Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistan KTMT-yə görə hələlik ancaq hədələnir, ortada bir şey yoxdur...

Image


Məlum olduğu kimi, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurub və görüşlərdə iştirak etmir. Ölkənin baş naziri Nikol Paşinyan isə ilin sonuna kimi qurumun sıralarını tərk edə biləcəklərini istisna etmir. 

O, bunun səbəblərini belə əsaslandırır: "Hüquqi məsələləri hüquqi proseslərlə qarışdırmaq lazım deyil. İndi İrəvan yalnız bir sual barədə düşünür: təşkilatın Ermənistanda məsuliyyət sahəsi nədir? Bütün problemlər İrəvanın bu məsələni qaldırdığı andan başlayıb. Artıq bir ildir ki, Ermə­nistanın KTMT-də daimi nümayəndə­si yoxdur. Biz uzun müddətdir ki, KT­MT-nin tədbirlərində yüksək səviyyədə iştirak etmirik. Bu təşkilat qərar qəbul etməkdən ötrü konsensus prinsipindən istifadə edir, amma biz çox sadə sə­bəbə görə orada iştirak etmirik. Çünki niyə iştirak etməliyik? Sualımıza cavab verən yoxdur".

Ermənistan baş naziri əvvəllər KTMT-nin, ölkəsi üçün təhlükəsizlik sahəsində öz öhdəliklərini yerinə ye­tirmək əvəzinə, təhlükəsizlik problem­ləri yaratdığını bəyan etdiyini xatırla­dıb: "KTMT, Ermənistanın adekvat mövqeyini və təhlükəsizliyini təmin etmək öhdəliyinə baxmayaraq, bunun tam əksini həyata keçirir. Hazırda KTMT ilə münasibətlərimizi de-fakto dondurmuşuq. Əgər proses belə da­vam edərsə, əlaqələrimizi de-yure dondurmalı olacağıq. Biz başqa nə edə bilərik?". Paşinyan Ermənistanın KTMT-dən konkret olaraq nə vaxt çıxacağını açıqlamayıb. Bununla belə, o, bunun yeni ilədək ola biləcəyini istisna etməyib. Xatırladaq ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da KTMT-ni Ermənistanın sərhədlərini tanımamaqda qınayıb. ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu isə bildirir ki, KTMT-dən çıxmaq İrəvana baha başa gələ bilər. Qeyd olunur ki, Ermənistan Rusiyadan uzaqlaşmağa davam edir: "Kremlə bağlı ekspertlərin fikrincə, Qərb Moskvadan uzaqlaşması üçün İrəvanı şantaj edir. Bu fonda isə Kreml Ermənistana qarşı sərt cavablar hazırlayır". Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da vurğulayır ki, Ermənistan KTMT platforması ilə bağlı konkret razılaşmadan yayınır və bu, təəccüb doğurur. Zaxarova qeyd edib ki, Moskva hazırda Ermənistan rəhbərliyinin bu təşkilatla bağlı çox vaxt səsləndirdiyi səmərəsiz, ultimativ və bəzən isə təhqiramiz ritorikasından narahatdır. Amma maraqlısı odur ki, Ermənistanın KTMT-dən çıxmasının nəyə gətirib çıxaracağı ilə bağlı İrəvan  hakimiyyəti faktiki olaraq ictimaiyyətdən dəqiq məlumatı gizlədir. Ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Əsryan bu xüsusda bildirir: "Ermənistan hələ KTMT-dən çıxmayıb, təşkilatdan çıxmağın mümkün nəticələri dövlət sirridir". Rus hərbi politoloq Aleksandr Perenciyev isə Edvard Əsryanın "sirr" adlandırdığı nəticələri belə izah edir: "Ermənistanın KTMT-dən çıxması ilə onun dövlətçiliyi üçün ciddi risqlər yaranacaq. Məsələ onda olacaq ki, Ermənistan faktiki olaraq özünü ərazi bütövlüyünü qorumaqdan məhrum edəcək. Azərbaycanla Ermənistan arasında ərazi prosesləri xeyli böyüyə, Türkiyə də bu işə qarışa bilər. Bu halda İrəvan üçün kiminsə köməyinə arxalanmaq çətin olacaq, Qərb də Ermənistana kömək etməyəcək. Başqa risqlər də var. Çox güman ki, Qərb ölkələri Ermənistanda NATO bazalarını yerləşdirməyə çalışacaqlar ki, bu da başqa şeylərlə yanaşı, İrana qarşı yönəlib. Bu o deməkdir ki, İran-Ermənistan münasibətlərində kəskinləşmə olacaq. Nəticədə Ermənistan özünü düşmən mühitdə tapa bilər. Hətta belə bir şəraitdə Gürcüstan qonşusunun zəifliyindən istifadə edə bilər. Mən ərazi iddialarını demirəm, amma Gürcüstanın siyasi şantajı indi Ermənistanın müdafiəsiz dövlət olduğunu başa düşməsi ilə mümkündür. Bununla Qərbdə yeni tərəfdaşlar istədiklərini edəcəklər, Qərb isə Ermənistandan alət kimi istifadə edəcək və birmənalı olaraq onun milli maraqlarını qorumayacaq".

Aleksandr Perenciyevə görə, nə qədər ki Ermənistan KTMT-nin bir hissəsidir, KTMT ona öz ərazisində mühafizəyə zəmanət verir: "Heç olmasa, Rusiya bu təhlükəsizliyə mütləq zəmanət verərdi. Əgər vəziyyət elə inkişaf etsə ki, Ermənistan KTMT-dən çıxacaq, o zaman durum dəyişəcək..Ermənistanda baş verənlərə KTMT-nin yox, sırf Ermənistan hakimiyyətinin cavabdehliyi olacaq". Hərbi politoloq əlavə edib ki,  Ermənistanın bundan sonra da tam imtina ilə bağlı olmayan kompromis variantları ola bilər: "KTMT-nin tərəfdaşı statusunu qəbul etmək variantı var. KTMT-nin tərəfdaşı təşkilata üzv olmayan, lakin onunla əməkdaşlıq edən ölkədir. Belə olan halda KTMT-nin müəyyən dərəcədə imkanları qalacaq. O mənada ki, Ermənistanın hansısa təhlükəsizliyini təmin edə biləcək. Bu status təxminən səkkiz il əvvəl Özbəkistana təqdim edilib. Güman edilirdi ki, Özbəkistan KTMT-nin tərəfdaşı olacaq, lakin Daşkənd heç vaxt tərəfdaş statusunu qəbul etməyib. Çin belə tərəfdaşlığa maraq göstərir və Ermənistan da bu yolla gedə bilərdi. Əgər İrəvan siyasi aksiya keçirmək istəsə, o zaman KTMT-nin üzvlüyündən tərəfdaşlara keçid yaxşı seçim olardı. Amma erməni tərəfi heç bunu da istəmir". Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bu fonda bildirir: "Rusiya Ermənistanı ictimai hücumlar və tənqidlər əvəzinə, KTMT-dəki möv­cud vəziyyəti müzakirə etməyə çağı­rır. Hər kəs KTMT-nin fəaliyyətinin və onun hərbi-siyasi birlik kimi səmərəliliyinin daha da təkmilləşdirilməsində maraqlıdır. Təbii ki, buna Ermənista­nın tezliklə təşkilat daxilində normal və tamhüquqlu işinə qayıtması da kömək edəcək. Amma təəssüf ki, erməni müt­təfiqlərimiz indiyə qədər, həqiqətən də, ondan uzaqlaşıblar".

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ