Cümə axşamı günü, 05 noyabr 2026
     

Bakı Forumunda “Süni intellekt, dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri” mövzusunda fikir mübadiləsi aparılıb

Image


Martın 16-da XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən növbəti - 10-cu panel iclası "Süni intellekt, dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri" mövzusuna həsr olunub.

Panel iclasına moderatorluq edən Federal Rabitə Komissiyasının sabiq komissarı Susan Ness rəqəmsal parçalanmanın baş verdiyini, rəqəmsallaşmaya insani etik normaların daxil edilməsinin vacibliyini diqqətə çatdırıb. O deyib: "Texnologiya həyatımızı yaxşılaşdırmaqla yanaşı, ziyanları da var. Beynəlxalq əməkdaşlıq vasitəsilə həmin riskləri müəyyənləşdirməliyik. Vətəndaş cəmiyyətləri, akademik dairələr, texnologiyaları istehsal edənlər bir araya gəlməlidirlər. Biz innovasiyaların təşviqi ilə yanaşı, zərərverici amilləri də ayırd etməliyik".

BMT Baş Qərargahının informasiya və kommunikasiya texnologiyaları ofisində baş katibin köməkçisi Bernardo Mariano texnologiyadan maksimum şəkildə faydalanmağın və lazımi istifadənin vacibliyini qeyd edib. "İnsan və maşın arasında nə isə düzgün getmir. Bu isə idarəetmədən asılıdır. Hökumət inqilablara uyğunlaşmalı və bunu tənzimləməlidir", - deyən B.Mariano insan zəkasının süni zəkadan daha mürəkkəb olduğunu, süni intellektin sürətli olmasına baxmayaraq, insan beyni ilə ayaqlaşa bilmədiyini vurğulayıb.

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov regionda baş verən münaqişələrin kiberhücumlarla müşayiət olunduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan qonşu ölkə tərəfindən çoxsaylı kiberhücumların hədəfinə çevrilib.

O bildirib ki, kiberhücumlar artmaqdadır. Dünyada hər 29-30 saniyədə kiberhücumlar baş verir. Kibertəhlükəsizlik sahəsində ekspertlərə ehtiyac duyulur. Azərbaycana qarşı 30 min kiberhücumun qeydə alındığını diqqətə çatdıran nazir müavini bildirib: "Son illər kibertəhlükəsizliklə əlaqədar Azərbaycan Prezidenti tərəfindən imzalanan sərəncamlar özlüyündə təməl rolunu oynayır. Kiberhücumlarla mübarizədə siyasi, iqtisadi inkişaf müstəvisində həllər tapılmalıdır. Ölkəmizdə Dövlət Kibertəhlükəsizlik Mərkəzi təsis edilib. Mərkəzin məzunlarının 80 faizi işlə təmin olunub".

Dünyamızın daha çox rəqəmsallaşacağını bildirən Monteneqronun sabiq müdafiə naziri Miliça Peyanoviç-Durisiç əlavə edib: "Hazırda istədiyimiz yerdən məlumatları digər yerə ötürə bilirik. Bu, bəzən kənardan lazımsız müdaxilələrə də səbəb ola bilər. Artıq bilirik ki, süni intellekti düzgün formada istifadə etməsək, hər bir problem kəskin şəkildə dərinləşəcək. Bununla bağlı müzakirələr apardıqca risklərin yumşaldılması yollarını kəşf edirik. Hərbi sahədə daha çox süni zəkaya əsaslanan həll yolları üstün tutulur. Bununla bağlı avadanlıqlar da yenilənir. Amma digər tərəfdən, süni intellektin yaratdığı münaqişələrin qarşısını almalı, narahatlığımızı sərgiləməliyik".

Özbəkistanın sabiq xarici işlər naziri Vladimir Norov süni zəkanın son dövrlər dünyada çox populyarlaşdığını deyib. Qeyd edib ki, süni intellekt insanlara qarşı potensial risklər törədir. Buna baxmayaraq, süni intellekt beynəlxalq təhlükəsizliyi artıra, müstəqil silah sistemlərinin ifşasına kömək edə bilər. Yanlış süni intellektin qarşısı alınmalıdır.

"Müəyyən sənədlər hazırlanmalıdır ki, onlar gələcəkdə təhdid rolunu oynamasın. Burada vətəndaş cəmiyyətinin, dövlətlərin mühüm rolu var. Kibercinayətlərə qarşı mübarizədə birgə səylərimizi əsirgəməməliyik. Bu sahədə ekspert qıtlığı yaşanır", - deyə sabiq nazir diqqətə çatdırıb.

İnsanın süni intellektə çox həssas olduğunu vurğulayan Vladimir Norov onun istifadəsinin norma və prinsiplərə əsaslanmalı olduğunu qeyd edib.

Qlobal Tərəfdaşlıq Forumunun prezidenti və baş icraçı direktoru Amir Dossal süni intellektin hökumət tərəfindən deyil, özəl sektor tərəfindən idarə olunduğunu diqqətə çatdıraraq bildirib: "Əslində, süni intellektin sosial məqsədlər üçün istifadəsi arzuolunandır. Hər bir texnologiya yaxşı məqsədlərlə yanaşı, mənfi niyyətlər üçün də istifadə oluna bilər. Təəssüf ki, hazırda süni intellekt silah kimi istifadə olunur".

Rumıniya Baş nazirinin sabiq müavini Ana Birçal Prezident İlham Əliyevin regionda enerji təhlükəsizliyini faktiki olaraq təmin etdiyini vurğulayıb. Deyib ki, bununla da bu sahədən bizə qarşı silah kimi istifadə edənlərin təhdidi aradan qaldırılıb.

Türkiyənin Çexiyadakı səfiri, qardaş ölkənin Avropa İttifaqı məsələləri üzrə sabiq naziri Egemen Bağış isə çıxışında qeyd edib: "Prezident İlham Əliyevi seçkilərdə inamlı qələbəsi ilə yanaşı, Azərbaycan xalqının arzularını reallaşdırması, doğma Qarabağın azad olunması münasibətilə də təbrik edirəm. Süni intellektin müdafiə məqsədilə istifadə edilməsi Zəfərin qazanılmasında müstəsna rola malik oldu".

Azərbaycanın müharibə zamanı çoxsaylı kiberhücumlara məruz qaldığını söyləyən E.Bağış bildirib ki, Zəfər qazanılana qədər ABŞ-dakı erməni diasporu çox geniş fəaliyyətlə məşğul idi.

"Süni zəka getdikcə daha da inkişaf etməkdədir. Türkiyə süni intellektin sosial məsuliyyəti anlayaraq onun tətbiqinin tərəfdarıdır. Süni intellektin heç bir duyğusu, vicdani dəyərləri yoxdur. Odur ki, insani dəyərlər düşünülməli və buna görə beynəlxalq əməkdaşlığı daha da gücləndirməliyik", - deyə səfir əlavə edib.

E.Bağış Türkiyənin dron texnologiyalarında qabaqcıl ölkə kimi fərqləndiyini və onların müxtəlif ölkələrin həyata keçirdiyi hərbi əməliyyatlar zamanı öz qabiliyyətini təsdiqlədiyini diqqətə çatdırıb. "Süni intellekt və kibertəhlükəsizlik qlobal gündəmə daha çox salınmalıdır. NATO 2016-cı ildə kibertəhlükəsizliyi yeni döyüş meydanı hesab etməyə başladı. Təsadüfi deyil ki, genişmiqyaslı kiberhücumlarla rastlaşırıq", - deyə sabiq nazir bildirib.

ZÜMRÜD



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ