Cümə axşamı günü, 05 noyabr 2026
     

4 kənd məsələsi Ermənistanı qarışdırdı...

Image


Qazaxın anklav olmayan 4 kəndinin Azərbaycana qaytarılması hazırda Ermənistanda əsas müzakirə predmeti olaraq qalmaqdadır. Söhbət Bağanis Ayrım, Qızılhacılı, Xeyrimli, Aşağı Əskipara kəndlərindən gedir. 

Ermənistan rəsmiləri açıq mətnlə bildirirlər ki, kəndlər mümkün olduğu qədər qısa müddət ərzində Azərbaycana qaytarılmalıdır. Bu, həm də iki ölkənin sərhədlərin müəyyən edilməsi üçün müvafiq addımlar atmasına imkan verəcək. 

Məsələyə bu prizamadan yanaşan Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan qeyd edir ki, delimitasiya və demarkasiyanın məqsədi, bir tərəfdə Ermənistan, digər tərəfdə Azərbaycan olmaqla, sərhəd xəttini dəqiq müəyyən etməkdir: "Hər iki tərəf üçün məqbul olan, bu proses üçün əsas olacaq hüquqi xəritəni götürmək lazımdır". Ermənistanın baş naziri Nikol Paşinyanın infrastrukturların Ermənistan ərazisindən keçməsi üçün yenidən qurulmalı olduğu barədə bəyanatına toxunan nazir qeyd edib: "Bu ərazilərdə elə yerlər var ki, yollar və ya digər infrastrukturlar sərhədə kifayət qədər yaxındır, bəzi yerlərdə ola bilər ki, onlar sərhədi keçir, bu da o deməkdir ki, bəzi hissələrdə yenidən strukturlaşma məsələsi yarana bilər. Söhbət bu gün istifadədə olan yoldan gedir".

Ermənistana daxil olan yollar və ya qaz kəməri marşrutunun dəyişdirilməli olub-olmaması ilə bağlı aydınlaşdırıcı suala nazir belə cavab verib: "İş aparılmalıdır ki, nəticədə aydınlaşdıraq: yalnız yol və yalnız qaz kəmərindən söhbət gedir, yoxsa bu, digər infrastruktura da aiddir. Bu iş hələ başlamayıb, müddət də müəyyən edilməyib".O, artıq bu ərazilərdə alternativ yolların salınması ilə bağlı yayılan məlumatları təkzib edib. Tavuş qubernatoru Hayk Qalumyanın atası, deputat Volodya Qalumyanın erməni mediasına açıqlaması da xüsusi diqqət cəlb edir. O, hətta müəyyən qolların və kəmərlərin Azərbaycanın nəzarətinə keçməsinin də heç bir problem olmadığını bəyan edir: "Kirants ilə bitişik Xeyrimli kəndi də Azərbaycan kəndidir, burada həmişə azərbaycanlılar yaşayıb. O ərazilər Azərbaycan əraziləridir, buna heç bir şübhə yoxdur. Təbii ki, sakinlər bir-birinə yaxın olacaqlar, bu gün əvvəlki münasibətlər yoxdur deyə, bu da insanlarda narahatlıq yaradır. İcevanlı bir erməni kimi mən də bundan narahatam. İndi biz işlər görməliyik, yollar çəkməliyik, sədd olmalıdır, amma mən belə hesab edirəm ki, Azərbaycana azərbaycanlıların olanı verməliyik, bizim olanı götürməliyik". O bildirib ki, həmin əraziyə gedib insanları silahla sərhədi qorumağa təhrik etmək təxribatdır: "O kəndlərdə silahla döyüşmək, sərhədi qorumaq istəyənlər bir neçə dəqiqə ərzində yer üzündən silinəcək. Kənd yox olacaq, insanlar da. Heç kim bu barədə düşünmək istəmir". O, "bu halda azərbaycanlılarla burun-buruna yaşayacağıq, bu normaldırmı" sualına belə cavab verib: "Əvvəllər belə yaşamışıq". Deputat, həmçinin, o kəndlər Azərbaycana qaytarılacağı halda Gürcüstana gedən yolun və qaz kəmərlərinin də Azərbaycan ərazisinə düşəcəyi barədə sualı da eyni qaydada cavablandırıb: "Əvvəllər də belə olub". Qalumyan deyib ki, Ermənistan hələ döyüşməyə və qalib gəlməyə hazır deyil: "Ona görə də bu gün müharibədən qaçmalıyıq. Ölkəmizi yalnız sülh xilas edə bilər. Azərbaycan da sülh istəyir".

 Hakim "Vətəndaş Müqaviləsi" fraksiyasının deputatı Vahe Qalumyan da kəndlərin qaytarılmasının zəruri olduğunu bildirib: "Düzdür, bu ərazilərin Azərbaycana verilməsinin problemlər yaratdığını Baş nazir əskiparalılar ilə görüşündə də qeyd edib. Bəli, problemlər yaradır, lakin biz bunu etmək lazım olduğunu düşünürük. Tavusdan heç bir yaşayış məntəqəsi təhvil verilmir. Onlar Tavus vilayətində deyil. Tavus vilayətinin 4 genişləndirilmiş icması var, biz heç bir genişləndirilmiş icmanın inzibati ərazilərindən danışmırıq. Onlar Tavus vilayətində deyil. Ermənistanın inzibati ərazi bölgüsü qanununa əsasən, Tavus vilayətində bu yaşayış məntəqələri daxil olmayan 4 genişləndirilmiş icma var. Burada söhbət tarixi ərazilərdən yox, Ermənistanın BMT tərəfindən hansı ərazi ilə, hansı xəritə ilə, neçə kvadrat kilometrlə tanınmasından gedir". Jurnalistlərin "Bu güzəştdən sonra bitişik erməni kəndləri Azərbaycanın hədəfinə düşəcək" fikrinə erməni deputat belə cavab verib: "Nə təklif edirsiniz, bizim olmayanı, heç bir qanuni əsaslandırmasına sahib olmadığımızı güzəştə getməyək?". Amma radikal və revanşist qüvvələr kəndlərin qaytarılmasına qarşı çıxır. Parlamentin "Hayastan" blokundan olan deputat Qarnik Danielyan bu xüsusda qeyd edir: "4 kənd veriləcəyi təqdirdə Azərbaycan bölmələri Ermənistan-Gürcüstan yolu üzərində 5 nöqtədə yerləşəcək. İlk dayanacaq Yuxarı Əskipara kəndidir. 1990-cı illərdə formalaşmış müdafiə xətti tamamilə məhv ediləcək. Ermənistana daxil olan qaz kəməri də Yuxarı Əskipara hissəsindən keçir və Azərbaycan tərəfinin nəzarəti təmin olunarsa, qaz kəməri də Bakının nəzarətinə keçəcək. Əgər bu kənd Azərbaycana verilsə, o zaman kommunikasiya da tələb edəcək. Onu da qeyd edim ki, Bakının tələbləri yerinə yetirilərsə, Azərbaycan bölmələri yolun 5 kəsişmə olan hissəsində yerləşdiriləcək. Bu, İrəvan-Tiflis magistral yoludur. Azərbaycan bölmələri yerləşdirilsə, dövlətlərarası yola xidmət etməyimiz qeyri-mümkün olacaq. Belə olan halda Ermənistan unikal anklav olacaq". Amma Azərbaycan mövqeyində qətidir və kəndlərin qaytarılmasından başqa alternativ yoxdur.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ