Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistan Qərblə "xosunlaşır", İran susur, Gürcüstan dəstəkləyir, Rusiya ləngiyir - İlham Əliyev isə...

Image


5 aprel üçtərəfli Brüssel görüşünə bir neçə gün qalmış Azərbaycanla sərhəddə Ermənistanın təxribatyönümlü hərəkətlərinə, demək olar ki, ara verilməyə başlandı. Aydın başa düşülən taktikadır. Niyəsi barədə izahata ondan başlayaq ki, ABŞ, Avropa Komissiyası və Ermənistanın üçtərəfli və təxminən qapalı hazırladıqları Brüssel görüşünün bölgəmizdə davamlı sülh səylərinə qarşı çevrildiyi barədə beynəlxalq ictimai rəy artıq yaranıb.

Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. 

A.Quliyev daha sonra yazır:

Həqiqətən də Cənubi Qafqazın ən ardıcıl sülh carçısı sayılan Azərbaycanın bu formatdan kənarda saxlanması inklüziv yanaşma sayıla bilməz və Azərbaycanın 3 qeyri-dost və hətta düşmən qüvvə tərəfindən dışlanması xoş olmayan münasibətlərdən xəbər verir. İctimai rəydə konkretləşmiş tezislərdən biri budur ki, Ermənistanın Qərbdən bu cür kollektiv dəstəklənməsi onu sülh prosesinə münasibətdə daha da aqressivləşdirə bilər. Bu ərəfədə Ermənistanın sərhəd təxribatlarının nisbətən səngiməsi Ermənistanın Brüssel görüşündən təsirlənə biləcəyi barədə rəyləri zərərsizləşdirmək üçündür. Demək, 5 aprel Brüssel görüşü ərəfəsində Ermənistanın sərhəd təxribatlarının nisbətən səngiməsi taktiki gedişdir və müvəqqəti xarakter daşıyır. Bu məntiqlə ehtimal etmək olar ki, Brüssel görüşünün müəllifləri daha bir aldadıcı addım ataraq ilk üçtərəfli görüşdə konkret qərar və ya razılaşmalara gəlməyəcəklər, daha məzmunlu qərarları növbəti görüşlərə saxlayacaqlar və ya Ermənistana iqtisadi xarakterli dəstəklər üçün müəyyən işçi qrupun yaradıla biləcəyini anons edəcəklər. Bütün hallarda üçtərəfli Brüssel görüşünün fəlsəfəsini, strategiyasını gizlətmək mümkün deyil. Bu görüş bölgəmizdə sülhə və deməli, həm də Azərbaycana qarşı yönəlib. Əgər Azərbaycanla sülh sazişinə gəlmək istəməyən Ermənistana havadarlıq edilirsə, bu yenə də Azərbaycana qarşı çevrilmək deməkdir. O da şübhəsizdir ki, hansı qərarlarla yekunlaşmasından asılı olmayaraq  az sonra Ermənistanın daha aqressiv ritorikasına təkan olacaq. Başqa necə ola bilər ki?! Baxın, Ermənistan təcrid vəziyyətində boğulur, Azərbaycan ona bu vəziyyətdən çıxmaq üçün alternativsiz sülh yolu və bundan sonra regional layihələrə qoşulmaqla təcriddən çıxmağı təklif edir. O nə edir? Azərbaycana qulaq asmır, sülhə gəlmir, kəndləri qaytarmır, Konstitusiyasını ərazi iddialarından təmizləmir, əslində düşdüyü təcrid vəziyyətindən Azərbaycansız, Azərbaycanla sülhə gəlmədən  çıxış yolu axtarır. Bu yolu isə ona ABŞ, Avropa Komissiyası, Fransa və digər güclər təqdim edir. Ermənistan görür ki, Avropa Komissiyası, Fransa və ABŞ onun "MÜQAVİMƏTLİLİYİNİN VƏ İQTİSADİ SABİTLİYİNİN ARTIRILMASINI" regional strategiyanın əsas istiqaməti kimi bəyan edirlər. Ermənistan  görür ki, Azərbaycanla sülh sazişindən sonra ala biləcəyi şeyləri ona Qərb qrupu birbaşa təqdim edir və əvəzində isə bircə şey istəyir: "Azərbaycanla sülhə getmə, Rusiyadan qopmağa çalış". Belə dəstək vədləri qarşısında Ermənistanın Azərbaycanla sülhə gələcəyinə, daha da aqressivləşməyəcəyinə ümid etmək sadəlövhlük olardı.

Əlbəttə, Qərbin bizim regionda layihələrinin Rusiya əleyhinə çevrilməsi bizi ilk sıralarda ilgiləndirən məsələ deyil və olmamalıdır. Biz Rusiyanın lobbiçiliyini edəsi deyilik ki... Rusiyanın özünün "əli də, ətəyi də var", özünü müdafiə edə bilər. Lakin məsələ burasındadır ki, Qərbin Ermənistanla bağlı planları bütün bölgədə sülhü təhdid etməklə tək Rusiyaya qarşı yox, həm də  Azərbaycana qarşı  təhlükəyə çevrilib.

Bölgənin bütün ölkələri əslində məsələyə hansısa dövlətin maraqlarından yox, öz dövlətinin milli və   regional təhlükəsizlik prizmasından baxmalıdır - Azərbaycan kimi…

Ancaq təəssüf ki, xüsusilə İran və Gürcüstan bu prinsiplə hərəkət etmirlər, Rusiya isə mövqe bildirsə də Ermənistanla münasibətlərdə ləngiyir. İzahlara baxaq...

Görünür ki, İran daha sərt sanksiyalardan yayınmaq, özünün nüvə proqramı ətrafında beynəlxalq ajiotajı nisbətən səngitmək istəyi ilə Brüssel görüşünün əsas qüvvələri olan ABŞ, Fransa və Avropa komissiyasını, yumşaq desək, "incitməkdən" çəkinir. Sözügedən Qərb qüvvələrinin İrana hansısa prinsipial güzəştlərə gedə biləcəyininə İran strateqləri necə inana bilər?! Doğrudanmı İran anlamır ki, Qərb qüvvələri fürsət düşən kimi onun nəfəsini kəsəcəklər?!.. İran onu da görmür ki, üçtərəfli Brüssel formatının orta, bəlkə də yaxın hədəflərindən biri Ermənistan-İran sərhədində Qərbin hərbi infrastrukturlarını yaratmaqdır?!. Bütün bunların qabağında İran yenə süsacaqsa, bizə "özü könüllü cəhənnəmə gedənin dalınca qara daş atarlar" demək qallr... Başqa heç nə...

Bəs Gürcüstan niyə məmnunluğa bənzəyən tövr nümayiş etdirir? Başa düşmür ki, Qərbyönümlü siyasət aparmaq hələ ona əsas vermir ki, qulağın dibində hazırlanan hərbi gərginlik və qarşıdurma ssenarilərini sadəcə seyr edəsən?!. Əgər Gürcüstan da Azərbaycanın narahatlığına fəal dəstək verməsə, ona deyiləcək söz isə budur: "Qərbin 16 il əvvəlki oyunlarına uymağın bədəli iki regionu itirmək oldusa, yeni oyunlarda yeni itkilərə hazır olun"...

Rusiyanın Ermənistanın Avropa ilə "xosunlaşmasına" təmkinli yanaşmasına gəlincə isə, burada da sonra nələrin olacağı aydındır. Rusiya elə Ukraynada da belə lənglik göstərdi. Bədəlini ağır ödəyir. Özləri bilər...

Biz düz yolla gedirik...

Azərbaycan Prezidentinin üçtərəfli Brüssel müzakirələrinə münasibəti və aktiv gedişləri dövlətimizin və milli təhlükəsizliyimizin tələblərinə uyğundur, regionda dayanıqlı sabitliyə və sülhə xidmət edir, başqa "əllərə oynamır" və alternativi yoxdur...

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ