Cümə axşamı günü, 05 noyabr 2026
     

Blinkenin zəngi Azərbaycan XİN-in 27 mart bəyanatını yenidən gündəmə gətirdi...

Image


Əli Mustafa: "Azərbaycan XİN-in  haqlı etirazı ABŞ rəsmisinin zəruri zənglərini və izahlarını şərtləndirdi"

 Aprelin 5-də Brüsseldə üçtərəfli ABŞ-Avropa Komissiyası-Ermənistan görüşünün hədəfləri və doğuracağı nəticələr ətrafında müzakirələr geniş vüsət alıb. Hətta vəziyyət o yerə çatıb ki, ABŞ- ın dövlət katibi Blinken

aprelin 3-də Prezident İlham Əliyevə zəng edərək, məlum görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib.

Hələ Blinkenin telefon zəngindən əvvəl Azərbaycanın Xarici İşlər Nazirliyi görüşlə bağlı bəyanat yayaraq bildirib ki, Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır.

Həmçinin qeyd olunub ki, sözügedən konfrans tam şəffaf şəkildə keçirilmir, regional inklüzivlikdən məhrumdur və regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya ziddir.

Bu konfrans erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır.

Blinken səviyyədə adamın görüşlə bağlı Prezident İlham Əliyevə zəng vurub izah verməsində bizim XİN-in zamanında verdiyi bəyanatın da rolu danılmazdır. Blinkenin zənginə səbəb həm də Azərbaycanın narahatlıq mövqeyini əks etdirən XİN-in məlum bəyanatı oldu.  Məlum bəyanatda ifadə edilən dəqiq zərbələr Blinkenin zəng edib Brüssel görüşü ilə bağlı ətraflı məlumat verməsində  nə dərəcədə mühüm rol oynadı?

Müstəqil siyasətçi Əli Mustafa "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki,  belə bir zəngin olması bir çox mətləblərdən xəbər verir: "Bu məsələnin belə inkişaf etməsi, konkret üçtərəfli görüş, o görüşün Azərbaycan tərəfindən qəbul olunmaması, ABŞ Dövlət katibinin zənglə izahat vermək təşəbbüsü, bütün bunlar hamısı onunla bağlıdır ki, Azərbaycan və Ermənistan uzun illərdir münaqişə gedən tərəflərdir, münaqişənin də əsas tərəfi Ermənistandır. Ermənistan heç bir əsası olmadan Azərbaycan torpaqlarına hücum edib, əhəmiyyətli bir hissəni işğal edib, 30 il işğal altında saxlayıb. Bu müddətdə də Fransa və Rusiya moderatorluq ediblər ki, məsələni həll etsinlər. 30 il ərzində təcavüzkar Ermənistanın bir addım da geri çəkilməsini təmin etməyiblər, bu təcavüzkarla təcavüzə məruz qalan Azərbaycanı eyni tutublar. Nəhayət, 2020 - ci ildə Azərbaycan tərəfi öz silahlı qüvvələrini gücləndirərək, təcavüzkarı ərazidən qovub çıxarıb. Münaqişə həll olub, qalıb xırda məsələlər. Belə bir vəziyyyətdə 30 il moderator olan dövlətlərin birtərəfli qaydada yalnız Ermənistanı himayə etməsi, onu silahlandırması Azərbaycanda haqlı narazılıq yaradır. Həm də dolayı yolla onu deməyə əsas verir ki, onlar Ermənistanın təcavüz yolu ilə yaratdığı vəziyyəti qoruyublar. Yenidən bu edilən təşəbbüslər Ermənistanı gücləndirməyə xidmət edir, bu da onun yenidən hücum etməsi anlamına gəlir. Ona görə də, Azərbaycan haqlı olaraq öz narazılığını bildirir. Bunları da anlayan ABŞ dövlət katibi Blinken Azərbaycana onu izah etməyə çalışır ki, onların məqsədi Ermənistanı gücləndirib, Azərbaycana hücum etməsini təmin etmək deyil. Onlar burda daha çox Rusiya ilə bağlı hədəflərinin olduğunu dilə gətirdilər. Ümumiyyətlə Azərbaycana qarşı o prosesin olmadığını dilə gətirirlər. Əlbəttə, burada Azərbaycan tərəfinin verdiyi bəyanat, bildirdiyi narazılıq da öz rolunu oynayır. Əvvəla, ABŞ-ın Azərbaycanla bir çox sahələrdə əməkdaşlığı var. Azərbaycan beynəlxalq münasibətlər sistemində rol alan faktorlardan biridir. Bizim də tərəfdaşlarımız, dostlarımız var. Hər halda, bütün bu qüvvələri də qarşısına almaq Amerikanın xarici siyasətinə uyğun deyil. Azərbaycan XİN-in  haqlı etirazı, eyni zamanda ABŞ-ın təşəbbüslərinin bizdə qıcıq yaratması,  bizim də haqlı olmağımız ABŞ rəsmisinin zəruri zənglərini və ya izahlarını şərtləndirmiş oldu. Mən yenə də düşünürəm ki, bütün bu proseslər Ermənistanın gücləndirilməsinə gətirib çıxaracaqsa, mütləq Ermənistan növbəti təcavüz aktlarını gerçəkləşdirməyə çalışacaq. Ona görə də, indiki mərhələdə Fransa və ABŞ  addımlarına diqqət etməlidir. İlkin mərhələdə Azərbaycanın bəyanatlar verməsi, etirazlar etməsi növbəti mərhələlərdə preventiv tədbirlərlə əvəz oluna bilər.  Bu da Ermənistanın növbəti dəfə güclənməsinə və təcavüzkarlıq təşəbbüslərini motivasiya edəcək bir səviyyəsinə gəlib çıxmasının qarşısını almasına təsir edəcək. Azərbaycan bu təhlükələri, yaranacaq risqləri nəzərə alaraq, hər zaman birtərəfli qaydada müdafiəsi və təhlükəsizliyi üçün zəruri olan tədbirləri görmək hüququna malikdir".

Məhəmmədəli QƏRİBLİ 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ