Cümə axşamı günü, 05 noyabr 2026
     

İsrail-ABŞ-İran savaşı yetişir...

Image


 Məlum olduğu kimi, İsrailin müdafiə ordusu Suriyanın paytaxtı Dəməşqə aviazərbələr endirib. Budəfəki hücumu fərqləndirən əsas  məqam İsrailin hava hücumu nəticəsində Dəməşqdəki İran konsulluğunun binasının tamamilə dağıdılmasıdır. İran tərəfinin məlumatına görə, konsulluğun binası və İran səfirinin iqamətgahı atəşə tutulub. 

İslam Respublikasının Dəməşqdəki səfiri Hüseyn Əkbəri təsdiqləyib ki, hücum binada olan iranlı diplomatların və hərbi müşavirlərin ölümünə səbəb olub. İslam İnqilabı Keşikçiləri Korpusu bildirir ki, İsrailin İranın Dəməşqdəki konsulluğuna endirdiyi raket zərbələri nəticəsində 7 nəfər həlak olub. Böyük Britaniyada yerləşən Suriya İnsan Hüquqllarını Müşahidə qrupu isə 8 nəfərin öldüyünü bildirir. Ölənlər arasında İslam İnqilabı Keşikçiləri Korpusunun briqada generalı Məhəmməd Rza Zahedi və general Məhəmməd Hadi Hacı Rəhimi də var. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib ki, Tehran Dəməşqə hücumun arxasında duran "təcavüzkarlara" qarşı tədbirlər görmək hüququnu özündə saxlayır: "Tehran təcavüzkara qarşı cavab və cəzanın növünə qərar verəcək". Həm İran, həm də Suriya İsraili Dəməşqin mərkəzində hücumu həyata keçirməkdə ittiham edir. İsrail ittihamlara cavab verməyib və xarici medianın xəbərlərini şərh etmədiyini bildirib. İsrail son bir neçə ildə Suriyada İranla əlaqəli hədəflərə yüzlərlə hücum həyata keçirib, lakin zərbələri nadir hallarda etiraf edir.

İranın Xarici İşlər Nazirliyi Dəməşqdə İran səfirliyinə endirilmiş zərbəyə görə İsraillə yanaşı, ABŞ-ı da suçlayıb.  Xarici işlər naziri Hüseyn Əmir Abdullahianın   sözlərinə görə, Dəməşqdəki hücumla əlaqədar İsveçrənin İrandakı səfirliyinin diplomatı XİN-ə çağırılıb, onun vasitəsilə "sionist rejimin tərəfdarı ABŞ hökumətinə" mesaj ötürülüb: "Amerika məsuliyyətə cəlb olunmalıdır". Ancaq "NBC News" telekanalı mənbələrinə istinadən  bildirib ki, ABŞ prezidenti Cozef Baydenin administrasiyası İrana Vaşinqtonun İslam respublikasının Dəməşqdəki konsulluğuna gözlənilən hücumdan əvvəlcədən xəbəri olmadığını çatdırıb. Telekanala görə, Amerika Prezidentinin administrasiyası birbaşa İrana məlumat verib ki, ABŞ-ın İranın Dəməşqdəki konsulluğuna hücumdan əvvəlcədən xəbəri olmayıb və bunda iştirak etməyib. Digər iki ABŞ rəsmisi telekanala açıqlayıb ki, Bayden administrasiyası Suriya əməliyyatı barədə xəbəri İsrail təyyarələri artıq havada olarkən alıb. Bununla belə, Vaşinqtonun hansı hədəfin seçildiyini bilmədiyi qeyd edilir. ABŞ Dövlət Departamenti İranın Suriyadakı səfirliyinə hücumun arxasında İsrailin durduğunu təsdiqləməyib. Departamentin mətbuat katibi Metyu Miller nə hədəfin, nə də məsul tərəfin müəyyənləşmədiyini söyləyib: "Bunun tam olaraq nə olduğu barədə məlumat toplamazdan əvvəl mən bu barədə konkret danışmaq istəmirəm". Eyni zamanda o, Vaşinqtonun bölgədəki eskalasiyadan narahatlığını çatdırıb.

Ekspertlər isə hesab edir ki, baş verənlər fonunda İranın ilk olaraq İsrail və ABŞ-a qarşı daha aqressiv mövqe sərgiləməsi, proksi qüvvələrini, xüsusən də "Hizbullah"ı döyüşlərə cəlb edəcəyi gözlənilir. Bu isə Yaxın Şərqdə savaşın miqyasının genişlənməsi demək olacaq. Xatırladaq ki, İsrail Qəzza zolağında savaşa başlayandan bəri İranın dəstəklədiyi silahlı qruplar Fələstinə dəstək nümayiş etdirmək üçün Yaxın Şərqdəki İsrail və ABŞ obyektlərini hücum hədəfinə çevirib. İsraildə fəaliyyət göstərən Milli Təhlükəsizlik İnstitutunun aparıcı tədqiqatçısı Raz Zimmt deyir ki, İrandakı rejimin həyatda qalması dini isteblişmentin əsas məqsədidir. Onun sözlərinə görə, İsrail və ABŞ-la hər hansı müharibə İslam Respublikasının mövcudluğuna təhdid olardı: "Xarici siyasət qərarları birbaşa ictimai rəyin təsirinə məruz qalmır. Buna baxmayaraq, rejimin gərəksiz daxili qarışıqlığın önünü kəsmək ehtiyacı, heç sözsüz, onun seçimlərini şərtləndirir". İran isteblişmenti son illərdə çox sayda böhranla üzləşib. Bura iğtişaşlar və iqtisadiyyatın arzulanmaz durumu da daxildir. Klerikal isteblişment uzun zamandır iddia edir ki, legitimliyi xalqın iradəsindən qaynaqlanır. Amma son illər bu iddia get-gedə daha çox şübhə altına alınır. Beynəlxalq sanksiyalar və hökumətin yarıtmaz idarəçiliyi nəticəsində bərbad hala düşmüş iqtisadiyyat, inflyasiya, işsizlik və yoxsulluğun artması da hökuməti çətin duruma salan problemlərdir. İranın ordu rəsmiləri illərdir ölkənin dron və raket arsenalından ağızdolusu danışırlar. Ancaq ekspertlər İranın İsrail və ABŞ-la üzləşməyə hərbi gücünün olmadığını deyirlər. Zimmt bildirir: "İran çox yaxşı bilir ki, birbaşa münaqişə baş verərsə, İsrailin istər müdafiə, istərsə də hücum baxımından açıq-aşkar əməliyyat və kəşfiyyat üstünlüyü var". Viskonsin Nüvə Silahlarına Nəzarət Layihəsinin tədqiqatçısı Con Krjizanyak deyir ki, İsrailin konvensional olaraq üstün ordudan başqa nüvə silahı da var. Bütün dünya İsrailin nüvə silahı olduğunu düşünür. Vaşinqtonda yerləşən Nüvə Təhlükəsi İnstitutunun hesablamalarına görə, İsrail təxminən 90 nüvə başlığına sahibdir. Amma on illərlə sanksiyalar altında olan İran yerli silah proqramının inkişafına güclü yatırım hesabına ucuz və effektiv dron və raketlər istehsal edə bilib. İran rəsmiləri bəzi silahların məhz İsraili vurmaq üçün hazırlandığını, məsələn, "Fəttah" ballistik raketlərinin 400 saniyə içində Təl-Əvivə çatacağını iddia ediblər.

Tahir TAĞIYEV

 

 

 




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ