Cümə axşamı günü, 05 noyabr 2026
     

Qafqazda sülhə ziyan vuran Avropa Parlamenti Ermənistanı Rusiyaya yem etdi...

Image


Məlum olduğu kimi, bu günlərdə Avropa Parlamenti Ermənistanla əlaqələrin gücləndirilməsi ilə bağlı qətnamə qəbul edib. Qətnamə layihəsində deyilir ki, Ermənistan namizəd statusu almaqda maraqlı olsa və demokratiyanı gücləndirən islahatlar yolu ilə getməyə davam edərsə, bu, Avropa İttifaqı-Ermənistan münasibətlərində transformasiya mərhələsi üçün əsas ola bilər.

"Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac" adlı qətnamədə ölkəmizə qarşı da yenə əsassız ittihamlar yer alıb.  Qətnamədə beynəlxalq əlaqələrin mahiyyətinə zidd olaraq siyasi etik normalardan kənara çıxan cəfəng və təhqiramiz ifadələrin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı açıq pozuntu dolu fikirlərin əks olunması ölkəmizə qarşı bu qurumda qərəzin davam etdiyini göstərir. Görünən odur ki, Avropa Parlamenti artıq tam şəkildə erməni lobbisinin, Azərbaycanofob, islamofob, şovinist və irqçi qüvvələrin qanuni təmsilçisinə çevrilib.

Qətnamədə Azərbaycana qarşı səsləndirilən açıq təhdidlər və tələblər, Qarabağdan olan erməni separatçılara göstərilən aşkar dəstək, Ermənistanın şərti sərhəddəki hərbi təxribatlarının bilərəkdən görməzdən gəlinməsi, Fransanın Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışan addımlarının "orduya islahat dəstəyi" kimi qələmə verilməsi Avropa Parlamentinin anti-Azərbaycan siyasətinin tam vüsətlə davam etdiyini təsdiqləyir. Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqların aparıldığı bir vaxtda tamamilə proseslərin mahiyyətinə zidd olan bu qətnamə regionda barışa ciddi zərbə hesab olunur. Məsələnin digər maraqlı tərəfi prosesin Ermənistanı Rusiyanın hücum hədəfəinə çevirməsidir. Elə bu fonda Ermənistanın Demokratik Alternativ Partiyasının sədri, politoloq Suren Surenyants Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə çox da sevinməməyi məsləhət görür: "Avropa Parlamenti Ermənistana Avropa İttifaqına üzv olmaq üçün namizəd statusunun verilməsi təklifini öyrənməyə çağırıb. Əlbəttə ki, bu, gözəl səslənir, lakin xüsusilə Ermənistanın Avropa İttifaqına üzvlük perspektivi qeyri-real olmasa da, çox qeyri-müəyyən olduqda, verilən "kökəyə" bənzəyir. Bu o deməkdir ki, biz başa düşməliyik, bu "kökə" Ermənistana hansı qiymətə və nə üçün verilir, biz bunun üçün hansı qiymət ödəyəcəyik. Əlbəttə, mən başa düşürəm ki, eyforiya fonunda bu məsələlər "lazımsız" görünür, amma mənim fikrimcə, onları müzakirə etmək lazımdır".

Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin də məsələyə reaksiyası çox maraqlı olub. O hesab edir ki, bu, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünə və bu ittifaq çərçivəsində Ermənistanın iştirakı ilə bağlanmış müqavilələrə yenidən baxılmasını tələb edir: "Bir neçə həftə əvvəl Rusiyanın deimperiya, dekolonizasiya və refederalizasiyası, yəni Rusiyanın bir dövlət kimi dağılması üçün Ukraynanın qələbəsinə çağırış edən Avropa Parlamentinin   deputatları Ermənistana dəvət göndərir və yaxud onu buna cəlb edirlər. Aydındır ki, onlar Rusiyaya düşmən kimi baxırlar. Ermənistana dəvət İrəvanın Avropa İttifaqı üçün dəyərli olduğuna görə deyil, Ermənistanın Rusiyadan Qərbə yönləndirilməsini möhkəmləndirmək üçün vəziyyətdən və Paşinyan hakimiyyətinin davranışından istifadə etmək istəyidir. Paşinyan hökuməti bu yolla gedir və bu, Avropa Parlamentinin oyunudur". Zatulin əlavə edib ki, bu vəziyyətdə Avropa İttifaqı Ermənistan hakimiyyətinin rusofob davranışından istifadə edir: "Bu yaxınlarda Ermənistanın xarici işlər naziri növbəti dəfə Ermənistanın Avropa istəklərindən danışdı. Bu halda söhbət Ermənistanın və Avropa Parlamentinin oyunundan gedir. Onlar Ermənistanın və postsovet məkanındakı digər ölkələrin ilk növbədə Rusiyanın müttəfiqlik öhdəliklərindən imtina etməsi fonunda öz niyyətlərini reklam edirlər. Rusofobiya zəminində güclənən bu aktlar indiki halda Rusiya-Ermənistan münasibətlərinə xəyanət edən Ermənistan hakimiyyətinin davranışından faydalanmağa hesablanıb". Bu fonda baş verənlərlə bağlı "Exo Kavkaza" nəşri yazır: "Avropa Parlamentinin Ermənistana Aİ-yə namizəd statusunun verilməsinin məqsədəuyğunluğu ilə bağlı qətnaməsi Moskva tərəfindən onun Cənubi Qafqazdakı maraqlarına meydan oxumaq kimi qəbul edilə bilər. Son zamanlar Rusiyanın aparıcı rol oynadığı formatlarda iştirakını ciddi şəkildə məhdudlaşdıran İrəvan getdikcə daha açıq şəkildə xarici siyasətin oriyentasiyasının zəruriliyindən danışır. Ölkə rəhbərliyi birbaşa Ermənistanın arxalandığı mövcud təhlükəsizlik mexanizmlərinin acizliyini bəyan edir. Moskva isə öz növbəsində açıq şəkildə bildirir: İrəvanın sözləri əməllərlə təsdiqlənməyə başlasa, reaksiya özünü çox gözlətməyəcək. Amma baş nazir Nikol Paşinyan Avropa Parlamentinin bütün fraksiyalarının qətnaməni dəstəkləməsini yaxşı siqnal hesab edir. Eyni zamanda, Nikol Paşinyan Ermənistanın xarici siyasət kursunun sürətlə dəyişməsinə görə bütün məsuliyyəti öz üzərinə götürməyə hazır deyil. İrəvan yaxşı başa düşür ki, Qərbə qeyd-şərtsiz dönüş Rusiya ilə ciddi problemlərlə nəticələnə bilər və bu, artıq xarici siyasət vektorunun dəyişməsinin nəticəsiz ötüşməyəcəyini açıq şəkildə ortaya qoyur. Avropa Parlamentinin üzvləri də əmindirlər ki, indiki şəraiti nəzərə alaraq, Avropa Ermənistanın təhlükəsizliyinə daha çox diqqət yetirməlidir. Qəbul edilmiş qətnamədə Ermənistanın baş nazirinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakının dondurulması ehtimalı ilə bağlı bəyanatından bəhs edilir. Sənədin müəllifləri hesab edirlər ki, bu yolla ölkə Rusiyadan asılılığını azaltmağa çalışır və Avropa İttifaqı buna uyğun cavab vermək imkanına və siyasi iradəsinə malik olmalıdır. Görünür, Moskvada baş nazir Nikol Paşinyanın yeni təhlükəsizlik formatları axtarışının məqsədəuyğunluğu barədə dediklərini də bu ruhda qəbul edirlər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İrəvanın mövqeyini səhv adlandırıb.  Bundan əvvəl Moskva Ermənistanı bu ölkənin Vladimir Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmasına görə tənqid edib. Ermənistanın hakimiyyət orqanları fevralın sonundan Ermənistanın Avropa İttifaqı ilə münasibətləri dərinləşdirməyə və Aİ üzvlüyünə namizəd olmağa hazır olduğunu bildirir". 

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ