Cümə axşamı günü, 05 noyabr 2026
     

Qərbi Azərbaycanın mədəni-tarixi irsini erməniləşdirən sərgi açılır...

Image


Qasım Hacıyev: "Onlar Qarabağda olduğu kimi, Qərbi Azərbaycanda da türk irsini saxtalaşdırmaqla məşğul olublar"

Ermənistan adlanan dövlətin ərazisi kimi, bu ərazidə yerləşən qədim dövrə aid maddi-mədəni irs nümunələrinin hamısı Azərbaycan türklərinə məxsusdur. Sovet dövründən indiyə kimi erməni arxeoloqlar Qərbi Azərbaycan ərazisinin alıtını üstünə çeviriblər. Moskvadakı, Sankt-Peterbruqdakı ermənipərəst rus arxeoloq və tarixçilərinin rəhbərliyi ilə saysız arxeoloji qazıntılar aparıblar, yaşayış məskənləri, qədim məzarlar, əntiq əşyalar əldə ediblər, Azərbaycan türklərinə, xristian Azərbaycan Albaniyasına, ondan əvvəlki çağlara aid maddi-mədəni irs nümunələri aşkarlayıblar, dərhal da onu erməniləşdiriblər. Tarixə baxmadan, ermənilərin bizim ərazilərə kütləvi köçünün 1828-ci il Türkmənçay müqaviləsindən sonraya təsadüf etdiyini nəzərə almadan bizim abidələrimizə,  tarixi irs nümunələrimizə sahiblənməyə çalışıblar. Albaniyanın az qala bütün irsini mənimsəyiblər, alban kilsəsini saxtalaşdırıblar, o kilsənin bütün dəyərlərini oğurlayıblar, əlyazmaların üzünü köçürüb orijinalını məhv ediblər. Azərbaycan türklərinə aid sərvətləri muzeylərə daşıyıb erməni irsi kimi təqdim ediblər. Alban çarlarına, eləcə də Urartuya sahiblənməyə, Artaşes sülaləsinə iddia etməyə çalışıblar, I Artaşesi "erməni hökmdarı" adlandırıblar . Halbuki, bunların ermənilərlə heç bir əlaqəsi yoxdur.  

İndi də məlumat yayılıb ki, Ermənistan Tarix Muzeyi və "Armenpress" xəbər agentliyi muzeydə saxlanılan nadir eksponatları təqdim etmək məqsədilə "Tarixin xəzinələri" adlı birgə layihəyə başlayır. 400.000-dən çox eksponatdan ibarət "milli kolleksiya" təqdim ediləcəyi yazılır. Yazırlar ki, burada daş dövründən tutmuş bugünə qədər "Ermənistanın tarixini və mədəniyyətini əks etdirən" arxeoloji artefaktlar, numizmatik və etnoqrafik nümunələr toplanıb. Qondarma Urartu qala-şəhəri "Karmir Blur"dan danışırlar. Yazırlar ki, "Karmir Blur"da aparılan qazıntılar zamanı eramızdan əvvəl 8-ci əsrə aid bir qab qapağı aşkar edilib, bu da bütün zərgərlik növlərinin inkişaf etdiyi bir dövrdən bəhs edən nadir nümunədir.

Ermənistan Tarix Muzeyində yer alan bu qab qapağının erməni mədəniyyəti ilə nə əlaqəsi var? Eramızdan əvvəl 8-ci əsrdə bu torpaqlarda hay sürüsü nə gəzirdi ki, durub qədim irsdən danışırlar? "O çox qiymətlidir və mütləq eramızdan əvvəl 8-ci əsrə aiddir, çünki onun yuxarı üçdə birinin gümüş lentində kral I Artşaşesin bir sətirlik mixi yazısı həkk olunub. Qapağın səthi səkkiz konsentrik gümüş lentlə örtülüb"-deyə yazırlar. Kral Artaşesin ermənilərə nə yaxnlığı var ki, bu cür hədyanlar danışırlar? Hələ Van padşahlarından da danışırlar, guya onlara aid yazıda erməni dilində  "xup" sözünə rast gəliblər.

Özləri etiraf edirlər ki, Qərbi Azərbaycan ərazisində arxeoloji qazıntılar apararkən xarici arxeoloqların da iştirakı təmin olunub.  "Bu nümunənin öyrənilməsi zamanı yeni sözlər və işarələr aşkar edilib ki, bu da təkcə erməni deyil, həm də xarici arxeoloqlara Urartu dövrü ilə bağlı böyük kəşflər etməyə imkan verib". Bu sözü muzeyin şöbə müdiri Armine Zöhrabyan  deyib. Hətta vurğulayıb ki, Urartu dövrü ilə bağlı bir sıra xarici alimlər təqiqat aparıb, məqalələr yazıblar. Təbii, bu məqalələr də birbaşa tarixi saxtalaşdırmaya və Azərbaycan türklərinin tarixi irsini erməniləşdirməyə xidmət edib. 

Bu gün Ermənistanın Tarix Muzeyində saxlanılan qədim dövrə aid bütün eksponatlar Azərbaycan türklərinin irsidir. Sadəcə, bizim arxeoloqlar bunu araşdırıb, incələyib beynəlxalq ictimaiyyət üçün bir hesabat hazırlamalıdır. 

"Alban Azərbaycan mədəniyyətidir, Azərbaycan türk xalqına aid mədəni irsdir"

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz Tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev "Bakı-Xəbər"ə şərhində bildirdi ki, doğrudan da ermənilər boş vaxt tapan kimi, tarix yazmaqla məşğul olur.   "Yalançı, saxta tarix düzəldə-düzəldə gəliblər. İndi də bu saxta tarixi, siyasəti, ideologiyanı əsaslandırmaq üçün arxeologiyadan yapışırlar. Bilirlər ki, yazının olmadığı dövrdə də, müəyyən çağlara aid tarixin itdiyi vaxtlarda da  arxeoloji materiallar köməyə gəlir, bunu sübut etməyə imkan verir. Özü də dünya ölkələrində artefaktlar sayılan maddi-mədəniyyət nümunələri aşkar edilirsə, bu, tarixdə mötəbər hesab edilir. Onu paralelləri, oxşarları ilə tutuşdurub tarixini də, dövrünü də, onun haqqında məlumatları da dəqiqləşdirirlər. Bu baxımdan, ermənilər də bir daha yenə o işə qayıdıblar ki, saxta arxeomateriallar, saxta xəritələr, uydurma tarixi fikirlər söyləməkdənsə, onlara aid olmayan tarixi irsi, maddi-mədəniyyət nümunələrini öyrənib ordan çıxış etmək faydalıdır"-deyə bildirən Q.Hacıyev xatırlatdıki, ermənilər İrəvanı "Erabuni" kimi qələmə verməklə 1968-ci ildə onun 2750 illiyini, 2018-ci ildə isə 2800 illiyini qeyd etdilər, bu isə başdan-başa saxtakarlıq idi. "Bu saxta tarixi yenidən gündəmə gətirdilər. Halbuki, bu tarixlərdə Qərbi Azərbaycan ərazisində haylar yaşamayıb və onların burada qədim maddi-mədəniyyət nümunəsi yoxdur. 2018-ci ildə İrəvanın Ermənistana verilməsinin yüz ili tamam oldu. Amma onlar saxtakarlıq edərək İrəvanın 2800 illiyini keçirdilər. Bu birmənalıdır. Ermənilər nə qədər ciddi cəhdlə çalışlar da, Azərbaycan tarixçiləri, xüsusən də son dövrlərdə ermənilərin apardıqları tədqiqatların saxta, yalan olduğunu sübut edib. Onlar nə qədər çalışsalar da, Sovet dövründə və ondan sonra yazdıqlarını nə qədər təbliğ etsələr də erməni tarixində qədim dövr yoxdur. Çünki onların 1828-ci ildən sonra Qərbi Azərbaycan ərazilərinə gəldiyi məlumdur, buna çoxlu faktlar, çoxlu tutarlı arqumentlər var. Ermənistanın bu gün təqdim etdiyi qədim arxeoli materialların, eksponatların, tarixi mədəni irsin onlarla heç bir əlaqəsi yoxdur. Bu gizlin məsələ deyil ki, onlar Qarabağda olduğu kimi, Qərbi Azərbaycanda da türk irsini saxtalaşdırmaqla məşğul olublar. Onların qədim dövrə aid heç bir irsi yoxdur, öz adlarına qələmə verdikləri isə saxtalaşdırdıqları Azərbaycan irsidir. Bundan başqa, onlar daşları xüsusi kimyəvi maddələrlə "qədimləşdirdikləri" kimi, başqa irs nümunələrini də qədimləşdirə bilirlər.   

Biz onların Qarabağdakı irsimizi necə saxtalaşdırdıqlarını ifşa etdik. Onlar Ağdamda guya "Tiqranakert" tapmışdılar. Orada da daşlar xüsisi maddə ilə "qədimləşdirilmişdi", biz də onların iç üzlərini açdıq. Amma Qərbi Azərbaycana gəlincə, orada orta əsrdən o yana irs elə də çox deyil, olanlar isə alban, Azərbaycan mədəniyyətidir, Azərbaycan türk xalqına aid mədəni irsdir. 

Ermənilər o qədim "irsi" hardansa tapıb çıxarırlar, onlara Ermənistan "tarixi irsi" adı qoymaq istəyirlər. O əziyyəti çəkdiklərindən torpağın altında basdırdıqları məscidləri, minarələri, sarayları, gümbəzləri çıxarsınlar. Onlar bizim cəmi iki abidəmizi saxlayıblar, amma birinə "fars", birinə isə "türkmən" "mədəni irsi" adı vertiblər. Onları bu adla saxladılar. Qalanlar isə dağıdıldı, torpağın altında basdırıblar. İrəvanın harasını qazsan oradan bizə aid maddi-mədəniyyət nümunəsi çıxacaq. Ermənilərin o kolleksiyaya aid etdiyi və sərgilədiyi o zinət və məişət  əşyları da yenə də Azərbaycan, türk xalıqna aiddir. Ermənilər ora sonralar gəldikləri üçün heç bir qədim, orta əsr dövrünə aid irsləri yoxdur"-deyə Q.Hacıyev bildirdi. 

İradə SARIYEVA




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ