Cümə axşamı günü, 05 noyabr 2026
     

Paşinyan Avropa Birliyinə üzvlük müraciətini referenduma çıxarır - rəsmi açıqlama...

Image


Amid Əliyev: "Avropanın siyasi-iqtisadi dairələri əllərindən gələn təzyiqləri göstərəcəklər ki, Ermənistanı Rusiyanın siyasi, iqtisadi və hərbi orbitindən ümumiyyətlə kənarda saxlaya bilsinlər"

Baş nazir Nikol Paşinyan Avropa İttifaqı ilə Ermənistan arasında daha sıx əlaqələrin qurulması və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasının zəruriliyi ilə bağlı Avropa Parlamentinin qəbul etdiyi qətnaməni alqışlayıb. 

Hökumətin iclasında baş nazir xatırladıb ki, Avropa Parlamentinin bütün fraksiyalarının dəstəyini qazanan bu qətnamə 504 lehinə, 4 əleyhinə, 32 bitərəf olmaqla qəbul edilib:

"Avropa Parlamentinin bu qətnaməsini alqışlayaraq hesab edirəm ki, bu, Ermənistanda ictimai müzakirə obyektinə çevrilməlidir. Bu, Ermənistan Respublikasının gələcəyinə baxışı müzakirə etmək üçün daha bir səbəbdir və ümid edirəm ki, siyasi qüvvələr, ictimai təşkilatlar, cəmiyyətin müxtəlif təbəqələri, Ermənistan Respublikasının vətəndaşları Avropa Parlamentindən eşidilən bu mesaja öz münasibətini bildirəcək. Çünki bu cür mesajlar hökumətdən və ya parlament çoxluğundan daha geniş cavab tələb edir".

Faktiki olaraq, Paşinyan referendum anonsu verib. Ola bilərmi ki, referendumun nəticələrindən Paşinyan Rusiyayanın gələcəkdə bu yöndə olan təzyiqlərini neytrallaşdırmaq üçün istifadə etməyi hədəfləsin?

Siyasi şərhçi Amid Əliyev "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, hazırkı məqamda Ermənistanın Avropa Birliyinə daxil olması bir az absurd görünür: "Nə üçün? Bilirsiz ki, Avropa Birliyinə üzv olmaq üçün bir neçə kriteriyaların yerinə yetirilməsi lazımdır. Ölkənin iqtisadi inkişafı, ümumi daxili məhsulun hansı səviyyədə olması, ölkənin xarici bazalarının, sənayenin inkişafı, əhalinin sosial rifahının yüksək olması və s, bütün bu göstəricilərin hamısı Avropa Birliyinə üzv olmaq üçün əsas şərtlərdən biridir. Türkiyə neçə ildir Avropa Birliyinə qəbul ola bilmir. Əgər biz müqayisə aparsaq, Avropa Birliyinə üzv olmaq üçün Türkiyə həm iqtisadi, həm sosial cəhətdən Ermənistandan çox üstündür. Eyni zamanda hərbi potensialı Ermənistanın hərbi potensialından üstündür. Əhalinin say tərkibi, miqrasiya prosesləri onu deməyə əsas verir ki, Türkiyə Ermənistandan daha çox buna layiq olan ölkədir. Hazırki məqamda ehtimal etsək ki, Ermənistan Avropa Birliyinə daxil olmağa cəhd edir, bütün bunlar Avropa dövlətləri tərəfindən Ermənistana verilən direktivlərdir. Burada əsas məsələ ondan ibarətdir ki, Ermənistana total nəzarəti həyata keçirmək üçün həm siyasi, həm iqtisadi, həm də sosial cəhətdən orada olan bütün proseslərin Avropa dövlətləri tərəfindən idarə olunmasına çalışılır. Son nəticədə məqsəd Ermənistanı Rusiyanın orbitindən çıxarmaqdır. Ancaq bu elə də asan məsələ deyil. Çünki Avropa Birliyi, Avropanın bir sıra aparıcı dövlətləri çox gözəl başa düşürlər ki, Ermənistanı indiki məqamda Avropa Birliyinə daxil edəcəklərsə, külli miqdarda investisiya yatırılmalıdır. Bu investisiyanın yatırılmasını hansı dövlət öz üzərinə götürəcək? Rusiya-Ukrayna müharibəsi iki ildən artıqdır ki, gedir. Avropa dövlətlərinin hansısa investisiyanın Ukraynaya göndərilməsində ikitirəlik, üçtirəlik yaranır. Bu həmin Avropa dövlətləridir ki, Ukraynanı Rusiya ilə müharibəyə başlamaq üçün təhrik edirdilər. İndi isə Ukraynadan uzaq dururlar. Bütün bu proseslər Ermənistanın başında da cərəyan edəcək. Ancaq kəmiyyət  və keyfiyyətcə, həmçinin zaman baxımından bir qədər fərqli olacaq. İndiki məqamda Qafqazda Ermənistanın Avropa Birliyinə daxil olması real görsənmir. Ondan qabaq Gürcüstan var ki, onun demokratik göstəriciləri Ermənistandan üstündür. O zaman sual olunur ki, nə üçün Gürcüstan yox, məhz Ermənistan? Demək burada oyun oynanılır. Birinci məqam sülh sazişinin imzalanmasının bir addımlığında olan  Azərbaycana təzyiqlər göstərilməsi, ikinci məqam Rusiyadan Ermənistanı uzaqlaşdırmaq, üçüncü məqam isə Avropanın siyasi-iqtisadi resurslarının Ermənistanda cəmləşməsidir. Ermənistan siyasi hakimiyyətinin Avropa dövlətlərindən asılılığını tam təmin etmək üçün belə bir addımlar atılır. İndiki məqamda iqtisadiyyatı zəif olan, ümumilikdə Rusiyadan asılı, özünü müdafiə etmək qabiliyyətinə malik olmayan bir dövlətin Avropa Birliyinə qəbul olunması həm siyasi, həm iqtisadi, həm də hüquqi cəhətdən mental deyil. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistana siyasi-iqtisadi dəstək verməklə qarşıda gözlənilən proseslərin idarə olunmasında Ermənistanın çəkisini süni şəkildə artırmağa çalışırlar. Ancaq biz çox gözəl bilirik ki, Ermənistanı heç bir Avropa Birliyi qəbul edə bilməz. Ən azından, bir il prosedur qaydaların həyata keçirilməsi gözlənilir. İkinci məqam ondan ibarətdir ki, Rusiya heç bir keçmiş SSRİ məkanında olan dövlətin onun nəzarətindən çıxıb Avropa Birliyinin nəzarətinə keçməsinə imkan verməyəcək. Ukraynada bu proseslər bir qədər fərqli oldu. Hazırda Ermənistanın belə addımlar atması onun təhlükəli yola qədəm qoyduğundan xəbər verir. Avropanın siyasi-iqtisadi dairələri  əllərindən gələn təzyiqləri göstərəcəklər ki, Ermənistanı Rusiyanın siyasi, iqtisadi və hərbi orbitindən ümumiyyətlə kənarda saxlaya bilsinlər. Yenə də qeyd edirəm ki, bu elə də asan məsələ deyil. İndiki məqamda Ermənistanın Avropa Birliyinə üzvlüyü real görünmür".

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ