Cümə axşamı günü, 05 noyabr 2026
     

Makron dünyanı nüvə fəlakətinə sürükləyir...

Image


Özünü dünya ictimaiyyətinə Avropa lideri kimi sırımağa çalışan Fransa prezidenti Emmanuel Makron yarıtmaz xarici siyasəti ilə dünya müharibəsini sürətlə yaxınlaşdırır. Onun son addımları eyni zamanda dünyanı nüvə savaşına sürükləyir. Artıq bəlli olub ki, Fransa qoşunları tezliklə Ukraynada olacaq. 

Fransanın ordu bölmələri Rumıniyaya, oradan da Rusiya ordusuna qarşı döyüşmək üçün Ukraynaya, daha dəqiqi, Odessaya göndərilir. Döyüşə göndərilən bölmələr arasında 2-ci Xarici Piyada Alayının adı xüsusi vurğulanır. Fakt "France 2"yə müsahibəsində Emmanuel Makron tərəfindən də təsdiqlənib. Makronun sözlərinə görə, Fransa Rusiya ilə müharibə aparmır, lakin Qərb onun qalib gəlməsinə imkan verməməlidir. O bildirib ki, son bir neçə ayda Ukraynanın əks-hücum əməliyyatı gözlənildiyi kimi olmayıb və cəbhədə vəziyyət çox kövrəkdir. Dövlət başçısı deyib ki, bu münaqişədə Rusiya qalib gəlsə, o zaman Avropaya inam sıfıra enəcək: "Fransa qoşunları Ukraynada olacaq. Qırmızı xətlər olmayacaq. Mən Fransa prezidentiyəm və mən qərar verirəm. Ukraynanın əks-hücumu Qərbin gözlədiyi kimi keçmədi. Hazırda Ukraynada döyüş zonasında vəziyyət olduqca ağırdır. Rusiya daha böyük ölkədir. Ukrayna çox itirir. İtki 10-a 1 nisbətindədir". Makron bununla Ukraynanın döyüş zonasında uğurları barədə indiyə kimi deyilənlərin doğru olmadığını bildirib və əslində, Qərb təbliğatına, Ukrayna tərəfinə də ciddi zərər vurub. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bunlar fonunda bildirib ki,  Emmanuel Makronun Fransa  əsgərlərinin Ukraynaya göndərilməsi ideyası  çoxdan var idi: "Makron və digər NATO siyasətçilərinin Ukrayna ərazisinə kontingent və ya bir növ paramilitar birləşmələrin yeridilməsi ehtimalı ilə bağlı dediyi bütün bu bəyanatlar Ukraynanın qalıqları kimi gördükləri ərazilərin bölünməsi ilə bağlıdır. Ərazi istəkləri Kiyevin niyə hələ də bloka qoşulmağa dəvət edilmədiyini izah etməyə kömək edir. Bütün bunlar NATO üzvləri ilə, həmişə olduğu kimi, saxta bayraq altında baş verir. Onlar Rusiyaya qarşı mübarizə haqqında danışırlar, amma əslində Ukraynanın qalıqlarını öz aralarında bölməyə başlayırlar". Parisə gəlincə, Zaxarova deyib ki, fransız qoşunları 19-cu əsrin əvvəllərində və 20-ci əsrin əvvəllərində yenidən Rusiyaya hücum edib. "Fransa bunun necə bitdiyini xatırlasa yaxşı olar". Qeyd edək ki, Napoleon Bonapart 1812-ci ilin iyununda 700000-ə yaxın fransız və müttəfiq qoşunu ilə Rusiyanı işğal edib. Altı ay sonra isə 100000-dən az adamla Niemen çayı boyunca geri dönməyə məcbur oldu. İkinci Fransız ekspedisiyası daha az məlumdur, çünki o, daha qısa olub. 1918-ci ilin dekabrında Antantanın bolşevik inqilabçılarına qarşı müdaxiləsi çərçivəsində 15000-ə yaxın fransız əsgəri Rusiyanın cənubuna daxil olub. Qırmızı Orduya çoxsaylı itkilərdən sonra Fransız ekspedisiyası 1919-cu ilin aprelində geri qayıtmağa məcbur oldu.

İndi də görünən odur ki, Rusiya və Fransa ordusu yenidən üz-üzə gəlir. Hər iki ölkə nüvə silahına malikdir və ondan istifadənin mümkünlüyü barədə də xəbərdarlıq olunub. Rusiya prezidenti Vladimir Putin ölkəsinin Qərbdəki hədəfləri vurmaq üçün silaha malik olduğunu bildirərək, Qərb dövlətlərinin Ukraynaya qoşun yeritməsinin faciəli nəticələri barədə artıq xəbərdarlıq edib: "Qərb dövlətləri başa düşməlidirlər ki, bizim də onların ərazisindəki hədəfləri vura biləcək silahlarımız var. Bütün bunlar həqiqətən də nüvə silahından istifadə edilməsi ilə münaqişə və sivilizasiyanın məhvi təhlükəsini yaradır. Onlar bunu başa düşmürlərmi?". Bütün bunlar məhz Makronun sərsəm ideyalarından sonra gündəmə gəlib. Elə o səbəbdən Avropanın əksər liderləri, ABŞ başda olmaqla, Makronun ideyasına qarşı çıxıb. Hətta iş o yerə çatdı ki, Makron bu açıqlaması ilə Almaniya Kansleri Olaf Şoltsun qəzəbinə tuş gəldi. Bu narazılıq Fransa-Almaniya münasibətlərində ciddi fəsad yaradıb. Makronun bəlli bəyanatından sonra iki ölkə arasında münasibətlər ən aşağı səviyyəyə enib. Almaniya-Fransa münasibətlərində yaranan gərginlikdən isə uduzan tərəf ilk olaraq Ukraynadır. Proseslər, hətta NATO və Avropa İttifaqı ölkələrinin birliyinə ziyan vuracaq qədər inkişaf etməkdədir. Digər tərəfdən, NATO ölkələri daxilində yaranan narazılıq Rusiyanın lehinə işləyir. Elə bu da Ukraynanı narazı salır. Amerikanın "Politico" qəzeti də yazır ki, Makronun səhvləri Qərbə baha başa gəlir. Qəzet yazır ki, Şolts və Makron arasında Ukraynaya hərbi yardımla bağlı fikir ayrılığı açıq düşmənçiliyə çevrilməyə başlayıb: "Tərəflər əsas olaraq Ukraynaya silah göndərilməsi məsələsində ortaq məxrəcə gələ bilmirlər. Belə ki, Almaniya Ukraynaya "Taurus" raketlərini vermək istəmədiyi bir zamanda, Fransa ölkəyə özünün "SCALP" qanadlı raketlərini göndərmək istədiyini açıqlayıb. Şolts və Makron arasında fikir ayrılığına səbəb olan məsələlərdən biri də Rusiya ilə sərhədə ölkə qoşunlarının göndərilməsidir. Almaniya kansleri dəfələrlə bildirib ki, NATO Ukraynada münaqişə tərəfi olmayacaq, alman hərbçilər isə ölkəyə göndərilməyəcək. Fransa lideri isə Qərb ölkələrinin əsgərlərinin Ukraynaya göndərilmə ehtimalını istisna etməyib". Hələlik görünən odur ki, Fransa Qərbdə NATO-ya və ABŞ-a qarşı yeni güc mərkəzi formalaşdırmaq istəyir və planlarını həyata keçirmək üçün ən optimal variant kimi Ukraynanı görür. Bu isə Makronun Qərbdə də ciddi tənqid hədəfinə çevrilməsini şərtləndirir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ