Cümə axşamı günü, 05 noyabr 2026
     

Rusiya Ukraynadakı kimi ləngiyir - Qərb Ermənistanı regional müharibə ocağına çevirir...

Image


Qərbin əli ilə Ermənistan bu gün Cənubi Qafqazda daha çox təhdid mənbəyinə çevrilir. Özü də bu təhdid təkcə Azərbaycana yox, həm də Rusiyaya qarşı yönəlib.  ABŞ və Avropa İttifaqının Ermənistanı necə təhlükə mənbəyinə çevirməsinin detalları prezident İlham Əliyev tərəfindən  ABŞ dövlət katibi Entoni Blinkenlə telefon söhbətində detallı şəkildə izah edilib.

Dövlət başçısı qeyd edib ki, onda olan məlumata görə, üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycanla sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Bundan əlavə, prezident İlham Əliyev anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb. Həmçinin dövlət başçısı Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə səsləndirilən ittihamların tamamilə əsassız olduğunu vurğulayıb. Belə ki, prezident İlham Əliyev aprelin 2-də Parisdə Entoni Blinkenlə keçirilmiş mətbuat konfransında Fransa xarici işlər nazirinin yalan danışaraq, Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü tanımamaqda və Ermənistana qarşı təhlükə mənbəyi olmaqda ittiham etdiyini bildirib. Qeyd edib ki, onun qənaətinə görə, aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracaq. Bu gərginlik regionda Rusiya-Qərb qarşıdurması fonunda da özünü büruzə verəcək. Ekspertlər də hesab edirlər ki, ABŞ və Avropa İttifaqı liderlərinin Brüsseldə Ermənistan baş naziri Nikol Paşinyanla üçtərəfli görüşü, ilk növbədə, Ermənistanı Rusiyanın təsiri altından çıxarmağa yönəlmiş bir addımdır. Ümumiyyətlə, Brüssel görüşündə Ermənistanın Rusiyanın tabeliyindən çıxarılması prosesi diqqət mərkəzində olacaq. Təcrübə göstərir ki, Qərbin Cənubi Qafqazda real müttəfiqi qalmayıb, çünki Ankara, Bakı və Tiflis onların oyunlarını dərk edir. Amma Ermənistanla bağlı vəziyyət fərqlidir. Elə bundan istifadə etməyə çalışan Qərb, Ukraynada olduğu kimi, Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə və yeni ayırıcı xətlər yaratmağa çalışır. İrəvan da bu durumdan istifadə etmək istəyir. Rusiyanın dəstəyi ilə yaranan, uzun bir dövrdə Moskvanın buyruq qulu olan Ermənistan artıq ağasını dəyimək qərarına gəlib. Qərb Cənubi Qafqazı öz caynağına keçirmək üçün Ermənistana süni nəfəs verir və onu yeni müharibəyə sövq edir. Elə Qərbdə də indi gizlətmirlər ki, Cənubi Qafqaza Rusiyaya qarşı ikinci cəbhə açmaq üçün tramplin kimi baxırlar. Bunun üçün Ermənistandan istifadə olduqca asandır. Ermənistanın baş naziri Nikol Paşinyan isə ölkəsinin təhlükəsizliyinin Rusiyadan asılı hala salınmasını strateji səhv adlandırır. Qərb başa düşür ki, Rusiyanın Cənubi Qafqazda zəifləməsi Ermənistandakı mövqelərinin sıradan çıxması ilə mümkün ola bilər. Buna paralel olaraq, Qərbin bölgədə güclənməsi də Ermənistanda möhkəmlənməkdən keçir. Çünki Gürcüstan keçmiş təcrübəsi fonunda daha ehtiyatlı davranış sərgiləyir, Azərbaycan isə müstəqil siyasi xəttindən geri çəkilmir. Bu halda zəif halqa Ermənistandır. Deməli, Qafqazda Rusiyaya qarşı ikinci cəbhə üçün də ideal məkan Ermənistandır. 

Bütün bunları Rusiyada da yaxşı sezirlər. Təbii ki, Rusiya Ermənistanda gedən proseslərlə heç vaxt barışmayacaq. Lakin o da faktdır ki, Kreml üçün vaxt getdikcə tükənir. Hər halda, bunu Ukrayna təcrübəsi də sübut edir. Xatırladaq ki,  Ukraynada uzun müddət gözləmə mövqeyində olan Rusiya nəticədə bu ölkəni itirdi və indiki vəziyyətə düşməli oldu. Eyni səhvin Ermənistanda təkrarlanması Rusiyaya baha başa gələ bilər. Təbii ki, bundan sonra rəsmi İrəvanın davranışları Rusiyanın atacağı növbəti addımların mahiyyətini müəyyən edəcək. İndilikdə görünən odur ki, Qərb Rusiyanı Ermənistana qarşı aqressiyaya təhrik edir.  Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da qeyd edir ki, Qərb aktuallığını nümayiş etdirmək üçün anti-Rusiya isteriyasını qızışdırır, Rusiya ilə hərbi münaqişəyə hazırlaşmağa çağırır, Ermənistanı hərbi sənaye kompleksinə sərmayə qoymağa çağırır. Zaxarova Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Argentina mediasına müshaibəsində "Rusiya və Ermənistan fərqli-fərqli dillərdə danışır" açıqlamasını şərh edərkən də maraqlı nüanslara toxunub: "Həqiqətdən də istehza etməyim gəlir. Mənə elə gəlir, bunu etməyə dəyməz. Mən də dillərlə bağlı sözlərlə oynaya bilərəm. Ona görə ki, belə insanlar Ermənistanı dalana sürükləyirlər. Başa düşürsüz məsələ nədir? Mirzoyan müsahibəsində Ermənistanın Rusiya ilə diplomatik münasibətlərini kəsməsinin mümkünlüyü ilə bağlı suala cavab verib. Bildirib ki, gələcəyi proqnozlaşdıra bilməz. Qəribədir. Adətən, hakimiyyətdə olan siyasətçilər sadəcə gələcəyi proqnozlaşdırmırlar, onlar gələcəyi yaradırlar. Onlar tendensiyaları proqnozlaşdıra bilərlər, deyə bilərlər ki, neqativ ssenarilərin reallaşmaması üçün hər şeyi edəcəklər. Cənab Mirzoyanın isə dediklərini eşitmək üzücüdür". Zaxarova Mirzoyanın həmin müsahibədə "İrəvanın hazırda əsas tərəfdaşları ABŞ və Avropa İttifaqıdır" bəyanatına da münasibət bildirib: "Soruşmaq olar indi, yəni nə vaxt? 2024-cü ilin mart, aprel ayları? Buna kimi, bundan sonra tarix bununla bitir bəyəm?! Ermənistan Rusiyanın müttəfiqidir. Ermənistan Avrasiya İttifaqının, KTMT və MDB-nin üzvüdür. O ki qaldı Avrasiya İttifaqına və MDB-yə, Ermənistan bu əməkdaşlıqda maliyyə, iqtisadi gəlirlər əldə edir. Bir müddət əvvəl Ermənistan rəhbərliyi ən yüksək səviyyədə bəyan etmişdi ki, bu strukturlar ölkənin təhlükəsizliyi, iqtisadiyyatının inkişafı və Cənubi Qafqazda təcrid olunmaması üçün prinsipial dərəcədə vacibdir. Bu unudulub? Bu artıq həqiqət deyil? Nə vaxt aldatdınız? Onda, ya indi? Bu nə 180 dərəcə dönüşdür belə?". Hələlik isə bəllidir ki, Qərbin Ermənistan planında Moskvanın bölgədən sıxışdırılıb çıxarılması prioritetdir. Bundan başqa, hər vəchlə İrəvanın KTMT-dən uzaqlaşmasına və yekunda Rusiyaya məxsus 102 saylı hərbi bazanın ölkədən çıxarılmasına cəhd edilir.  Qərb Aİ vasitəsilə bölgədə hər vəchlə sabitliyə, əminamanlığa qarşı çıxır. Brüsselin "missiya oyunu" da bu planın tərkib hissəsidir. Missiya üzvlərinin sayının artırılması təşəbbüsünün, Rusiyaya qarşı ittihamların hədəfi bəllidir: bölgəni Ukraynaya, Suriyaya çevirmək. Artıq bu istiqamətdə plan işə düşüb. Sadəcə, buna vaxtında reaksiya vermədiyi halda Rusiyanın Ermənistanı da itirməsi mümkündür. Kreml artıq sözdən hərəkətə keçməlidir. Əks halda Ermənistanı da itirəcək. Burada Azərbaycanı maraqlandıran əsas məsələ isə regionun geosiyasi və hərbi qarşıdurmalar məkanına çevrilməməsidir. Çünki bu hal regionda ciddi təhdid yaradır və bölgənin lider ölkəsi olaraq Azərbaycanın da maraqlarına ziddir. Bakı məhz buna qarşı mübarizə aparır. 

Qərb Azərbaycanın dəfələrlə etdiyi çağırışlara məhəl qoymayaraq, Ermənistanda revanşist əhval-ruhiyyəni qızışdırmağa, bu ölkəyə hərbi dəstək verməyə və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını əngəlləməyə çalışır. Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə, ölkələrin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdıqları Praqa və Soçi razılaşmalarına zidd olaraq, Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkməyib. Özü də konstitusion qaydada Azərbaycana qarşı ərazi iddialarını davam etdirir. Ermənistanın konstitusion sənədlərindən Azərbaycana qarşı ərazi iddialarının çıxarılması iki ölkə arasındakı sülh prosesinə əhəmiyyətli töhfə verə bilər. Amma Qərbin dəstəyi ilə Ermənistanın bundan vaz keçməsi də gözləniləndir. Eyni şeyi sərhəd barədə də demək olar. Azərbaycan məhz bütün bunlardan narazıdır.

Tahir TAĞIYEV

 

 




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ