Cümə axşamı günü, 05 noyabr 2026
     

Rusiyada miqrantlarla bağlı durum sürətlə pisləşir - soydaşlarımıza təhlükə var...

Image


Rusiya prezidenti Vladimir Putin növbəti dəfə miqrasiyaya yeni yanaşma lazım olduğunu deyib. Onun bu çıxışından əvvəl martın 22-də Moskva ətrafındakı "Crocus City Hall" konsert zalına terror hücumu ilə bağlı Rusiyada yaşayan 4 Tacikistan vətəndaşı həbs olunub. Bu hücum nəticəsində 144 nəfərin həlak olduğu və daha 551 nəfərin xəsarət aldığı bildirilir.

Hücuma görə məsuliyyəti öz üzərinə bir vaxtlar Suriya və İraqda geniş əraziləri ələ keçirmiş İslam Dövləti ekstremist təşkilatı götürüb. Rusiya bu iş üzrə şübhəliləri Ukraynaya bağlamaq istəsə də, Kiyev bu iddianı rədd edib, Vaşinqton isə ittihamı cəfəngiyat adlandırıb. Bu hücumla bağlı sözügedən 4 şübhəli ilə birlikdə Rusiyada 12 nəfər saxlanıb. Bunların əksəriyyəti Rusiyada yaşayan və işləyən taciklərdir. Putin polis rəisləri qarşısında etdiyi çıxışda deyib ki, bu hücumda məqsəd Rusiya daxilində ixtilaf, ksenofobiya və islamofobiya yaratmaq olub. Bununla yanaşı Putin bildirib ki, Rusiyada miqrasiya sisteminin yenilənməsinə ehtiyac var. Onun sözlərinə görə, miqrasiya xidməti iş icazələrini bəzən ciddi cinayət tarixçəsi olan adamlara verib. Putin deyib ki, miqrasiya siyasətinə yanaşmanın radikal dəyişiklik və yenilənməyə ehtiyacı var: "Burada həlledici prinsip odur ki, Rusiyada işləmək və yaşamaq üçün yalnız bizim ənənələrimizə, dilimizə, mədəniyyət və tariximizə hörmət edənlər gələ bilərlər. Biz miqrasiya siyasətinə yanaşmaları dərindən, köklü şəkildə yeniləməliyik. Mən Daxili İşlər Nazirliyindən, digər hüquq-mühafizə orqanlarımızdan və xüsusi xidmət orqanlarından hökumət və prezident administrasiyası ilə birlikdə bütün bu məsələləri hərtərəfli və təfərrüatlı şəkildə həll etməyi xahiş edirəm". O qeyd edib ki, miqrasiya prosesinin tənzimlənməsinə müasir rəqəmsal elektron biometrik məlumat bazalarının tətbiqi zəruridir. "İndi işləyənlər, görünür, kifayət deyil. Onlar bizə qeyri-qanuni miqrasiyanın risqlərini və residivlərini tam dayandırmağa imkan vermir".   "Reuters" agentliyi yazır ki, Putinin dediklərinə baxmayaraq, Rusiyanın miqrantlar məsələsində manevr etmək üçün meydanı məhduddur. Son bir neçə onillikdə Mərkəzi Asiyanın keçmiş sovet respublikalarından Rusiyanın böyük şəhərlərinə milyonlarla miqrant axışıb. Onlar Rusiyada əsasən taksi sürücüləri, bərbər, xidmətçi kimi fəaliyyət göstərirlər. Bununla belə, Rusiyanın 147 milyonluq əhalisinin azalmağa meylli olduğu bildirilir. Belə bir şəraitdə ağır sənaye və əkinçiliklə məşğul olan miqrantların ölkəyə gəlişi çox zəruridir. Bu fonda Putin deyib: "Dövlətin və cəmiyyətin maraq və təhlükəsizliyini təmin etmək, millətlərarası və dinlərarası harmoniyanı, mədəni və dil kimliyini qoruyub saxlamaq lazımdır və bu, Rusiyanın gücü deməkdir". Hazırda Rusiyada 277 dil və dialektdə danışılır. Rusuya əhalisinin 15 faizini müsəlmanlar təşkil edir. Mövcud durumda Tacikistan rəsmiləri bildirirlər ki, Rusiyadan qayıdan taciklərin sayı kəskin artıb. Tacikistanın Moskvadakı səfirliyi Rusiyadakı Tacikistan vətəndaşlarına evlərindən çıxmamalarına dair xəbərdarlıq edib. Səfirlik vurğulayır ki, Tacikistan vətəndaşları qisas insidentlərinin qurbanı ola bilərlər. Rusiyada hazırda Mərkəzi Asiya miqrantlarını hədəfləyən ksenofobiya insidentləri baş verir. Tacikistanın Demokratik Partiyası və Tacikistan parlamentinin bəzi deputatları Rusiya prezidenti Vladimir Putini ksenofobiya zəminli zorakılığın qarşısının alınmasına çağırıblar. Qırğızıstan da öz vətəndaşlarını Rusiyaya səfərlərdən çəkindirən bəyanatla çıxış edib. Rusiya şəhərlərində yüz minlərlə qırğız miqrant da var.

Onu da qeyd edək ki, Rusiyanın Əmək Nazirliyi "Xarici vətəndaşların hüquqi statusu haqqında" qanuna dəyişiklik etməyi planlaşdırır. Məlumata görə, yeniliklər əmək müqavilələrinin müddətinə də təsir edəcək. Əcnəbi ilə əmək müqaviləsinin bağlanma müddəti indiki kimi müddətsiz deyil, iki illə məhdudlaşdırılacaq. İş icazəsi alanlar bir ay ərzində rus dili, tarixi və Rusiya qanunvericiliyini bildiklərini təsdiq edən sənəd təqdim etməlidirlər.  Aprelin 1-də Rusiya Daxili İşlər Nazirliyi miqrasiya sahəsində dövlət nəzarətinin gücləndirilməsi ilə bağlı qanun layihəsi üzərində işi başa çatdırıb. Qanun əcnəbiləri biometrikadan keçməyə məcbur edəcək və onların ölkədə qalma müddətini ildə 90 günə qədər azaldacaq. Qanun layihəsi martın 22-də "Crocus City Hall"da baş vermiş terror aktı fonunda hazırlanıb. Bəzi müşahidəçilərin fikrincə, Rusiyada ilk növbədə qanunsuz işləyən miqrantlar, o cümlədən də Azərbaycandan gələnlər ciddi problemlərlə qarşılaşa bilər.  Rusiyanın rəsmi orqanlarının məlumatına görə, 200 mindən çox Azərbaycan vətəndaşı orada əmək müqaviləsi ilə işləyir. Əlbəttə, söhbət qanuni əmək fəaliyyəti ilə işləyən şəxslərdən gedir. Onların böyük bir qismi ticarət, tikinti və digər sektorlarda çalışır. Amma əmək müqaviləsi olmadan çalışan soydaşlarımızın da sayı az deyil. Rusiyada qanunvericiliyə düzəliş üçün təklif edilən yeni maddəyə əsasən, perspektivdə işə götürülən miqrantlar yalnız peşələrinə uyğun işlərdə çalışacaqlar. Uyğun olduğu təqdirdə həmin şəxslə əmək müqaviləsi rəsmiləşdiriləcək, olmadığı təqdirdə isə yox. Faktiki olaraq, məhdudiyyətlər sərtləşdirilmə ilə müşayiət olunur. Bu da Rusiyadan Azərbaycana da xeyli sayda miqrantın dönüşünü istisna etmir. 

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ