Cümə axşamı günü, 05 noyabr 2026
     

Türkiyədə seçkilər Azərbaycan bələdiyyələrini silkələdi...

Image


Ötən ayın son günündə  Türkiyədə keçirilən bələdiyyə seçkiləri yenə xüsusi diqqət cəlb etdi. Qeyd edək ki, seçki yarışı 81 şəhər, 973 rayon və 390 qəsəbədə baş tutub. Ana müxalifət- Xalq Cümhuriyyət Partiyasının (CHP) 37.74 faiz, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) isə 35.49 faiz səs topladığı açıqlanıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da rəhbəri olduğu partiyanın yerli özünüidarəetmə orqanlarına seçkilərdə istənilən nəticəni almadığını etiraf edib.

Təhlilçilər AKP-nın birinciliyi son 20 ildən çox müddətdə ilk dəfə əldən verdiyini bildirir. Ərdoğan özü isə seçkiləri demokratiyaya layiq adlandırıb: "Xalq seçki qutuları vasitəsilə bizə öz mesajını, iradəsini, xəbərdarlıqlarını çatdırdı". Onu da qeyd edək ki, qardaş ölkədə bələdiyyə seçkiləri  ilə bağlı siyasi kampaniyada 34 siyasi partiya iştirak edib. 206 mindən artıq seçki məntəqəsi fəaliyyət göstərib. 61 milyon 441 mindən çox seçici qeydə alınıb. Seçkilər 30 böyük şəhər, 51 əyalət, 973 rayon və 390 şəhər bələdiyyəsi sədrini, 50 min 336 muxtarı müəyyən edib. Bələdiyyə seçkiləri Türkiyədə bu institutun önəmini bir daha artırıb. Bu kampaniya ölkənin siyasi həyatının gələcəyi üçün müəyyən siqnal verir.  Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell qeyd edir ki, Türkiyədə bələdiyyə seçkilərinin sakit və peşəkar şəkildə keçirilməsi Türkiyənin yerli demokratiyaya sadiqliyini nümayiş etdirir: "Bələdiyyə seçkilərinin sakit və peşəkar şəkildə keçirilməsi Türkiyəni şərəfləndirir və vətəndaşların yerli demokratiyaya sadiqliyini göstərir. Fundamental hüquqlar və demokratiya münasibətlərimizin əsasını təşkil edir: Türkiyəni Aİ-yə yaxınlaşdıran islahatlar üzərində birgə işləməyi səbrsizliklə gözləyirik". Qeyd edək ki, bu il Azərbaycanda da bələdiyyə seçkiləri keçirilməlidir. İndi Azərbaycanda bir çoxlarını belə bir sual düşündürür: Azərbaycanda niyə Türkiyədəki kimi diqqətçəkən bələdiyyə qurumları yoxdur? 

"Hüquq və İnkişaf" İctimai Birliyinin sədri Hafiz Həsənov "Azadlıq" radiosuna açıqlamasında Azərbaycanda Türkiyədəki kimi seçki yarışının olmamasını bələdiyyələrin statusu ilə əlaqələndirir: "Türkiyədə dövlət idarəetməsində yerli idarəetmə bələdiyyələrə məxsusdur və onlar da dövlət qurumları kimi fəaliyyət göstərirlər. Amma Azərbaycanda bələdiyyələr qeyri-dövlət qurumu hesab olunur, səlahiyyətləri ümumi xarakter daşıyır, onlar bu səlahiyyətlərin həyata keçməsi ilə bağlı real maliyyə ehtiyatlarına malik deyillər. Nəticə etibarilə yerlərdə icra hakimiyyətlərinin nümayəndələri daha həlledici səlahiyyətə malikdir, nəinki bələdiyyələr". Onun sözlərinə görə, seçici marağının artırılması üçün özünüidarəetmə sistemində ciddi islahatlar aparılmalı və idarəetmə sistemi beynəlxalq standartlara uyğunlaşdırılmalıdır: "Hakimiyyət bölgüsündə yerli idarəetmə bələdiyyələrdə olmalıdır. Türkiyədəki bələdiyyələr real hakimiyyət səlahiyyətlərinə malik, yerli idarəetmədə əsas rol oynayan, xalqa daha yaxın olan bələdiyyə sistemidir, Azərbaycanda əksinədir". Amma hakim Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edənlərdən Aydın Mirzəzadə fərqli düşünür. O, hər bir ölkənin özünəməxsus siyasi sistemi olduğunu vurğulayaraq bildirib ki, hətta qonşu və eyni tarixə malik olan ölkələrin də siyasi sistemində fərq olur: "Azərbaycan prezidentli respublikadır və bu sistem illərdir özünü doğruldur. Türkiyədə uzun müddət parlamentli respublika olub, son dövrdə prezidentli respublikaya keçiblər, amma bununla bağlı ənənəvi bələdiyyə sistemi fəaliyyət göstərib". 

Deputatın fikrincə, Azərbaycanda seçkilərin hər biri demokratik, rəqabətli və şəffaf olur: "İnsanların fərqli platformaya malik insanlara səs vermək hüququ var. Prinsip etibarilə Azərbaycanda demokratik seçki mühiti var və bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərində bunu bir daha görəcəyik". Ekspertlər xatırladır ki, Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndələri dəfələrlə Bakıda olub və bələdiyyə ilə bağlı kifayət qədər təkliflər səsləndiriblər. Azərbaycan sadəcə buna uyğunlaşdırılmalıdır. Bunun üçün əvvəlcə konstitusiyada islahatlar aparılmalıdır, çünki indi bələdiyyələr qeyri-dövlət orqanlarıdır və dekorativ səlahiyyətlərə malikdirlər. İslahatlar isə bələdiyyələrin səlahiyyətlərini müəyyənləşdirməlidir. Deputat A.Mirzəzadə isə bildirib ki, dünya onsuz da bir-birindən öyrənir: "Prinsip etibarilə indiki siyasi sistem Azərbaycan üçün məqbuldur, özünü doğruldur və siyasi sistemdə ciddi dəyişikliklər etməyə ehtiyac yoxdur. Amma vaxtaşırı yeniliklər olur. Məsələn, işğaldan azad olunan ərazilərə prezidentin xüsusi nümayəndələrinin təyinatı da dövrün tələbindən və həmin bölgələrin inkişaf proseslərinə uyğun addım idi". Hesab edilir ki, Azərbaycanda bələdiyyə insitutunu inkişaf etdirib, səlahiyyətini artırmaq lazımdır. Xatırladaq ki, bələdiyyələrin birləşməsi, ayrılması və ləğv edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisdə müzakirə olunur. "Bələdiyyələrin statusu haqqında" qanuna dəyişiklik layihəsinə əsasən, təşkili və ya yenidən təşkili nəticəsində əhalisinin sayı 3 min nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətləri nəzərə alınmaqla yol veriləcək. Qanuna təklif edilən digər bir dəyişikliklə isə ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrə birləşdiriləcək.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ