ABŞ-ın Enerji naziri Kris Rayt ABŞ və İsrailin İrana davam edən hücumları ilə bağlı açıqlamalar verib. Rayt müharibənin yaxın bir neçə həftə ərzində bitə biləcəyini deyib.
"Bu münaqişənin yaxın bir neçə həftə ərzində, bəlkə də daha tez başa çatacağını düşünürən. Münaqişə yaxın bir neçə həftə ərzində başa çatacaq və sonra enerji təchizatında bərpa və qiymətlərin düşməsini görəcəyik" – deyə Rayt bildirib
ABŞ noyabr ayında keçiriləcək aralıq Konqres seçkilərindən əvvəl artan neft qiymətlərini aşağı salmaq və enerji təchizatını bərpa etmək istəsə də, İsraildə müharibə təbilləri çalınır.
İsrail ordusunun sözçüsü Efi Defrin CNN-ə müsahibəsində faktiki olaraq ABŞ-a meydan oxuyan açıqlamalar verib. Defrin ordu üçün vaxt məhdudiyyəti olmadığını vurğulayaraq deyib: " Ən azından aprelin ortalarında Pasxa bayramına qədər, yəni daha 3 həftə hücum planlarımız hazırdır. Qarşımızda minlərlə hədəf var".
Tahir TAĞIYEV