İranın ABŞ və İsrailə qarşı cavab hücumu zamanı ABŞ-ın Qüdsdəki konsulunun iqamətgahına da ziyan dəyib.
İsrailin "Yediot Ahronot" qəzeti ABŞ konsulunun Qüdsdəki binasına İran tərəfindən atılan və hava mücumundan müdafiə sistemləri tərəfindən havada vurulan raketdən düşən qəlpələrin zərər vurduğunu bildirib.
Xəbərdə konsulun adı və ya hadisə zamanı binada olub-olmadığı açıqlanmır. Digər tərəfdən nə Təl-Əviv, nə də Vaşinqton hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Tahir TAĞIYEV