Çərşənbə günü, 13 avqust 2025
     

Arazdəyən, Qarakilsə, Dəvəli adları erməniləri dəli elədi...

Image

Elnur Kəlbizadə: "İndi Ermənistan adlandırılan ərazidə istifadə olunan "erməni" yer adlarının çoxu saxtadır, qondarmadır"

İndiki Ermənistan dövlətinin tarixi Azərbaycan ərazisində - Qərbi Azərbaycanda mövcud olduğunu nədənsə bu ölkədəki bəzi şəxslər qəbul etmək istəmir. Uydurma, saxta tarix düzəltməklə erməniləri "yerli xalq" kimi təsdiqləmək üçün dəridən-qabıqdan çıxan bəzi erməni tarixçiləri illərdir ki, erməniləri bu nağılların, miflərin əsirinə çeviriblər. 

İrəvan Dövlət Universitetinin (YDU) Şərqşünaslıq fakültəsinin İranşünaslıq kafedrasının müdiri Vardan Voskanyan uzun illərdir ki, öz saxta yazıları, cəfəng fikirləri ilə Ermənistan cəmiyyətini yanıltmaqla məşğul olur. V.Voskanyan Vətən müharibəsindən sonra davamlı olaraq Azərbaycanı "toponim müharibəsi" aparmaqda ittiham edir, tarixi toponimlərimizin artıq rəsmi sənədlərdə, mətbuatda, dərsliklərdə yer alması onu qıcıqlandırır və buna başqa don geydirməyə çalışır. O, özünün Telegram kanalında yazıb ki, Azərbaycan heç bir rəsmi mesajda Ermənistan ərazisinin bir toponimindən də istifadə etmir. Azərbaycanda  Qərbi Azərbaycandakı toponimlərin öz əzəli adları ilə qeyd edilməsi Voskanyanı yandırır.  

Üzdəniraq iranşünas Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan ordusunun Naxçıvan istiqamətini atəşə tutması ilə bağlı rəsmi məlumatında yer alan "...Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub" ifadələrdən yaman narahat olub. Onu yandırıb-tökən, narahat edən rəsmi xəbərdə Qərbi Azərbaycandakı Dəvəli, Qarakilsə, Arazdəyən toponimlərinin yer almasıdır. Bundan başqa, o, Aşağı Əskipara kəndinin adının da ermənilərin qoyduğu qondarma adla deyil, məhz öz tarixi adı ilə qeyd edilməsindən də narahatlıq keçirir. Əgər o həqiqi alim olsaydı, etiraf edərdi ki, Qərbi Azərbaycan ərazisində bütün Azərbaycan toponimləri süni şəkildə erməniləşdirib və Azərbaycan da o toponimləri bərpa edib. Amma bunu dilə gətirmir, saxtaşdırdıqları toponimlərimizin bərpasından, rəsmi sənədlərdə, rəsmi xəbərlərdə ifadəsindən narahatlıq keçirir. Unudur ki, onlar nə qədər bizim toponimlərimizi saxtalaşdırsalar da, onların bu çirkin niyyətləri özünü doğrultmayacaq. Dəvəli, Arazdəyən, Qarakilsə, Aşağı Əskipara kəndləri də, başqaları da bizim tarixi məskənimizdir, ermənilər isə ora gəlmədir. 

"...Ərazilər tarixən bizə aid olduğu üçün biz onları istədiyimiz kimi adlandırmaq haqqına malikik"

 AMEA-nın Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, dosent Elnur Kəlbizadə "Bakı-Xəbər"ə şərhində "Qərbi Azərbaycan ərazisindəki yaşayış məntəqələrinin adlarının Azərbaycanın rəsmi dövlət qurumları tərəfindən tarixən olduğu kimi səsləndirilməsi ilə bağlı Vardan Voskanyanın çığırtısı ənənəvi daşnak xislətinin təzahürüdür. Voskanyan özü çox yaxşı bilir ki, XIX əsrə qədər Cənubi Qafqazda heç bir məntəqədə ermənilər kütləvi şəkildə yaşamayıblar. Çar Rusiyasının işğalından sonra hayların  böyük bir qisminin İranın daxili vilayətlərindən köçürüldüyü elə ermənilərin öz mənbələrində də əksini tapmış faktdır. İndi Ermənistan adlandırılan ərazidə istifadə olunan "erməni" yer adlarının çoxu saxtadır, qondarmadır. Ermənistanın ərazi bütövlüyündən, haqdan-hüquqdan o ünsür danışır ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini uzun illər işğal altında saxlamış bir dövlətin vətəndaşıdır, hələ də revanşist, terrorçu çağırışlar edir. Burada deyiblər: utanmasan oynamağa nə var ki...

Əvvəla, ərazilər tarixən bizə aid olduğu üçün biz onları istədiyimiz kimi adlandırmaq haqqına malikik və bunun üçün babaları XIX əsrdə bu torpaqlara köçmüş bir terrorçu-alimciyəzdən icazə almaq fikrimiz yoxdur"-deyə bildirdi.

E.Kəlbizadənin sözlərinə görə, Vardan Voskanyan bilməlidir ki, 1930-cu ildə Cəlaloğlu Stepanavana çevrilib. "Sərdarabadı 1932-ci ildə Oktamberyana, 1992-ci ildə Armavirə çeviriblər.  1935-ci ildə Axta Hrzadan, Dəvəli Ararat, Qarakilsə Kirovakan (1993-cü ildən isə Vanadzor) adlandırılıb.  Basarkeçər 1945-ci ildə Vardenis olub. 1948-ci ilə qədər Spitakın adı Hamamlı olub. 1950-ci ildə Alagöz saxta Araqats, Düzkənd isə saxta Axuryan adı ilə əvəzlənib. Yuxarı Qəmərli 1962-ci ildə Artaşat edilib. Bu siyahını uzatmaq da olar. Ermənilərin yer adlarını necə dəyişdirdikləri ilə bağlı sənədləri Ermənistan arxivlərindən də tapmaq olar. 

İkincisi, işğalçı təfəkkürlü Vardanyan bir ərazinin adını öz dilində ifadə etməyin işğal iddası demək olduğunu söyləyirsə, ona ritorik bir sual vermək lazımdır. Ermənilər Gürcüstanın Samtsxe-Cavaxeti regionunun Cavakx, Gürcüstanı Vrastan, Afrikadakı Toqonu Qnal, Yunanıstanı Hunastan, Rusiyanı Rusastan adlandırırlar. Bunu hayların o ərazilərə iddiası və təcavüzü kimi qəbul etmək olarmı?!"-deyə E.Kəlbizadə vurğuladı.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

13.08.2025 / 09:11
Qubada narkotikaya görə saxlanılan 2 nəfər həbs edildi

13.08.2025 / 09:06
Naxçıvanda yaşayan 63 şəhid övladının Şuşaya səfəri başlayıb

13.08.2025 / 09:00
"Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB zorakılığın qarşısının alınması ilə bağlı tədbir keçirdi

13.08.2025 / 08:57
Tramp Putinlə görüşdən əvvəl Zelenski ilə danışacaq

13.08.2025 / 08:34
Rusiyanın Bakı-Tbilisi-Ceyhana qarşı təxribatının üstü açıldı - Azərbaycan neftinin çirkləndirilməsinin arxasından onlar çıxdı...

12.08.2025 / 22:12
Putin Azərbaycana qarşı daha qatı düşmənçiliyin sifarişini verdi... Heydər Əliyevin heykəllərini hədəfə aldılar...

12.08.2025 / 21:44
Tramp Prezident İlham Əliyev və Paşinyanla görüşündən görüntüləri paylaşdı - VİDEO

12.08.2025 / 21:21
Dünyanı hədələyən 5 təhlükə - Azərbaycandan da uzaqda deyil... Əhalinin 70 faizi..

12.08.2025 / 21:06
Putin Trampın şəxsi adamı ilə söhbətini Paşinyana niyə açdı?..

12.08.2025 / 20:52
ATƏT sədri Azərbaycanla bağlı hərəkətə keçdi - Trampın zəhmi ağır imiş...

12.08.2025 / 20:36
Rusiya irticasına qarşı Bakı-Kiyev ittifaqı güclənir…

12.08.2025 / 20:22
İranın Zəngəzur siyasəti dəyişir - uzaqgörən diplomatiyanın fantastik uğuru...

12.08.2025 / 20:07
Paşinyanın Vaşinqtondan sonra Putin və Pezeşkianla danışması səbəbsiz deyildi...

12.08.2025 / 19:53
Erməni radikallar Vaşinqton prosesini pozmağa konstitusiyadan başladılar...

12.08.2025 / 19:39
Makronun layihəsi sayılan Avropa Birliyinin Ermənistanda qalmasına daha ehtiyac yoxdur - sazişin maddəsi...

12.08.2025 / 19:26
“Tarixi şəxsiyyətlər” jurnalı 20 illiyini qeyd edir... - MÜSAHİBƏ

12.08.2025 / 19:12
Bakı - Yerevan saziş layihəsi üzrə "icra təmasları" başladı..

12.08.2025 / 19:01
Rusiyanın Azərbaycana dərin pislikləri xanlıqlar dövründən başladı... Davam edir...

12.08.2025 / 18:45
Ermənistanla sülh sazişində elə nüanslar var ki... İlk baxışda görünməyənlər...

12.08.2025 / 18:38
Azərbaycan DİN MDB Daxili İşlər Nazirləri Şurasının iclasında iştirakdan imtina etdi

12.08.2025 / 18:34
Ceyhun Bayramov Mirzoyanla Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin icrasını müzakirə etdi

12.08.2025 / 18:20
Həm ATƏT üzvlüyündə qaldı, həm də obyektiv tənqidlərlə onu düz yola çəkir...

12.08.2025 / 18:07
Paşinyanın Konstitusiya dəyişikliyi öhdəliyindən yayınmaq şansı yoxdur - əks halda Tramp onu...

12.08.2025 / 17:50
İlham Əliyevin təklifi üzrə Trampa Nobel mükafatı... Proses başlanır...

12.08.2025 / 17:37
"Vətəndaş Tribunası" İctimai Birliyi Naxçıvan MR-də layihə tədbirlərinə başladı

12.08.2025 / 17:31
Azərbaycanlı ailənin övladları Paris aeroportunda əllərindən alındı - səfirlik hərəkətə keçdi...

12.08.2025 / 17:19
Strateji Tərəfdaşlıq Xartiyası ABŞ-Azərbaycan silah ticarətini başladacaq...

12.08.2025 / 17:10
"Texniki fənlər üzrə kadr tapmaqda müəyyən çətinliklər var" - Nurlan İsmayılbəyli

12.08.2025 / 16:57
Agentlikdən vakant yerlərin gizlədilməsi iddialarına reaksiya - əsassızdır...

12.08.2025 / 16:37
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

12.08.2025 / 16:32
Dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə müraciət ünvanladı...

12.08.2025 / 16:17
Tramp-Putin sammiti Alyaskada bu oteldə keçiriləcək - lüks otelə qonaq qəbulu dayandırıldı…

12.08.2025 / 15:58
7 milyonluq lüks avtomobillər müsadirə edildi...

12.08.2025 / 15:46
MÜTDA-dan məktəbli formaları ilə bağlı növbəti xəbərdarlıq - yolverilməzdir...

12.08.2025 / 15:32
Xaçmazda istirahət mərkəzində avtomobildən oğurluq edənlər yaxalandı

12.08.2025 / 15:18
Zelenski xəbərdarlıq etdi - ruslar yeni hücuma hazırlaşır...

12.08.2025 / 15:01
ABŞ hökuməti etirazların yatırmaq üçün yeni qoşun yaradır...

12.08.2025 / 14:43
Prokurorluq Köçəryan və Ohanyandan 670 milyon dram tələb etdi...

12.08.2025 / 14:21
Pezeşkian türk adları ilə bağlı qadağaların ləğvini tapşırdı

12.08.2025 / 14:04
İmtahanda keçid balını toplaya bilməyən iki mindən çox müəllimin taleyi necə olacaq?..

12.08.2025 / 13:51
"İran mediasında Zəngəzur dəhlizi göstərildiyi kimi qəribə deyil" – Hökumət sözçüsü

12.08.2025 / 13:44
Ukrayna Orenburqda Rusiya raketləri üçün helium qazı istehsal edən yeganə zavodu vurdu

12.08.2025 / 13:37
"Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün əlavə addımlar atılmalıdır" - Elçin Əmirbəyov

12.08.2025 / 13:22
Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edildi

12.08.2025 / 13:10
Захарова, почему Россия не хочет мира на Кавказе? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

12.08.2025 / 12:55
Hicran Hüseynova “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

12.08.2025 / 12:53
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibində dəyişiklik edildi

12.08.2025 / 12:36
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəzifələri artırıldı

12.08.2025 / 12:34
“Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə” təsdiq edildi

12.08.2025 / 12:33
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib

12.08.2025 / 12:30
Lənkəranda yolların təmirinə 1.5 milyon manat ayrıldı - SƏRƏNCAM

12.08.2025 / 12:17
Antalya Böyükşəhər bələdiyyəsində əməliyyat - 17 nəfər həbs olundu...

12.08.2025 / 12:00
Hədə-qorxu ilə pul tələb edən sayt rəhbəri saxlanılıb

12.08.2025 / 11:20
“Fənərbağça” bu axşam "ya davam, ya tamam" oyununa çıxır...

12.08.2025 / 11:13
Yaşmada zirehdələn top mərmisi aşkarlanıb

12.08.2025 / 11:06
Naxçıvanda 7 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlandı

12.08.2025 / 11:00
Bu iki gözəl insan mənim yaxşı dostlarımdır - Trampdan İlham Əliyev və Paşinyan haqqında paylaşım

12.08.2025 / 10:35
Ermənistanda müdafiə nazirinin müşaviri həbs edildi

12.08.2025 / 10:21
Sumqayıtda top mərmisi tapılıb - FHN-dən TƏCİLİ MƏLUMAT

12.08.2025 / 10:15
Qubada 52 yaşlı kişi evində yanaraq ölüb

12.08.2025 / 10:12
Qərbi Azərbaycan musiqi irsinin araşdırılması layihəsinə start verildi

12.08.2025 / 10:06
Şabranda əkin sahələrinin yandırılmasına görə iki nəfər saxlanılıb

12.08.2025 / 10:00
"Qarabağ" bu axşam "Şkendiya" ilə cavab oyununa çıxacaq

12.08.2025 / 09:51
Avronun məzənnəsi azaldı, rus rublu bahalaşdı - bu günün valyuta məzənnələri

12.08.2025 / 09:30
ŞOK QƏRAR - "Netanyahu Norveçə gəlsə həbs ediləcək"

12.08.2025 / 09:20
"Putinlə Zelenski eyni otaqda olsunlar" - Trampdan BƏYANAT

12.08.2025 / 09:18
Kəlbəcərdə yol qəzası olub, ölən var

12.08.2025 / 09:12
Sabirabadda "Niva" kanala aşıb

12.08.2025 / 09:06
Bir ayda cekpotdan 2,25 milyon dollar qazandı...

12.08.2025 / 09:00
Polis bu sürücülərə müraciət etdi - "qaydalara riayət etməyə çağırırıq"

12.08.2025 / 08:53
Texasda yenə atışma olub - 3 nəfər öldürülüb

12.08.2025 / 08:49
Hərbi qələbəmiz beynəlxalq hüquq müstəvisində qəti təsdiqləndi, var olun, cənab Prezident!...

12.08.2025 / 08:35
Bankların mənfəəti 20 faiz azaldı - kredit faizləri "ceyran belində", nə baş verir?

11.08.2025 / 22:40
Ərdoğandan Vaşinqtondakı tarixi razılaşma ilə bağlı açıqlama - "...avtomobil və dəmir yolu əlaqələri bərpa olunacaq..."

11.08.2025 / 22:08
Tramp Vaşinqton razılaşmasından danışdı - Rusiya yox, biz həll edə bildik...

11.08.2025 / 21:34
Erməni əsirliyində və girovluqda işgəncələrə məruz qalmış şəxslər məhkəmədə ifadə verdi - FOTO

11.08.2025 / 21:11
Ceyhun Bayramov və Kaya Kallas arasında telefon danışığı olub

11.08.2025 / 20:53
Cənubi Qafqaz sülhündə bir imzanın gücü...

11.08.2025 / 20:37
Azərbaycan Ermənistanın hansı ərazisini əlində tutur? - Paşinyan qayıdan kimi aləmi qatdı....

11.08.2025 / 20:22
Konstitusiya dəyişikliyi üçün Ermənistanın vaxt limiti daralır...

11.08.2025 / 20:07
Əliyevin Vaşinqtonda əldə etdiyi böyük razılaşmaya ATƏT-dən birmənalı dəstək gəldi...

Həm ATƏT üzvlüyündə qaldı, həm də obyektiv tənqidlərlə onu düz yola çəkir...

XƏBƏR ARXİVİ

Avqust
B.eÇ.aÇC.aCŞB
28293031123456789101112131415161718192021222324252627282930311234567