Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud ilə telefon danışığında Yaxın Şərqdə münaqişənin dayandırılması imkanlarını müzakirə edib. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat verib.
Bildirilib ki, telefon danışığı zamanı tərəflər regionda davam edən müharibənin dayandırılması istiqamətində atıla biləcək addımlar ətrafında fikir mübadiləsi aparıblar.
Mətləb