Misir Süveyş kanalında Rusiyaya aid neft tankerini saxlayıb. Bunun Süveyş kanalının tranzit haqlarının ödənilməməsi ilə bağlı olduğu bildirilir.
TASS-ın məlumatına görə, Qahirədəki Rusiya səfirliyi gəminin heyəti ilə əlaqə saxladıqlarını və lazımi dəstəyi göstərdiklərini bildirib. Diplomatik mənbələr Misir hakimiyyətinin rus dənizçilərinin gəmidə quruya çıxmasına mane olmadığını, lakin heyətin gəminin sahibi şirkətlə ödəniş mübahisəsi həll olunana qədər bu variantdan istifadə etməsiyini bildirib.
Tahir TAĞIYEV