Cümə günü, 28 avqust 2026
     

Ermənistanı hərbiləşdirmək üçün yeni "ideologiya" uydurdular - "öldürməyən silah olur?"...

Image


İbrahim Rüstəmli: "Bu mənada "öldürməyən silahlar", əlbəttə, Avropanın və bir sıra Qərb dövlətlərinin Cənubi Qafqazda oynadığı şoudur"  

Aİ Ermənistana "atəş açmayan" silahlar verəcək. Avropa İttifaqı (Aİ) öldürücü olmayan silahlarla Ermənistan Silahlı Qüvvələrinə dəstək vermək niyyətindədir. 

Azadlıq radiosunun yaydığı məlumata görə, bu barədə Aİ-nin səfiri Vasilis Maraqos aprelin 4-də Milli Assambleyada "Ermənistanın Avropaya inteqrasiyası üçün yeni perspektivlər və çağırışlar" adlı dinləmələrdə bildirib.

Bu nə yeni uydurmadır, "öldürməyən silah" olur?

"Aİ-nin də, Qərb dövlətlərinin də Ermənistanı silahlandırması, bununla da onu Azərbaycana qarşı tətikləməsi prosesi fiaskoya uğrayacaq" 

Hərbi ekspert İbrahim Rüstəmli "Bakı-Xəbər"ə şərhində bildirdi ki, bu gün Cənubi Qafqazda maraqları toqquşan dövlətlərin çox ciddi rəqabəti prosesi gedir. "Bu rəqabətdə əsas fon Rusiya-Ukrayna müharibəsidir. Yəni Rusiyanın Ukrayna ilə bağlı yaşadığı ciddi problemlər, prakik olaraq dünyaya qarşı müharibə aparması Cənubi Qafqazda "zəif yerlərin" axtarılması məsələsini gündəmə gətirib. Bu mənada Ermənistan, təbii ki, daim gah Rusiyanın, gah İranın, gah Fransanın, gah ABŞ-ın qucağında oturan marionet bir dövlət kimi zəif nöqtə xarakteri daşıyır. Bu zəif nöqtədən də onların Cənubi Qafqaza sızması üçün, fikrimcə, hazırkı vəziyyətdə çox münbit şərait yaranıb. Bilirsiz ki, Aİ-dən əvvəl Aİ-də ciddi söz sahibi olan Fransa kimi bir dövlət bizim antiterror əməliyyatlarımızdan bir  müddət öncə Azərbaycan ərazilərinə, yəni Xankəndi şəhərinə 500 nəfərdən ibarət xüsusi kəşfiyyat qrupu göndərməyə çalışırdı. Bu 500 nəfərlik qrupun missiyası guya sülhü dəstəkləmək əməliyyatlarında iştirak etmək idi. Ancaq əslində, demək olar ki, onların mütləq əksəriyyəti Fransanın xüsusi xidmət orqanlarında, eyni zamanda xüsusi təyinatlılarında xidmət etmiş zabitlər, bir sözlə, peşəkar kəşfiyyatçılar idi. İndi də bilirsiz ki, Aİ-nin Ermənistanda xüsusi bir missiyası fəaliyyət göstərir. Bu missiyanın da əsas məqsədi kəşfiyyat işləri aparmaq, bölgədəki geosiyasi vəziyyəti dərindən öyrənmək, Avropanın, eyni zamanda həm də Qərbin Cənubi Qafqaza sızması üçün münbit şərait yaratmaqdan ibarətdir"-deyə İ.Rüstəmli qeyd etdi.

İ.Rüstəmlinin sözlərinə görə, bir müddət əvvəl ABŞ-ın Ermənistanla birgə hərbi təlimlər keçməsi, bundan sonra Fransanın bir zamanlar Ukraynanın imtina etdiyi köhnə modifkasiyalı silahları Ermənistana verməsi və sair bütün bunlar hamısı Ermənistanı silahlandırmaq məqsədi daşıyır. "Ermənistanın silahlandırılması, təbii ki, Azərbaycanda sakit qarşılana bilməz. Əgər kimsə sənin düşmənini silahlandırırsa, deməli onu sənə qarşı döyüşə hazırlayır. Bu mənada Azərbaycanın tam zamanında antiterror əməliyyatını həyata keçirməsi və Aİ adı altında Fransanın xüsusi təyinatlılarının, 500 nəfərlik heyətin Xankəndiyə gəlməsinin qarşısını alması, eyni zamanda bu xüsusda Ermənistanın silahlandırılması ilə bağlı son addımlara siyasi qiymət verilməsi və sair  Azərbaycanın necə müstəqil dövlət olmasından, müstəqil siyasət yürütməsindən xəbər verir.

Əlbəttə, indi Cənubi Qafqazda çox ciddi mövqe savaşları gedir. Mövqe savaşlarında da əsas məqsəd Cənubi Qafqaza sızmaq və bununla da ilk növbədə Ermənistanı ən yaxın müttəfiqi sayılan Rusiyanın əlindən almaq, ikincisi, Rusiyanın sərhədlərinə yaxınlaşmaq, üçüncü, Rusiyanın sərhədlərinə yaxınlaşmaqla dolayısı ilə Rusiyanın özünə yaxınlaşmaq və ona qarşı informasiya savaşından tutmuş hərbi əməliyyatlara qədər müyyən proseslərin həyata keçirilməsini təmin etməkdir. Yəni bu mənada "öldürməyən silahlar", əlbəttə, Avropanın və bir sıra Qərb dövlətlərinin Cənubi Qafqazda oynadığı şoudur. Bizim üçün hər şey gün kimi aydındır. Sözsüz ki, Azərbaycan da 30-dan çox dövlətlə bu və digər şəkildə bir, iki, üçtərəfli formatda hərbi əlaqələr qurub və bu ölkələrin böyük əksəriyyəti çox inkişaf etmiş, müasir orduya sahib dövlətlərdir. Azərbaycan, təbii ki, bu fürsətdən də lazımınca yararlanacaq. Xüsusilə də özünün birinci müttəfiqi olan Türkiyə ilə əlaqələrində biz bunu çox ciddi şəkildə görürük. Yəni Azərbaycan da öz yerində dayanmır, bütün bunlara alternativ, qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün əlindən gələni edir. Mənə elə gəlir ki, Aİ-nin də, Qərb dövlətlərinin də Ermənistanı silahlandırması, bununla da onu Azərbaycana qarşı tətikləməsi prosesi fiaskoya uğrayacaq. Azərbaycan lazım gəldiyi anda öz hərbi qüdrətini göstərə biləcək. Çünki Azərbaycanın da bu günlərdə gördüyü çox işlər, atdığı çox mühüm addımlar var. Xüsusilə də ordu quruculuğu sahəsində, ordu cəbbəxanasının döyüş imkanının artırılması, müdafiə qüdrətinin gücləndirilməsi istiqmətində və sair. 

Əlbəttə, bu daim siyasi müstəvidə şou yaradan, xüsusilə Fransa kimi bir dövlətin Afrika ölkələrindən və başqa yerlərdən əli çıxıb indi öz mövqeyini Cənubi Qafqazda möhkəmləndirmək və itirdiklərini Cənubi Qafqazın ərazilərindəki fəaliyyəti ilə kompensasiya etmək cəhdidir. Azərbaycan buna çox sərt qarşılıq  verəcək.

Bilirsiz ki, bir neçə gün əvvəl Naxçıvan istiqamətində atəşkəs pozulub, sönmüş ocağı yavaş-yavaş yenidən yandırmağa, Cənubi Qafqazda növbəti dəfə bir münaqişə ocağı yaratmağa cəhd göstərirlər"-deyə qeyd edən İ.Rüstəmli bir daha vurğuladı ki, burada da əsas məqsəd Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək məqsədi daşıyır. İ.Rüstəmli əlavə etdi ki, Azərbaycan müstəqil dövlətdir və öz ərazi bütövlüyün bərpa etmiş dövlətdir, öz ərazi çərçivəsində Qarabağ adlı probelm görmür, amma bu istiqamətdə yaranan problemin həllində də başqa dövlətlərin dəstəyinə ehtiyac duymur, üçüncü dövlətlərə ehtiyac görmür. İ.Rüstəmlinin fikrincə, bu mənada Azərbaycanın öz ordusunun döyüş qabiliyyətini, müdafiə qüdrətini artırması gələcəkdə baş verə biləcək hər hansı bir lokal və total hərbi toqquşmaya əsaslı cavab vermək üçün kifayət qədər ciddi zəmin yaradır.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

SON XƏBƏRLƏR

28.08.2026 / 12:09
Qara dənizin Rumıniya sahillərində ticarət gəmisi vurularaq batırıldı...

28.08.2026 / 11:42
Nepalda ard-arda fəlakət yaşanır… İndi də su bəndi partladı – əhaliyə təcili çağırış edildi…

28.08.2026 / 11:25
Norveç kralı V Harald vəfat etdi…

28.08.2026 / 11:14
İran ABŞ-ı ikiqat zərbə ilə hədələdi - hər hansı bir addım atsa...

28.08.2026 / 11:01
Kirayə ev axtaran tələbələrə DİN-dən TƏCİLİ XƏBƏRDARLIQ - "Təcili beh göndərin" ifadələrinə inanmayın...

28.08.2026 / 10:46
"Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir" - XİN

28.08.2026 / 10:24
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs yaxalandı

28.08.2026 / 10:08
Suriya prezidenti kürd lideri özünə müşavir təyin etdi...

28.08.2026 / 09:57
DİN kiberdələduzların yeni üsulları ilə bağlı əhaliyə müraciət etdi - diqqətli olun...

28.08.2026 / 09:50
Bakı aeroportunda “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verildi

28.08.2026 / 09:31
İran müharibəsi ABŞ-ı vurdu – “Patriot” ehtiyatı tükənir... Avropa mümkün hücum qarşısında müdafiəsiz qalacaq...

28.08.2026 / 09:08
Tramp İranla əməkdaşlıq edən Çin banklarına niyə sanksiya tətbiq etmir? – “Hər şeyi açıqlamağa məcbur deyiləm”...

28.08.2026 / 08:43
Sankt-Peterburqda bombalı hücum - Rusiya HHQ-nin zabiti öldürüldü...

27.08.2026 / 23:36
İşğalın ideoloji cəhətdən əsaslandırılması: fəhlə sinfinin hüquqları və insan haqları, bir medalın iki üzü - Professor Məhərrəm ZÜLFÜQARLI yazır...

27.08.2026 / 23:04
“Qarabağ” avrokuboklarda mübarizəni dayandırdı

27.08.2026 / 22:01
Kreml dəmiryolunu Ermənistana qaytarmaq istəmir - “Qərb Paşinyanı şantaj edir” dedi...

27.08.2026 / 21:27
Türkiyə və İsrail müharibə ərəfəsində - Kəşfiyyat rəhbərləri yenidən Bakıda görüşəcəklər...

27.08.2026 / 21:05
Azərbaycanda nağd pul dövriyyəsinə meyl hələ də güclü olaraq qalır...

27.08.2026 / 20:43
Paşinyan “erməni soyqırımını” alətə çevirən Netanyahuya ağır sözlər dedi - “son qoyulsun”...

27.08.2026 / 20:18
Paşinyan ən qatı müxalif deputatı dövlətin ən strateji postuna təyin etdi...Niyə?

27.08.2026 / 19:55
Polad Bülbüloğlu evlilik xəbərini təkzib etdi

27.08.2026 / 19:28
Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

27.08.2026 / 19:15
Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

27.08.2026 / 19:04
ABŞ Özbəkistanı Çinlə qanunsuz tranzit ticarət edənlərin siyahısına saldı... Azərbaycanla nə əlaqəsi...

27.08.2026 / 18:49
ABŞ-ın baş kəşfiyyatçısı Moskvada Ermənistanı da müzakirə edib...

27.08.2026 / 18:33
Putin Paşinyandan “Avrasiya referendumu” tələb edir - Ermənistan ittifaqa referendumsuz daxil olmuşdu...

27.08.2026 / 18:02
Kriminal submədəniyyət, söyüş Ermənistan ordusunun axırına çıxır...

27.08.2026 / 17:47
Şimali Kipr Türk Cümhuriyyəti və Cənubi Kipr prezidentləri razılıq əldə etdilər...

27.08.2026 / 17:34
“Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib

27.08.2026 / 17:23
“Azərbaycanın sifarişi ilə Ermənistanda tuthatutdur...” - müxalifət həm də “ideya istehsal edir”...

27.08.2026 / 17:05
Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

27.08.2026 / 16:48
İranla maliyyə-ticarət əlaqəsi olan ölkələrə Trampın sanksiya hədəsi etiraz doğurdu - Azərbaycanın cavabı...

27.08.2026 / 16:33
Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

27.08.2026 / 16:19
Türk Müdafiə Qurşağı - İlham Əliyevin birgə türk təlimləri təklifi daha da aktuallaşdı...

27.08.2026 / 16:02
Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

27.08.2026 / 15:50
XİN Rusiyanı Azərbaycan səfirliyinin qonaq evi qarşısındakı təxribatla bağlı tədbirlər görməyə çağırdı

27.08.2026 / 15:42
Prezident “Sabah” futbol klubuna 5 milyon manat ayrılması barədə Sərəncam imzaladı

27.08.2026 / 15:39
Bu axşam “Qarabağ”ın oyununa görə metronun iş rejimi dəyişəcək - AÇIQLAMA

27.08.2026 / 15:20
"Barselona" “Fənərbağça”nın 31 yaşlı qapıçısını transfer etdi

27.08.2026 / 15:13
Paşinyan kimin əlinə “oynayır”?

27.08.2026 / 15:04
Ərtegin Salamzadə yaradıcılığında milli ruh

27.08.2026 / 14:46
Ukraynadan Rusiyaya ağır zərbə - "Lukoil"un bütün zavodları dayandı…

27.08.2026 / 14:28
Moskva Buxarestə nota verdi, bir rumın diplomatı da ölkədən qovdu…

27.08.2026 / 14:07
Nepalda daşqınlarda ölənlərin sayı 270-ə çatdı…

27.08.2026 / 13:51
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

27.08.2026 / 13:34
Məktəbli geyimlərinin YENİ QİYMƏTLƏRİ açıqlandı...

27.08.2026 / 13:23
ABŞ-ın kəşfiyyat şefinin gizli Rusiya səfərinin səbəbi ortaya çıxdı - Moskvaya xəbərdarlıq edildi…

27.08.2026 / 13:11
Ceyhun Bayramov Avstriyanın yeni səfirini qəbul etdi

27.08.2026 / 12:57
Rusiya ballistik raketlərində Amerika komponentləri aşkarlandı - Ukrayna danışıqlar üçün ABŞ-a nümayəndə göndərir…

27.08.2026 / 12:41
ABŞ-dan bütün Avropanı silkələyəcək ŞOK İDDİA - Rusiya Ukraynada nüvə silahından istifadə edəcək…

27.08.2026 / 12:21
Sabahdan universitetlərə qeydiyyat başlayır - yalnız mygov üzərindən...

27.08.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanıldı

27.08.2026 / 11:55
Bakıda estetik mərkəzdə yoxlama - pozuntular aşkarlandı...

27.08.2026 / 11:44
DİN-dən sosial şəbəkələrdəki saxta xidmətlərlə bağlı xəbərdarlıq...

27.08.2026 / 11:26
Prezident İlham Əliyev Maya Sanduya məktub ünvanlayıb

27.08.2026 / 11:16
Podrat müqaviləsi bağlayarkən bunlara diqqət edin – Ali Məhkəmədən açıqlama...

27.08.2026 / 11:11
Ukrayna Ozon-un daha iki anbarına zərbə endirdi...

27.08.2026 / 10:51
Nepalda və Tibetdə daşqınlarda ölənlərin sayı 165-i keçdi - 1300-dən çox itkin var...

27.08.2026 / 10:36
Zelenskinin darmadağın erdiyi ticarət şəbəkəsinin sahibi Rusiyanın ən varlı qadını oldu....

27.08.2026 / 10:23
"Dövlət büdcəsində nəzərdə tutulmayan tikililərin maliyyələşdirilməsi mümkün deyil" - Xüsusi nümayəndəlik

27.08.2026 / 09:47
Sabirabadda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

27.08.2026 / 09:31
Nigar Fərhad saxlanıldı

27.08.2026 / 09:06
Köçəryan barəsində iki aylıq həbs qətimkan tədbiri seçildi…

26.08.2026 / 23:33
Rəşid Behbudovun qızı Polad Bülbüloğluna yazdı - “Mənim sevimli quşcuğazım..."

26.08.2026 / 22:50
İran ordusu Qətərdən itkin düşmüş üç pilotun taleyinə aydınlıq gətirilməsini tələb etdi...

26.08.2026 / 22:26
Zelenski Trampın adamları ilə 3 maddəlik saziş mətnini razılaşdırdı...

26.08.2026 / 22:10
Müxalifət Paşinyanı devirmək üçün Rusiya sülhməramlılarını ölkəyə dəvət etmək istəyir...

26.08.2026 / 21:52
Dövlət borcumuz azalmaq əvəzinə 4 milyard artır - məmurlar belə demirdilər...

26.08.2026 / 21:37
Tibbi müəssisələrdə onlayn növbə götürənlərlə canlı növbəçilərin arasında problem böyüyür...

26.08.2026 / 21:23
Paşinyan "genosiddən və Müstəqillik bəyannaməsindən" imtina etdi...

26.08.2026 / 21:09
Azərbaycana təcavüzün 2 əsas təşkilatçı fiquru həbsə atılır - sülh sazişinin yolu açılır...

26.08.2026 / 20:53
Trampın və Netanyahunun Suriya planları Ərdoğanın Suriyadan tam sıxışdırılması ilə nəticələnə bilər...

26.08.2026 / 20:37
Özbəkistan-Azərbaycan neft əməkdaşlığının hələ görünməyən perspektivləri var...

26.08.2026 / 20:24
Köçəryan barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılır…

26.08.2026 / 20:10
ABŞ Mərkəzi Kəşfiyyatının direktorunun müəmmalı Kreml səfəri - 3 saat Putinlə nə danışdılar...

26.08.2026 / 19:57
İran Trampın oğlu Barronun başına 10 milyon dollar pul qoydu…

26.08.2026 / 19:41
Macarıstan rəsmən Rusiyanı potensial təhdidlər siyahısına daxil etdi - amma Ukraynaya da silah verməyəcək

26.08.2026 / 19:31
İran Hörmüzdə gəmiçilikdən əldə edilən gəliri Omanla bölüşəcək - razılıq əldə olundu

26.08.2026 / 19:15
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib - FOTO

26.08.2026 / 18:46
Rüstəm Minnixanov Birinci vitse-prezident Mehriban Əliyevaya məktub göndərdi

26.08.2026 / 18:30
İran Omanı yola gətirdi, gəmilər yalnız İran sularından keçəcək -Trampın növbəti yanlışı...

Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

XƏBƏR ARXİVİ