Cümə günü, 30 oktyabr 2026
     

BAMF COP29-da İqlim Böhranına qarşı QHT-lərin rolu mövzusunda müzakirə təşkil edib

Image


Dünən  COP29 konfransı çərçivəsində Yaşıl Zonada yerləşən Milli QHT Forumunun Pavilyonunda "İqlim Böhranında QHT-lərin Rolunun Gücləndirilməsi: Kənd Təsərrüfatının Davamlılığı, Su İdarəçiliyi və Qida Təhlükəsizliyinə dair əməkdaşlıq yanaşmaları" adlı panel müzakirəsi baş tutub. Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən təşkil olunan bu tədbirdə yerli və beynəlxalq ekspertlər QHT-lərin iqlim böhranına qarşı fəaliyyətlərini gücləndirmək üçün konkret görüləcək işləri və əməkdaşlıq imkanlarını müzakirə ediblər.  

Panelin açılış nitqində çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, iqlim böhranının kənd təsərrüfatı və su resursları üzərindəki təsirlərinə toxundu. O, xüsusilə, münaqişə sonrası ərazilərdə ekoloji və humanitar layihələr vasitəsilə icmalar üçün yeni inkişaf imkanları yaratmağı BAMF-ın bir vətəndaş cəmiyyəti təşkilatı olaraq əsas missiyalarından biri kimi qeyd etdi. Həmçinin, bu çətinliklərə cavab olaraq QHT-lərin su ehtiyatlarının idarə olunmasında, kənd təsərrüfatının davamlılığında və qida təhlükəsizliyinin qorunmasında əsas rol oynaya biləcəyini vurğuladı. Çıxışın sonunda Umud Mirzəyev iqlim dəyişikliyinin təsirlərini azaltmaq və yerli icmaların dayanıqlı inkişafını təmin etmək üçün QHT-lərin daha aktiv və strukturlaşmış təşəbbüslərə ehtiyacı olduğuna işarə etdi.  

Panelistlər arasında ilk olaraq söz alan Belçikadan dəvət olunmuş Angelė Kėdaitienė, keçmiş Avropa Komissiyası üzvü və Club Climate Europe - Qlobal İqlim Məktəbinin baş katibi kimi Avropada iqlim dəyişikliyinə qarşı mübarizədə beynəlxalq və hökümətlərarası təşkilatlarla əməkdaşlığın vacibliyindən danışıb. O, son illərdə Avropa üçün yaşıl pakt (anlaşma) haqqında insanların məlumatlılığının artırılmasının vacibliyini və bu istiqamətdə sıravi insanların və QHT-lərin təşəbbüslərinin yüksək səviyyədə dəstəkləndiyini qeyd edib: "QHT-lərin dayanıqlılıq strategiyalarının tətbiqi baxımından çox böyük imkanları var. Onlar bu gün rahatlıqla iqlim dəyişikliyi ilə mübarizədə məsuliyyət götürə və öz təsir dairələrini genişləndirə bilərlər. Bunun üçün yaxşı şanslar var. Mən BAMF və onun partnyoru "Sülhün Kökləri" təşkilatlarını bu şansları reallıqlara çevirən QHT-lər arasında nümunə çəkmək istərdim."

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Leyli Ağayeva isə iqlim böhranının təsirlərinə qarşı kənd təsərrüfatının dayanıqlılığının təmin olunması məsələlərinə toxunub: "İqlim dəyişikliyi kənd təsərrüfatı sektorunu ciddi sınaqlarla üz-üzə qoyur, amma eyni zamanda davamlı kənd təsərrüfatı sistemləri qurmaq üçün yeni imkanlar yaradır. Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü, yerli icmaları gücləndirmək, iqlimə uyğun texnologiyaları tanıtmaq və resursların effektiv istifadəsini təşviq etmək məqsədi daşıyır. Vətəndaş cəmiyyəti qurumları ilə əməkdaşlıq edərək, iqlim dəyişikliyinə qarşı daha davamlı və səmərəli kənd təsərrüfatı qurulmasına nail ola bilərik.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nümayəndəsi Aysel Səlimova isə qida təhlükəsizliyinin təmin edilməsinin əhəmiyyətindən danışıb: "Qida təhlükəsizliyi yalnız istehsal deyil, eyni zamanda məhsulların keyfiyyət və təhlükəsizlik standartlarının qorunması deməkdir və QHT-lərin bu sahədəki maarifləndirmə və təlim fəaliyyəti müstəsna əhəmiyyət daşıyır. Bu gün iqlim dəyişikliyinin çox kəskin şəkildə qida təhlükəsiziliyinə təsirlərinin şahidi oluruq. Sevindirici haldır ki, bu gün bu təsirə qarşı mübarizədə beynəlxalq və lokal səviyyədə tərəfdaşlıqların sayı artmaqdadır. 

Tədbirdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru professor Əlövsət Quliyev, iqlim dəyişikliyinin post-konflikt ərazilərdə kənd təsərrüfatı və ekoloji vəziyyət üzərindəki təsirlərinə toxundu. O, bu ərazilərdə su mənbələrinin, xüsusən də kəhrizlərin bərpasının əhəmiyyətini vurğuladı və QHT-lərin bu sahədə infrastrukturun yenilənməsi və ekosistemlərin bərpası üçün xüsusi layihələr icra etməli olduğunu bildirdi. Professor, post-konflikt bölgələrdə icmaların yenidən məskunlaşması və kənd təsərrüfatının inkişafı üçün su resurslarının bərpasının vacibliyini və QHT-lərin dövlət və beynəlxalq təşkilatlarla əməkdaşlığının əhəmiyyətini xüsusilə diqqətə çatdırdı.

"4 Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi üzrə Ərəb Platforması" təşkilatının prezidenti Kamel Esseghairi, iqlim böhranının təsirini azaltmaq üçün bərpa olunan enerji resurslarının kənd təsərrüfatına inteqrasiyasından bəhs etdi. Esseghairi, günəş və külək enerjisinin kənd təsərrüfatı və su ehtiyatları üzərindəki müsbət təsirini və davamlılıq yaratmaq üçün əhəmiyyətini vurğuladı. Onun sözlərinə görə, QHT-lər bərpa olunan enerji mənbələrinin tətbiq etməli, bu texnologiyaların təşviqi üçün pilot layihələr həyata keçirməli və icmalarla əlaqəli məlumatlandırma kampaniyaları təşkil etməlidir. Esseghairi vurğuladı ki, bu gün Azərbaycanın qarşısında 2030-cu ilədək bərpa olunan enerji mənbələrini 30%-dək artırmaq kimi bir hədəf var. Mən inanıram ki, hazırda bu istiqamətdə aparılan siyasətin nəticəsində biz mühüm dəyişikliklərin şahidi olacağıq. 

Panelin yekununda sual-cavab sessiyasında açıq müzakirələr baş tutub. Müzakirələr iqlim dəyişikliyinin kənd təsərrüfatı və qida təhlükəsizliyinə təsirlərini azaltmaq üçün QHT-lərin strateji rolunu vurğulayan və konkret fəaliyyətlərə yönəlmiş təkliflərlə yekunlaşdı.

Qeyd edək ki, BAMF 2013-cü ildən BMT-nin Ətraf Mühit Proqramının (UNEP) üzvüdür və indiyədək su resurslarının düzgün idarəolunması və icmalarda kənd təsərrüfatının inkişafı istəqamətində çoxsaylı layihələrin icraçısı olmuşdur.

ZÜMRÜD



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ