Cümə axşamı günü, 05 noyabr 2026
     

Sərhəd və 4 kəndlə bağlı Ermənistan hakimiyyətində ziddiyyətlər dərinləşir...

Image


Ermənistan baş nazirinin müavini, bu ölkənin delimitasiya komissiyasının sədri Mher Qriqoryan, Azərbaycanla sərhədin demarkasiyasının Tavuş mərzindən başlanması da daxil, delimitasiya ilə bağlı bir sıra məsələlər barədə hələ də qərar qəbul edilmədiyini bildirib. Halbuki, baş nazir Nikol Paşinyan təxminən üç həftə bundan əvvəl delimitasiya prosesinin artıq praktik mərhələsinin başlandığını bəyan etmişdi.

Bütün bunlarla bağlı "Azatutyun" radiosu bildirir ki, Qriqoryanın ofisindən verilən məlumata görə, komissiyaların delimitasiya prosesinin praktik mərhələsinə başlaması, prosesin məhz Ermənistanın Azərbaycanın Qazax rayonu ilə həmsərhəd Tavuş mərzindən başlanması, Azərbaycanın tələb etdiyi 4 kəndin qaytarılması kimi məsələlər üzrə hələ ki, qərarlar qəbul edilməyib. Bununla belə, hakim "Vətəndaş müqaviləsi" partiyasından deputat Armen Xaçatryan  parlamentdə keçirilən brifinqdə deyib ki, Bakı demarkasiyanın "şimaldan" başlanmasını təklif edib. Xaçatryan iddia edib ki, sərhədin şimal hissəsində delimitasiya prosesi artıq başlanıb və bu proses, nəyin bahasına olursa-olsun, davam etdirilməlidir. Beləliklə, Ermənistanın icra hakimiyyəti sərhədin müəyyənləşməsi istiqamətində addım atılmadığını bildirir, amma qanunverici orqan prosesə artıq başlandığını bəyan edir. Bu isə erməni tərəfində yenə xaotik vəziyyətin hökm sürdüyünü göstərir. Bu vəziyyətdə Azərbaycanın tələb etdiyi 4 kəndin Bakıya qaytarılmasından qonşu erməni əhalinin narazılığına gəlincə isə, Xaçatryan bəyan edib: "Sizin bu kəndlərin xəritə üzərində Azərbaycana məxsus olmasına şübhəniz var? Azərbaycan ərazisi olan torpaqlar Azərbaycana qaytarılmalıdır". Qeyd edək ki, Azərbaycanın martın 9-da sözügedən dörd kəndin dərhal qaytarılmasına dair tələbindən delimitasiya komissiyalarının son görüşündə bunun əsas mövzu olduğu məlum olurdu. Həm də parlamentin müdafiə komissiyasının sədr müavini olan Xaçatryan təsdiqləyib ki, Azərbaycan tərəfi delimitasiyaya şimaldan başlamağı təklif edib. Jurnalistlərin "niyə məhz Tavuş mərzindən" sualına cavab olaraq Xaçatryan bu sualı prezident İlham Əliyevə verməyi məsləhət görüb. Xatırladaq ki, baş nazir Nikol Paşinyan iki həftə bundan əvvəl Tavuş mərzinə səfər etmiş və orada yerli sakinlərə 4 kəndin qaytarılmalı olduğunu, əks halda müharibə ola biləcəyini demişdi. Armen Xaçatryan da müddəaları təkrar edib və bildirib ki, delimitasiyaya başlanması müharibənin mümkünlüyü ehtimalını azaldır: "Pozitiv bir hadisə baş verib. Qərara alınıb ki, delimitasiya, daha doğrusu delimitasiyaya dair danışıqlara start verilsin. Azərbaycan bu prosesə sərhədin şimal hissəsindən başlanmasını təklif edib. Bəli, biz də prosesə oradan başlamışıq. İndi şimal sərhədindən gəlirik. Oradakı problematik məsələlər həll olunur". Azərbaycanın bu dörd kəndi geri aldıqdan sonra delimitasiyanı davam etdirib-etdirməyəcəyinə dair suala cavab olaraq Armen Xaçatryan deyib ki, qeyri-müəyyən heç nə yoxdur, proses artıq başlanıb və nəyin bahasına olursa-olsun, davam etdirilməlidir.

"Vətəndaş müqaviləsi" partiyasından digər deputat Ovik Ağazaryanın da məsələyə münasibəti maraqlıdır: "Tavuş torpaqlarını heç kim vermir, müstəqil Azərbaycanın ərazi bütövlüyünə daxil olan keçmiş Azərbaycan SSR-ə məxsus yaşayış məntəqələri geri qaytarılır. O, Nikol Paşinyanın Tavuşda kəndləri qaytarmayacaqları təqdirdə müharibə olacağı barədə xəbərdarlığını da xatırladıb və yalnız Azərbaycan tərəfdən hücuma məruz qalmayacaqlarını bildirib. Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan strateji müttəfiqdir və hərbi sazişi var. Bu sazişə görə isə Azərbaycana hərbi təhdid olarsa, Türkiyə də savaşa girəcək. Nikol Paşinyandan sonra parlamentin sədri Alen Simonyan da eyni cümləni işlədərək, Ermənistan 4 kəndi qaytarmayacağı halda Azərbaycanın müharibəyə başlayacağını bildirib. Halbuki, nə Azərbaycan, nə də Türkiyənin Ermənistana hücumla bağlı hər hansı iddiası yoxdur. Azərbaycan sadəcə işğal altındakı kəndlərinin qaytarılmasını tələb edir. Burada onu da qeyd edək ki, Paşinyan kənar güclərin, o cümlədən ABŞ-ın, Fransanın, Avropa İttifaqının təsiri altındadır. Adıçəkilən oyunçuların hər biri İrəvana təzyiq göstərərək öz maraqlarını təmin etməyə çalışır. Onların bir çoxu, xüsusilə Qərb oyunçuları regiondakı təsir güclərini artırmağa çalışır və bunun üçün gərginliyin qorunmasına səy göstərirlər. Ermənistan isə lazımi siyasəti ortaya qoya bilməyərək kənar güclərin təhrikinə məruz qalır. Ermənistan Aİ missiyasının arxasında gizlənərək öz çirkin niyyətlərini reallaşdırmağa çalışır. Sərhədin müəyyən edilməsinə bu faktor da əngəl olur.  Azərbaycan konkret olaraq öz qətiyyətli xəbərdarlığını edib. Ona görə də bu 4 kəndi geri qaytarmaqda qərarlı görsənir. Əgər bu torpaqlar Ermənsitan tərəfindən qaytarılmasa, Azərbaycan hərbi əməliyyatlar həyata keçirib istəyinə nail ola bilər. Amma ölkəmiz bunu sülh yolu ilə etmək istəyir. Xatırladaq ki, Qazaxa bitişik 4 kənddə ermənilər yaşamır. Ona görə Paşinyana çox vaxt verilə bilməz. Paşinyan onu da bilməlidir ki, 4 kəndin qaytarılması ilə bağlı vaxtı uzatdıqca onun bu qərarına qarşı olanların müqavimət gücünün artmasına da şərait yaradır.

 

Samirə SƏFƏROVA

 

 




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ