verib. Kafedə qəhvə sifariş edərkən görüntülənən Netanyahu ölüm iddialarına istehza ilə cavab verib.
Sosial mediada yayılan iddialara cavab olaraq Netanyahu deyib: "Qəhvə üçün ölürəm. Hətta, bilirsiniz xalqım üçün ölürəm. Onların davranışları möhtəşəmdir."
Əlini qaldırıb beş barmağını göstərən Netanyahu "Barmaqları saymaq istəyirsən? Görürsən, onlar buradadır" deyərək sağlamlığının yerində olduğunu vurğulayıb.
Netanyahu bölgədəki hərbi fəaliyyətə və İrana qarşı əməliyyatlara diqqət çəkərək strateji mesajlar verib. Əməliyyatların gizliliyinə işarə edən Netanyahu deyib: "Hazırda paylaşa bilmədiyim şeylər edirik, amma bu gün İrana çox sərt zərbələr endiririk. Livanda da eyni şəkildə davam edirik".
Netanyahu insanları komandanlığın təlimatlarına əməl etməyə çağırıb: "Sizin mövqeyiniz mənə, hökumətə, orduya və Mossad-a güc verir. Çölə çıxın, təmiz hava alın, amma həmişə təhlükəsiz ərazilərə yaxın olun. Arxa komandanlığın təlimatlarına əməl etməyə davam edin. Şərtlər imkan verdikcə məhdudiyyətləri yumşaldacağıq."
Tahir TAĞIYEV