Cümə axşamı günü, 05 noyabr 2026
     

Blinkenin zəngi və Ermənistanın Qərbin sərəncamına verilməsi... - ŞƏRH

Image


Azərbaycanın tarixi Zəfəri, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ölkəmizin regionda və dünyada yerinin və rolunun daha da artmasında, söz sahibi olmasında əhəmiyyətli rol oynayır. Tarixi ədalətə və beynəlxalq hüquqa söykənən siyasətin uğurları davamlı olmaqla yanaşı, beynəlxalq münasibətlərdə əsas faktor olan etimad muhitinin qorunmasında da öz sözünü deməkdədir. Azərbaycanın dünya birliyində möhkəmlənən mövqeyi günümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Bu məqamı xüsusi qeyd etmək lazımdır ki, hazırkı dövrün əsas çağırışı olan sülh müqaviləsinin imzalanması ilə bağlı aparılan danışıqlar ərəfəsində, həmçinin ölkəmizin haqlı narazılığına səbəb olan hadisələr baş verəndə dərhal bəzi dünya gücləri rəsmilərinin Prezident İlham Əliyevə telefon zəngləri diqqətdən kənarda qalmır. Bu, Azərbaycanın nüfuzunun, qətiyyətli mövqeyinin, hər bir məsələyə ədalətli yanaşmasının göstəricisidir.

Məlum olduğu kimi, aprelin 5-də ABŞ-Avropa İttifaqı (Aİ) -Ermənistan üçtərəfli görüşü keçiriləcək. Azərbaycan tərəfi israr edir ki, 5 aprel görüşü təxirə salınsın. Amma Qərb bu məsələdə öz gündəliyini irəli aparmaqda israrlıdır. 5 aprel görüşü ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilir ki, ölkəmiz dəfələrlə Avropa İttifaqının, xüsusilə də onun bəzi üzv dövlətlərinin regionumuza münasibətdə müəyyən yanaşmaları və fəaliyyətləri ilə əlaqədar öz mövqeyini açıq şəkildə ifadə edib. Bəyanatda bu məsələyə xüsusi diqqət yetirilir ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda, hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz ölkəmizin ərazilərindən çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dan bu formada birmənalı dəstək almayıb. Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli, qərəzli xarakter daşıyır və məsələyə ikili standartlarla yanaşılmasına əsaslanır. ABŞ-Avropa İttifaqı-Ermənistan müştərək konfransı tam şəffaf şəkildə keçirilmir. Bu addım regionda çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya ziddir. Bu konfrans erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaratmağı hədəfləyir. Aprelin 3-də ABŞ Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə telefon zəngində üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini bildirdi. Blinkenin zəngi və vəziyyəti izah etməyə çalışması dövlətimizin başçısının qlobal müstəvidə nüfuzunun göstəricisidir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyev ABŞ Dövlət katibi ilə telefon danışığı zamanı anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını xüsusi qeyd etdi. Təəssüf ki, dünya güclərinin hüquq problemini yaşamaları mövcud münaqişələrin həllinə öz mənfi təsirini göstərir. Bu gün Amerikanın və Avropa İttifaqının üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək, birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə, ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələləri də müzakirə etmələri çoxsaylı sualların yaranmasına səbəb olmaya bilməz. Hazırkı dövrün əsas çağırışı regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün ölkəmizin qarşı tərəfə təklif etdiyi sülh müqaviləsinin imzalanmasıdır. Amma görünən budur ki, bəzi dünya gücləri hər vasitə ilə bu prosesin uzadılmasına cəhd göstərirlər. Bunu aprelin 2-də Fransanın Avropa və xarici işlər nazirinin ABŞ Dövlət katibi ilə birgə mətbuat konfransında Azərbaycanla bağlı səsləndirdiyi əsassız iddialar da təsdiqləyir. Belə ki, Fransanın Avropa və xarici işlər naziri Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü tanımamaqda, Ermənistana qarşı təhlükə mənbəyi olmaqda ittiham edib. Görünür, Fransa rəsmisi unudub ki, sülh təklifinin müəllifi Azərbaycandır. Həmin sülh müqaviləsi beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edir ki, onlardan biri tərəflərin biri-birinin ərazi bütövlüyünü tanımasıdır. Bununla bağlı müxtəlif formatlarda və tərkiblərdə keçirilən görüşlərdə Ermənistanın baş naziri Azərbaycanın sülh təklifini dəstəklədiyi halda həmin görüşlərdən dərhal sonra fikirlərində dəyişiklik edərək qeyri-ciddi bəyanatları ilə gündəmə gəlir. Bu da başadüşüləndir. Çünki Fransanın məsələyə müdaxiləsi, Ermənistanın baş nazirinin Parisdən və Vaşinqtondan aldığı göstərişlər vəziyyətin gərginləşməsinə gətirib çıxarır. Prezident İlham Əliyev sözügedən telefon danışığında diqqəti məhz Fransanın Avropa və xarici işlər nazirinin qeyri-ciddi fikirlərinə yönəldərək bildirdi ki, Azərbaycan 2022-ci ildə Praqa görüşü zamanı qəbul edilmiş bəyanata və Alma-Ata Bəyannaməsinə sadiqdir.

Vurğulanıb ki, Antoni Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını bildirsə də, Prezident əsaslı şəkildə bu üçtərəfli görüşün Azərbaycanın haqlı iradlarına səbəb olduğunu, təxirə salınmadığını önə çəkərək atılan bu addımın Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracağını bir daha diqqətə çatdırdı. Blinkenin görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyi ilə əsaslandırması maraq doğurmaya bilməz. Təbii ki, ABŞ rəsmisi Ermənistanın iqtisadi vəziyyətinin yaxşılaşdırılmasının ən vacib yollarından birinin məhz sülh müqaviləsinin imzalanması olduğunu bilməmiş deyil. Bu baxımdan dünya gücləri regionda vəziyyətin gərginləşməsinə gətirib çıxaracaq qeyri-formal görüşlərin keçirilməsinə deyil, sülh müqaviləsinin imzalanmasına dəstək olmaqla işğalçı dövlətin iqtisadi vəziyyətinin yaxşılaşmasına kömək etmiş olarlar. Kommunikasiyaların açılması, yeni əməkdaşlıq formatlarının yaradılması üçün sülh müqaviləsinin imzalanması bu gün həllini gözləyən ən vacib məsələdir. Amma görünən odur ki, hazırlanan ssenari bu problemin həllini deyil, Ermənistanın tam şəkildə Qərbin sərəncamına verilməsini nəzərdə tutur. Ermənistan 30 il ərzində regionda Rusiyanın platsdarmı olub, indi isə Fransa başda olmaqla, Qərbin hərbi platsdarmına çevrilir.

YAP Xətai rayon təşkilatının sədri hadisələrin təhlili əsasında belə bir ümumiləşdirməni aparıb ki, Cənubi Qafqaz regionunda cərəyan edən geosiyasi oyunlar sanki Üçüncü Dünya müharibəsinin və dünyanın yenidən bölüşdürülməsi ssenarisinin tərkib hissəsidir. Əvvəlki status-kvo Azərbaycan və Türkiyədən başqa hamını qane edirdi. Bu, Azərbaycan torpaqlarının işğalına və Cənubi Qafqazda ikinci erməni dövlətinin yaranmasına hesablanmış ssenari idi. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atmaqla, həmçinin ötən il həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində suverenliyimizi tam bərpa etməklə regionda yeni reallıq və status-kvo yaratdı. Təəssüf ki, Qərb və Ermənistanın digər havadarları bununla barışmaq istəmir. Bu gün ABŞ və Avropa İttifaqının Ermənistanın təhlükəsizliyinə hansısa "təminatlar" vermələri, silahlandırmaları, maliyyə yardımı ayırmaları və sair kimi addımlar işğalçı dövlətin danışıqlarda manipulyasiya etməsinə imkan yaradacaq, yekunda sülh prosesinə zərbə olacaq. Göründüyü kimi, əksər dünya gücləri hələ də öz maraqları naminə ədalətə və beynəlxalq hüquqa sığmayan addımlarından əl çəkmək haqqında düşünmür, əksinə vəziyyətin daha da gərginləşməsində, regionun yeni münaqişə ocağına çevrilməsində maraqlı görünürlər.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ