Cümə axşamı günü, 05 noyabr 2026
     

Erməni deputat Aprel döyüşü barədə "yer- göy yalanı" uydurdu...

Image


 Abutalıb Səmədov: "Aprel döyüşləri zamanı Azərbaycan ordusunun irəli getməsinə Rusiya mane oldu, Rusiya bunu Ermənistanın, ermənilərin xahişi ilə etdi"

 Azərbaycanın Zəfəri ilə yadda qalan Aprel döyüşlərinin mahiyyətini və nəticələrini, ordumuzun gücünü etiraf etmək istəməyən erməni mediası, erməni siyasiləri dörd günlük müharibə barədə təhrif dolu açıqlamalar, informasiyalar yayırlar. Bununla da bir növ məğlubiyyətlərini ört-basdır etməyə cəhd edirlər. Aprel döyüşlərinin nəticələri bütün dünyaya məlumdur və Azərbaycan Ordusunun qələbəsi də göz önündədir. Ermənilər bu şanlı Zəfəri təhrif etməklə heç nə qazanmırlar, əksinə, bir daha özlərini aldatmış olurlar. 

Aprel döyüşlərinin 8 illiyi ilə əlaqədar bir sıra erməni siyasilər həqiqətə uyğun olmayan iddialar səsləndirirlər. 

Dünya etiraf etməsə də, yaxşı bilir ki, Aprel döyüşləri Ermənistanın hücumunun, növbəti işğal məqsədinin qarısının alınması üçün başlayıb və dörd gün ərzində ordumuz Ermənistanın silahlı təcavüzkar dəstələrini yerində oturdub, "Lələ Təpə"ni azad edib, bir neçə stateji yüksəkliyə nəzarəti əldə edib. Amma ermənilər belə qələmə vermək istəyirlər ki, guya Aprel döyüşlərində Ermənistan qələbə qazanıb və bu onun son qələbəsi olub.    

Ermənistan Milli Assambleyasının keçmiş deputatı Naira Zohrabyan Facebook səhifəsində yenə də həqiqətə uyğun olmayan fikirlər yazıb. O iddia edir ki, guya Azərbaycan Prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putin vasitsilə onlardan "Aprel döyüşlərinin dayandırılmasını xahiş edib". 

N.Zöhrabyanın feysbuk hesabında yazdığı bu ağ yalana heç uşaq belə inanmaz. Onun  Azərbaycan Prezidentinin adını bu şəkildə hallandırması absurddur, yolverilməzdir. Əslində, Aprel döyüşləri zamanı Rusiya başda olmaqla Ermənistanı dəstəkləyən bütün dövlətlər, beynəlxalq təşkilatlar Azərbaycana təzyiq göstərib müharibəni dayandırmasını istəyirdilər. Amma heç biri etiraf etmirdi ki, Azərbaycan ordusu Ermənistanın təcavüzünün qarşısını alır və müharibə Azərbaycan ərazisində gedir, Ermənistan ərazisində getmir.   

Erməni deputat Ermənistanın baş naziri Nikol Paşinyanı da ittiham edir ki, o, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb. "8 il əvvəl o günlərdə müxalifətçi Nikol və ABŞ səfirliyinin mühafizəçisi ilə siyasi məsləhətləşmələr aparan bəzi qüvvələr 400 hektar ərazini tarixi vətən itkisi elan edərək, bu barədə bütün gücləri ilə həmrəyliklə "oxudular"-deyə o yazıb. 

 Guya Aprel döyüşlərində Ermənistan ordusu "şücaətlə" vuruşub, guya fərarisi, təslimçisi olmayıb. Yenə mifik erməni ordusunu tərifləyir, o ordunu ki, 44 günlük müharibədə Azərbaycan ordusu darmadağın etdi. Zöhrabyan da digər şovinistlər, daşnaklar kimi qeyri-real danışır və yazdığı hər bir söz yalandan və saxtakarlıqdan başqa bir şey deyil. 

"Naira Zöhrabyanın Aprel döyüşlərini xatırlayıb bu cür yalanlar uydurması, təbiidir ki, daxili siyasətlə bağlıdır"

Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə şərhində "Naira Zöhrabyanın Aprel döyüşlərini xatırlayıb bu yalanları uydurması, təbiidir ki, daxili siyasətlə bağlıdır. Aprel döyüşləri zamanı Azərbaycan ordusunun irəli getməsinə Rusiya mane oldu, Rusiya bunu Ermənistanın, ermənilərin xahişi ilə etdi. Həmin dövrdə müxalifətdə olan Nikol Paşinyan "itirilmiş torpaqlarla" bağlı böyük kampaniyaya başlamışdı. İndi ona qarşı mövcud reallıqdan istifadə etməyə çalışırlar və Paşinyana deyirlər ki, o dövrdə bir neçə yüz hektar ərazi Azərbaycanın nəzarətinə keçmişdi və sən belə hay-küy qaldırmışdın.  Ancaq deyir ki, o dövrdə bir fərari belə yox idi, son 44 günlük müharibədə Ermənistanda təqribən 11 min fərari oldu, eyni zamanda itirilən torpaqlar da o qədər çox deyildi, cəmi 400 hektar torpaq itirilmişdi. Zöhrabyan bunu deyir, sonra da qələbədən danışır. Guya Azərbaycan hərbi əməliyyatların dayandırılması üçün Rusiyaya müraciət edib. Əgər yüksəkliklər ələ keçirilmişdisə, onların dediyi kimi 400 hektar torpaq azad olunmuşdusa, Azərbaycan Ordusu irəli gedirdisə, nədən biz xahiş etməli idik ki, hərbi əməliyyatlar dayandırılsın?  Erməni yalançılığı, erməni riyakarlığı hər addımda özünü göstərir və biz də bu reallığı qəbul etməliyik. Bəxtimizə belə qonşular düşüb. Hər dəfə onların danışdıları yalanları eşidəndə təəccüblənməyə bilmirsən ki, bu qədər də yalan danışmaq olarmı? Ermənilər gülə-gülə Azərbaycan ərazisini tərk edirlər Ermənistanda hay-küy qalxır ki, "etnik təmizləmə" baş verib. Heç bir zorakılıq yox, heç bir məcburetmə yox, ancaq bizi "etnik təmizləmədə" günahlandırırlar. Yaxud Azərbaycan əks-hücuma keçib işğal altında olan əraziləri azad etmək istəyir, ermənilər hay-küy qaldırırlar ki, Azərbaycan "Arsax"a qarşı müharibə başlayıb. Çox təəssüf ki, bəzən erməni səsinə səs verən bizim "həmvətənlərimiz" də tapılır"-deyə bildirdi. 

A.Səmədovun sözlərinə görə, bu gün Ermənistanda vəziyyət həddindən artıq gərgindir, həlledici günlər yaşanır, nəyin bahasına olursa olsun Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa cəhd göstərilir. A.Səmədov hesab edir ki, burada xarici əllər də kifayət qədərdir, Rusiya Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasında maraqlıdır, onun üçün hər şey etməyə çalışır, hərçənd ki, onun edə biləcəyi hər şey o qədər də çox deyil, çünki başı Ukraynaya qarışıb, Ukraynada ciddi uğura nail olmaq istəyir. ABŞ və Qərb ölkələrinin Paşinyanı hakimiyyətdə saxlamağa cəhd göstərdiyini deyən A.Səmədov qeyd etdi ki, hələlik hər şey onların istədiyi kimi davam edir. "Hələlik Paşinyan möhkəm dayanıb və ən əsası ona qarşı dura biləcək elə bir alternativi, rəqibi yoxdur. Bu da Qərbin işini bir qədər asanlaşdırır. Ancaq hərbi çevriliş ehtimalı da qalmaqdadır. Bu məqsədlə bu cür yalanlar uydurulur, xalqın içində Paşinyana qarşı narazılığı artırmağa bu yollarla cəhd göstərilir. Hələ bundan sonra da yəqin ki, daha böyük yalanlar ortaya çıxacaq və bu yalanların hesabına cəhd göstərəcəklər ki, Paşinyanı zorakılıqla hakimiyyətdən uzaqlaşdırsınlar. Ancaq nəzərə almaq lazımdır ki, Rusiyanın imkanları bir tərəfdən məhduddur, digər tərəfdən, ABŞ-ın Ermənistandakı səfirliyi kifayət qədər hərbiləşdirilmiş səfirlikdir, az qala sayı 2500-ə çatan əməkdaşlarının təqdibən yarısı dəniz piyadalarıdır. Əgər əlavə qüvvələr də yeridilməyibsə.  Ona görə də ABŞ əlindən gələni edəcək ki, Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq mümkün olmasın. Biz də, təbiidir ki, bunda maraqlıyıq, çünki artıq sülhə həddən artıq yaxınıq və Azərbaycan Prezidenti də bunu NATO-nun baş katibi ilə görüşündə qeyd etdi. Bu prosesin pozulmaması üçün Paşinyanın hakimiyyətdə qalması bizim üçün son dərəcə vacibdir"-deyə A.Səmədov bildirdi.

İradə SARIYEVA      




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ