Cümə axşamı günü, 05 noyabr 2026
     

Rus sülhməramlılarına yeni status verilə bilər - minatəmizləmə...

Image


Mübariz Göyüşlü: "ANAMA Rusiya silahlı qüvvələrinin minaaxtarma, minatəmizləmə sahəsindəki təcrübəsindən yararlanmaq istəyirsə, yəqin bu, ümumi işin xeyrinə olar"

Rusiya sülhməramlılarının Xocalıda minatəmizləmə əməliyyatlarına cəlb olunması ilə bağlı layihə var. Bunu Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Gününə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının prosesdə istirakı planlaşdırılır: "Hazırda həmin minatəmizləyənlərin texniki avadanlıqları, alətləri və itləri akkreditasiya prosesindədir. Aprelin 6-da akkreditasiya yekunlaşacaq. Onlar Xocalıda minatəmizləmə əməliyyatına başlayacaqlar".

"Amma gərək rus sülhməramlıları da Azərbaycanın yaratdığı bu şəraitdən sui-istifadə etmək fikrinə düşməsinlər, missiyaları başa çatdıqda ərazimizi tərk etsinlər" 

Məsələyə şərh verən Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, ANAMA minatəmizləmə sahəsində ixtisaslaşan, peşəkar şəkildə bu işi həyata keçirən bir qurumdur. "Əgər ANAMA  Rusiya silahlı qüvvələrinin minaaxtarma, minatəmizləmə sahəsindəki təcrübəsindən yararlanmaq istəyirsə, yəqin bu, ümumi işin xeyrinə olar. Yəni belə bir qərar verilibsə, hesab edirəm ki, faydasız olmaz. Amma gərək rus sülhməramlıları da Azərbaycanın yaratdığı bu şəraitdən sui-istifadə etmək fikrinə düşməsinlər, missiyaları başa çatdıqda ərazimizi tərk etsinlər.  

Bilirsiz ki, böyük dövlətdir, bu sahədə Rusiya silahlı qüvvələrinin çox böyük təcrübəsi var. Düzdür, ərazilərimizin minalardan təmizlənməsi prosesinin 90 faizini Azərbaycan özü həyata keçirir. Çox təəssüf ki, biz bir çox xarici dövlətlərin, beynəlxalq birliyin bu istiqamətdə  dəstəyini görə bilmirik. Mina problemi bütün dünyanı narahat etməli bir problemdir və hər bir dövlət bu sahədə öz dəstəyini göstərərsə bu ümumi işin xeyrinə olar. Amma dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanın mina probleminə biganə yanaşırlar. Belə bir məqamda təcrübəli dövlətlərin aidiyyəti qurumlarının bu işdə dəstəyi faydalıdır. Çünki azad olunmuş ərazilərimiz nə qədər minalardan tez təmizlənərsə, tezliklə quruculuq bərpa işləri gedər və keçmiş məcburi köçkünlər də öz yurdlarına qayıdarlar. Torpaqlarımızın minalardan tez bir zamanda təmizlənməsi təhlükəsizliyimiz baxımından da çox mühümdür, əhəmiyyətlidir"-deyə M.Göyüşlü bildirdi.

Digər tərəfdən, M.Göyüşlü hesab edir ki, Rusiya sülhməramlılarının bu fəaliyyət çərçivəsində ölkəmizdə bir qədər artıq qalmaq ehtimalı elə də xoş qarşılanmayacaq. "İctimai rəydə belə bir fikir var, Rusiya sülhməramlıları 2025-ci ildə ərazimizi tərk etməmək üçün minatəmizləmə əməliyyatlarına qatılırlar ki, burada bir qədər artıq qalsınlar. Halbuki, üçtərəfli bəyanata görə, onların Azərbaycanda missiyası 2025-ci ildə başa çatır və həmin müddətdə onlar ölkəni tərk etməlidirlər. 

Xüsüsən də onların bu fəaliyyəti Xocalıda həyata keçirmələri ictimaiyyət tərəfindən müsbət qarşılanmaya bilər. Çünki Xocalı Azərbaycan üçün həssas bir yerdir. Xocalı soyqırımında Rusiyanın 366-cı motaatıcı alayının xüsusi iştirakı olub. Bu xəbəri oxuyarkən bir vətəndaş olaraq məndə qeyri-ixtiyari olaraq 366-cı alayın assosiasiyası yarandı. Bu baxımdan, sanki bir narahatlıq yarandı. Könül istərdi ki, Rusiya sülhməramlıları Azərbaycanı, bütövlükdə Rusiya qoşunları Cənubi Qafqazı tərk etsinlər. Cənubi Qafqazda heç bir xarici dövlətin hansısa bir hərbi qüvvəsinin olması, qalması arzuedilən deyil. İstəyirik ki, sakitlik, sabitlik olsun. Azərbaycan dövləti artıq 3+3, Qafqaz Evi formatını, ideyasını təklif edib.  Bu rellaşsa çox yaxşı olar. İstərdim ki, Rusiya sülhməramlıları Qarabağ ərazisini tərk etsin. Bizim deməyimiz başqadır. Amma bu məsələ bir dövlət siyasətidir. Azərbaycan dövləti bunu məsləhət görürsə, demək belə lazımdır. Bu mərhələdə minaaxtarma və minatəmizləmə prosesində bunun əhəmiyyəti var. Yəqin ki, növbəti mərhələlərdə rus sülhməramlılarının buradan tam çıxarıldığını görə bilərik, buna inanıram. Hesb edirəm ki, Rusiya üç Cənubi Qafqaz ölkəsi ilə əməkdaşlıq ruhunda davranmalıdır. Zatən Azərbaycanla əməkdaşlıq ruhunda davranır. Bu əməkdaşlıq ruhunun içində də iqtisadi, ticari, mədəni, elm və təhsil istiqamətində çalışmalar üstünlük təşkil etməlidir"-deyə M.Göyüşlü qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ