Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistanı məhvə sürükləyən Rusiya deyil, Qərbdir...

Image


"Rusiya aprelin 5-də Brüsseldə gözlənilən üçtərəfli görüşə kifayət qədər sərt reaksiya verdi. Erməni tərəfi də bundan az kəskin cavab verdi. Görünür, cavabla bağlı belə "məsuliyyətli iş" Ermənistan Respublikası Milli Assambleyasının sədri Alen Simonyana həvalə olunub". Bu fikirlər Ermənistanın "Qraparak" qəzetində yer alıb. 

Nəşr  yazır ki, vaxtilə Rusiya dairələri tərəfindən qəbul edilən bu şəxs o həddə radikallaşıb ki, Ermənistan İctimai Televiziyasının efirində deyib: "Rusiya "dövlətçiliyimizi diz çökdürmək" üçün yola çıxdı. Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bütün bunları yalan adlandırdı. Paşinyan Alen Simonyanın ağzı ilə ipdən asılı qalan Ermənistan-Rusiya münasibətlərinə son qoymağa çalışır. O, bir daşla bir neçə quş vurur: Alen Simonyanı tamamilə rəqib kimi "sıradan çıxarır", həm də Rusiyanı bu cür bəyanatlara necə reaksiya verəcəyini öyrənmək üçün sınaqdan keçirir. Əgər Rusiya Federasiyasının reaksiyası çox sərt olarsa, o zaman baş nazir Milli Assambleyanın sədrini "qurban verəcək": deyirlər, bu onun şəxsi fikridir. Əgər Rusiyanın reaksiyası çox da kəskin olmasa, o zaman Paşinyan, nəhayət, bütün erməni-rus körpülərini yandıraraq Qərbin qucağına "uçacaq". Aprelin 5-də Brüsseldə keçiriləcək üçtərəfli Ermənistan-ABŞ-Avropa İttifaqı görüşü də buna xidmət edir. Rusiyanın "Novıe izvestiya" nəşri yazır ki, görüşdə İrəvan üçün taleyüklü tədbirlər paketi, Qərb tərəfindən təhlükəsizlik təminatının verilməsi, eləcə də, Ermənistanın Avropa İttifaqına üzvlüyü imkanları diqqət mərkəzində olacaq: "İrəvanın yeni dostları Aİ və Birləşmiş Ştatlar timsalında Ermənistan üçün yeni təhlükəsizlik sistemi yaratmağa çağırış ediblər. Buraya əsas olaraq Rusiyaya məxsus 102-ci bazanın Ermənistandan çıxarılması, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, Avrasiya İqtisadi İttifaqından çıxmaq daxildir. İrəvan buna qədər anti-Rusiya siqnallarını daha "ucadan" səsləndirməyə başlayıb. Artıq Ermənistan KTMT PA-nın Moskvada törədilən terror aktını pisləyən bəyanatına qoşulmayıb, bunu da təşkilatda iştirakını dondurmaqla əlaqələndirib. Ermənistan banklarının da üzvü olduqları milli ödəmə sistemi – "Armenian Card" isə Rusiyanın "Mir" kartlarına xidmət etməkdən imtina edib. Ermənistanda Moskva-İrəvan gərginliyinin əsas səbəbi kimi Kremlin Qarabağ məsələsində tutduğu mövqe önə çəkilir. Bundan ən çox istifadə edən Paşinyandır. O, partiya üzvləri ilə görüşündə bir daha bildirib ki, "Rusiya Federasiyası ilə münasibətlərimizdə heç bir səhv etməmişik, tərəfdaşlarımız hansısa yerə işarə edib deyə bilməzlər ki, bizim burada hansısa öhdəliklərimiz olub və biz onları yerinə yetirməmişik. Biz qeyd edə bilərik və qeyd edirik ki, qanuni suallar qaldırırıq və bu qanuni suallara mənalı cavablar gözləyirik. Nə qədər ki, bu suallara cavab verilmir, nə desələr də, məsələni həll etməyəcək". 

Beləliklə, Qarabağda Rusiyanın bitərəf qalması onun üçün göydəndüşmə olub. Rusiya Elmlər Akademiyası siyasi tədqiqatlar Mərkəzinin rəhbəri Boris Şmelyov qeyd edir: "Paşinyan nəzarətində olan bütün media resurslarını məhz bu istiqamətə yönəltməyə müvəffəq olub. Əgər məsələyə obyektiv yanaşsaq, Rusiya hərbçilərinin bu münaqişəyə qarışmaq üçün hüquqi əsasları olmayıb. Bu, iki dövlətin daxili işi olub. Paşinyan da münaqişənin gərginləşməsini istəmədiyindən, Qarabağı təhvil verdi. İndi isə İrəvan Rusiyanı günahkar çıxarmağa çalışır. Ermənistan bizim üçün strateji xarakter daşıyan Rusiya hərbi bazasını hər vəchlə bağlamağa çalışır". O ki qaldı Ermənistandan Rusiya hərbçilərinin çıxarılmasına, ekspertlərin qənaətincə, bu, sağlam düşüncəyə ziddir. Məsələn, Rusiya XİN məsələ ilə bağlı bildirib ki, hərbi baza və Rusiya sərhədçiləri Ermənistanın suverenliyinin yeganə təminatıdır. Qarabağın Azərbaycana qaytarılmasından sonra Ermənistan yeni təhlükəsizlik sistemindən bəhs etməyə başlayıb, Rusiyaya isə orada yer yoxdur.

Əksəriyyət də hesab edir ki, ermənilər Rusiyanın Ermənistandakı hərbi bazasını gec-tez çıxaracaq. Regional problemlər İnstitutunun rəhbəri Dmitri Juravlyov da bu qənaətdədir. O hesab edir ki, İrəvan NATO-ya üzv olmasa, o dövlətin heç bir təhlükəsizlik təminatı olmayacaq. Rusiyalı ekspert daha sonra maraqlı bir etiraf da edir. Bildirir ki, Ermənistanın ərazilərinin bir çoxu Türkiyənin olub. İrəvan müstəqil şəkildə özünü qoruya bilməyəcək. Lakin indi orada Qərbin təkliflərindən eyforiyaya düşüblər. O ki qaldı Ermənistanın Avropa İttifaqına üzv qəbul olmasına, bu ölkə prezidentinin keçmiş müşaviri Tevan Poqosyan hesab edir ki, bu üzvlük məsələsi daha çox siyasi xarakter daşıyır. 2020-ci il müharibəsindən sonra Ermənistan Rusiyadan incik düşüb. Paşinyan hökuməti Moskvanın Qarabağ məsələsinə yanaşmasından narazıdır.

Ölkənin Avropa ailəsinə üzv olacağına gəldikdə, bunun xülya olduğunu əksəriyyət qəbul edir. Hazırda bu məsələ ətrafında alver getdiyi xüsusi vurğulanır. Əsas fikir də bundan ibarətdir ki, Ermənistan hökuməti Avropa İttifaqının vəd olunan maddi yardımı müqabilində Rusiya-Ermənistan münasibətlərini satmağa çalışır. Indi Ermənistan cəmiyyətində parçalanma təhlükəsi güclüdür, ölkədə birlik yoxdur. Bir tərəfdə SSRİ dövründə böyümüş insanlar, digər tərəfdə Qərbə inteqrasiya etməyə meylli gənclər, İT mütəxəssisləri, gənc iş adamları dayanıb. Paşinyana gəlincə, ondan narazılıq getdikcə artır, hökumət əleyhinə aksiyalar mütəmadi hal alıb". Baş verənləri şərh edən erməni politoloq Armen Bağdasaryan isə qeyd edir ki, bu halda Rusiyanın Ermənistana ağrılı zərbələr endirmək üçün çoxlu imkanları var: həm iqtisadi, həm də siyasi: "Məsələn, ucuz enerji satışından imtina, erməni miqrantlara qarşı sanksiyalar – həddən artıq çoxdur bu imkanlar". Onun sözlərinə görə, Rusiyanın bu imkanlardan necə istifadə etməsi onun nə qədər ağrılı zərbə vurmağa çalışmasından asılıdır: "Buna görə də Ermənistan hakimiyyəti əks tədbirlər haqqında düşünməyə borcludur ki, bu zərbələrə davam gətirə bilsin. Təsadüfi deyil ki, aprelin 5-də Brüsseldə keçiriləcək budəfəki görüşün əsas mövzusu Ermənistanın müqavimətinin artırılması olacaq. Güman edirəm ki, orada ABŞ və Avropa Ermənistana nəsə vəd etməyə çalışacaq ki, siz Rusiya ilə münasibətləri gərginləşdirməyə davam edin, biz isə cavab tədbirinin o qədər də ağrılı olmamasına çalışacağıq. İndiki halda, mənim anladığım qədər, Brüsseldə söhbət yalnız iqtisadi və maddi məsələdən gedəcək, təhlükəsizlikdən yox". Ekspert bildirib ki, Rusiyanın mümkün iqtisadi təzyiqləri fonunda Qərbin görməli olduğu iş ilk növbədə ucuz enerjiyə çıxış olmalıdır. Onun sözlərinə görə, nə ABŞ-ın, nə də Aİ-nin Ermənistana ucuz enerji çatdırmaqı imkanı var: "Yalnız bir variant var: Azərbaycanın enerji imkanlarından istifadə etmək. Ancaq bundan ötrü əvvəlcə Azərbaycanın təhlükəsizliklə bağlı tələblərinin nə olduğu bilinməlidir. Buna görə deyirəm ki, Ermənistan hakimiyyəti addım atarkən düşünməlidir".

Tahir TAĞIYEV




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ