Bazar günü günü, 12 iyul 2026
     

Xarici dövlət xadimləri İlham Əliyevin rolunu uzaqdan belə görürlər...

Image


Martın 14-də Bakıda, "Gülüstan" sarayında Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumu işə başlayıb.

Tədbirdə çıxış edən xarici  dövlət xadimləri Azərbaycanın və  İlham Əliyevin xidmətlərini və rolunu yüksək dəyərləndiriblər.

Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa çıxış edərək deyib ki, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, uzun müddət davam edən, 28 il ərzində dondurulmuş münaqişəyə nəhayət son qoyub: "Söhbət qonşu ölkə tərəfindən beynəlxalq hüquqa zidd olaraq əraziləri qeyri-qanuni işğal edilmiş ölkənin öz ərazilərini qaytarması, öz ərazi bütövlüyünü və ona məxsus olan torpaqlar üzərində suverenliyini bərpa etməsindən gedir. Eyni zamanda, dünyada hələ də davam etməkdə olan əlli aktiv münaqişə ocağı var. Ukrayna qeyri-qanuni işğaldan və ərazilərinin anneksiyasından əziyyət çəkir…"

Albaniya Respublikasının Prezidenti Bayram Beqay da çıxışında Azərbaycanın və şəxsən İlham Əliyevin dünya sivilizasiyasına verdiyi töhfədən danışıb.

Forumun işinə uğurlar arzulayan Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü Jelka Tsviyanoviç Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyini vurğulayıb. Qlobal Bakı Forumunun bir çox məsələlərin həlli üçün vacib platforma olduğunu qeyd edən Jelka Tsviyanoviç bildirib ki, Azərbaycanla münasibətləri çox yüksək dəyərləndirir: "Bu, dost münasibətləridir. Biz hesab edirik, bütün bu xoş ab-hava, təbii ki, məxsusi xarakter daşıyır. Hesab edirəm ki, bu cür Forum əslində bütün məsələlərin müzakirəsi üçün müvafiq məkandır, multilateralizm böhranının aradan qaldırılmasına xidmət edə bilər və biz onların aradan qaldırılmasına müvəffəq ola bilərik. Ən vacibi ondan ibarətdir ki, belə tədbirlər bizim aramızda körpü sala, ünsiyyət yarada, müxtəlif ölkələr və beynəlxalq iştirakçılar arasında tərəfdaşlığı təşviq edə bilər".

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus uzun illər ÜST-ə və onun məramına dəstək vermiş Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə və Azərbaycana təşəkkürünü ifadə edərək deyib:

"Çıxışıma Prezident İlham Əliyevin göstərdiyi səyləri alqışlamaqla başlamaq istəyirəm. Mən 3300-dən artıq tibbi xidməti əhatə edən icbari tibbi sığorta vasitəsilə universal səhiyyə paketinə doğru Azərbaycanın əldə etdiyi irəliləyişdən məmnunam. Həmçinin Azərbaycan Hökumətinə və xalqına təşəkkürümü bildirirəm ki, bu ilin sonunda COP29-a ev sahibliyi məsələsində siz öz rəhbərlik keyfiyyətlərinizi göstərdiniz.

Ümumdünya Səhiyyə Təşkilatı COP28-in tam bir gününü ilk dəfə səhiyyəyə həsr etmiş Birləşmiş Ərəb Əmirliklərinin ənənələrinə uyğun olaraq COP29-un gündəliyində səhiyyənin mühüm yerdə qalmasını təmin etmək üçün Azərbaycanın sədrliyi ilə işləməyi səmimiyyətlə arzulayıram".

BMT Baş katibinin siyasət üzrə müavini Qay Rayder COP29-un uğurla təşkil olunması istiqamətində Azərbaycanda görülən işləri yüksək dəyərləndirdiyini qeyd edərək deyib:

"Azərbaycanda keçiriləcək COP29 da qlobal miqyaslı, qeyri-adi əhəmiyyətə malik BMT tədbiridir. Biz BMT olaraq bu kimi tədbiri və ölkənizin bu sahədəki sədrliyini tam dəstəkləyirik".

BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyima Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Hərəkatın beynəlxalq arenada nüfuzunun artmasında ölkəmizin rolunu xüsusi vurğulayaraq bildirib:

"Mən bu fürsətdən istifadə edərək Zati-aliləri Prezident Əliyevə Qoşulmama Hərəkatına canlandırma gətirdiyinə görə təşəkkürümü bildirirəm. Mən Prezidentin bununla bağlı planlarını və islahatlarını alqışlayıram. O, Qoşulmama Hərəkatında bunu etdi".

Forumun əhəmiyyətinə toxunan BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edərək deyib: "Biz Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasındakı əməkdaşlıqdan qürur hissi duyuruq. Mən, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkür edirəm ki, onlar XI Qlobal Bakı Forumunda iştirak etmək fürsətini yaratdılar. Qlobal Bakı Forumu ən tanınmış qlobal platformalardan birinə çevrilib və burada ən yaxşı beyin mərkəzləri bir araya gətirilir".

Tədbirdə çıxış edən Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib:

"Mən bu Forumda böyük şərəf və iftixar hissi ilə iştirak edirəm və Türkiyə Respublikasının Prezidenti adından çıxış edirəm. İlk növbədə, mən hər il uğurla keçirilən Qlobal Bakı Forumunun təşkilatçılarını, Azərbaycanın rəhbərliyini bu il növbəti çox uğurlu tədbiri keçirdiyinə görə təbrik etmək istərdim. Biz görürük ki, Qlobal Bakı Forumu artıq ənənəyə çevrilib".

"Hilal" Sosial Araşdırmalar İctimai Birliyinin sədri, siyasi şərhçi  Arzuman Abdulkərimov "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, dünya liderlərinin ifadə etdikləri fikirlər reallığın etirafıdır: "İlham Əliyevin rəhbərliyi ilə irəliləyən Azərbaycan artıq yalnız özünə aid olan məsələlərə deyil, həm də bəşəri problemlərin həllinə mühüm töhfələr verir. Biz bunu pandemiya dönəmində gördük. Azərbaycanın özü  qeyri-qanuni işğalın qurbanı idi, etnik təmizləməyə məruz qalmışdı.

Prezidentin dediyi kimi, heç  kəs bizə kömək etmədi. Biz bunu özümüz etdik və göstərdik ki, güclü siyasi iradəmiz, həmçinin potensialımız var. Çünki güclü hərbi imkanlar və xalqın birliyi olmadan biz uğur qazana bilməzdik. İstər regionda, istərsə də beynəlxalq aləmdə Azərbaycanın nüfuzu durmadan artır. Ölkəmizin yüksək səviyyəli müxtəlif mötəbər tədbirlərə uğurla ev sahibliyi etməsi dövlətimizin dünyada daha çox tanınmasına töhfə verir. Azərbaycanın Cənubi Qafqazda aparıcı aktora çevrilməsi respublikamızın beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində aktiv iştirakı ilə xarakterizə olunur. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm, sözü imzası qədər dəyərli olan tərəfdaş kimi qəbul edirlər. Hazırda BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu qurumlar dövlətimizlə əməkdaşlığı strateyi prioritet kimi müəyyənləşdirib".

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

İrandan Trampa “İrəvan mesajı” - sülh olmasa, TRIPP marşrutuna dözmərik...

Vətəndaşın məmurlarla birbaşa ünsiyyətində sıfır hədd - rəqəmsallaşma dövrünün hədəfi...

Çin və ABŞ-ın mübarizə apardığı Gürcüstan limanında Azərbaycan həlledici söz sahibinə çevrilir...

SON XƏBƏRLƏR

12.07.2026 / 11:32
İranın 6 şəhərində partlayışlar baş verib

12.07.2026 / 11:10
İrandan ABŞ-a xəbərdarlıq - Sözünüzə əməl edin, əks halda bədəlini ödəyəcəksiniz...

12.07.2026 / 10:52
DÇ-2026 - Yarımfinalında qarşılaşacaq komandalar müəyyənləşdi...

12.07.2026 / 10:37
ABŞ İranı yenə vurdu – İran 5 ölkədə hərbi hədəflərə zərbə endirdi...

12.07.2026 / 10:19
Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapılıb

12.07.2026 / 09:55
SEPAH Hörmüzdə daha bir gəmini vurub

12.07.2026 / 07:31
Almaniyada Ukrayna üçün dron istehsal edən gizli fabrik?..

12.07.2026 / 07:17
1900 LGBT+ sərnişini daşıyan Amerika kruiz gəmisi Türkiyə və Misir sahillərinə buraxılmadı

12.07.2026 / 06:46
Hörmüzdə gəmilərə hücum edən "sistemin yaramaz elementləri" imiş - İran tərəfi belə deyir…

12.07.2026 / 06:31
İnqilab Keşikçiləri Hörmüzü yenidən bağladı - “əlavə xəbərdarlığa qədər…”

11.07.2026 / 23:18
Rusiya Ukraynaya göndərilən silahları izləmək üçün NATO ölkələrində minlərlə kameranı ələ keçirdi...

11.07.2026 / 22:40
Polşa Ukrayna Üsyançı Ordusunun qırmızı-qara bayrağını qadağan edir - Navrotski parlamentə çağırış etdi...

11.07.2026 / 21:10
Prezidentin sosial media hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşündən videoçarx paylaşılıb

11.07.2026 / 21:05
Ukrayna Rusiyanın Azovdakı “kölgə donanması”nı çökdürür - bir gecədə 28 gəmi vuruldu... +VİDEO

11.07.2026 / 20:46
İstilər Eyfel qülləsinin də “dəngəsini” pozdu

11.07.2026 / 20:02
Prezident: "Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir"

11.07.2026 / 19:58
"Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir" - Prezident

11.07.2026 / 19:56
ABŞ konqresmeni İordan çayının qərb sahilində israilli köçkünlər tərəfindən girov götürüldü...

11.07.2026 / 19:53
Prezident İlham Əliyev: "Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır"

11.07.2026 / 19:51
"Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır" - Prezident

11.07.2026 / 19:45
"Soyqırım və deportasiya qurbanlarına dəstək" adlı layihənin icrası davam edir

11.07.2026 / 19:03
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub - FOTO

11.07.2026 / 18:01
“Xankəndi” hotelinin açılışı oldu - FOTO

11.07.2026 / 17:35
Prezidentin sosial şəbəkə hesablarında Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşü ilə bağlı paylaşım edilib - VİDEO

11.07.2026 / 17:25
Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub

11.07.2026 / 16:17
Zərdabda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlandı

11.07.2026 / 16:01
Prezident Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış oldu - FOTO

11.07.2026 / 15:32
Prezident Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub - FOTO

11.07.2026 / 15:11
Patruşev illər əvvəl bin Ladenə qarşı planlaşdırılan Rusiya-ABŞ əməliyyatını açdı – ABŞ son anda imtina etdi...

11.07.2026 / 15:07
Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı olub - FOTO

11.07.2026 / 14:22
Azərbaycan vətəndaşını qətlə yetirən şəxs Batumi aeroportunda yaxalandı

11.07.2026 / 14:09
BTQ ilə Burkina-Faso Beynəlxalq Araşdırmalar İnstitutu arasında anlaşma memorandumu imzalandı

11.07.2026 / 13:57
Prezident Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - FOTO

11.07.2026 / 13:57
Prezident Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - FOTO

11.07.2026 / 13:44
Azərbaycanın sərt müqavimətindən sonra İsrail geri addım atdı – qondarma “soyqırım" məsələsi gündəmdən çıxarıldı...

11.07.2026 / 13:17
CHP-nin idarə etdiyi daha bir bələdiyyədə həbslər aparıldı – sədrin də aralarında olduğu 36 nəfər qandallandı...

11.07.2026 / 12:50
Sui-qəsd iddiaları Trampı qorxutdu... Orduya əmr verdi - İranı xəritədən siləcəklər...

11.07.2026 / 12:19
İran “səhvini” boynuna aldı? - Tramp danışıqların bərpasına göstəriş verdi

11.07.2026 / 12:15
Ukrayna Azovda 13 rus tankerini vurdu - Rusya Don-Azov kanalını gəmilərə bağladı...

11.07.2026 / 11:53
"Karib hövzəsində dekolonizasiya mövzusu çox vaxt lazımi səviyyədə diqqətdə olmur" - Sen-martinli jurnalist

11.07.2026 / 11:29
Ukrayna üçün “Patriot”lar ilkin mərhələdə Almaniyada istehsal oluna bilər...

11.07.2026 / 11:15
Prezident İlham Əliyev Monqolustan Prezidentinə təbrik ünvanlayıb

11.07.2026 / 11:03
Prezident Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışını etdi - FOTO

11.07.2026 / 10:54
Zakir Həsənov Türkiyədə səfərdədir - FOTO

11.07.2026 / 10:45
“Həkəriçay” su anbarının təməli qoyuldu

11.07.2026 / 10:31
Jan-Mişel Brun Fransa mətbuatını ifşa etdi - müstəmləkə xalqlarına qarşı zorakılığı kölgədə saxlayır, təhrif edirdilər...

11.07.2026 / 10:22
Avropa Parlamenti ermənilərdən başqa həm də yunan lobbisinin əsirliyində imiş... SÜBUT...

11.07.2026 / 10:08
Hakan Fidan S-400-lərin üçüncü ölkəyə göndərilməsi ilə bağlı danışıqların davam etdiyini açıqladı...

11.07.2026 / 09:53
“Azərbaycanca-Norveçcə sözlük" yayınlandı

11.07.2026 / 09:48
"Media dekolonizasiya prosesində qlobal məlumatlılığın artırılmasında mühüm rol oynayır" - Abbas Abbasov

11.07.2026 / 09:44
Vətənə və xalqa xidmət edən ömür Doğum gününüz mübarək, hörmətli Rasim Məmmədov!

11.07.2026 / 09:37
Bakıda medianın dekolonizasiya prosesində roluna həsr olunmuş konfrans keçirilir

11.07.2026 / 09:30
Amerikalı mütəxəssislər TRIPP layihəsi ilə bağlı Ermənistana səfər edib...

11.07.2026 / 09:15
İran Trampın iddialarını təkzib etdi – onlardan danışıqların bərpasını istəməmişik...

11.07.2026 / 08:49
İran ABŞ-ın bombaladığı nüvə obyektlərini bərpa edir - peyk görüntüləri ortaya çıxardı...

10.07.2026 / 22:43
Paşinyan hələ də Ermənistanda qalan Azərbaycan kəndlərindən danışdı...

10.07.2026 / 22:18
Kreml rəsmisi ABŞ-ın Ukraynaya “Patriot hədiyyəsini” dəstəklədi - Peskov nə demək istəyir?...

10.07.2026 / 21:44
Paşinyan yeni konstitusiya layihəsini dekabrda Əliyev və Trampla görüşədək təqdim edəcək...

10.07.2026 / 21:16
Avroparlament Putinin devrilməsinə doğru daha bir addım atdı...

10.07.2026 / 20:55
Rusiyada dərin yanacaq qıtlığının Azərbaycana təsirləri gündəmdə...

10.07.2026 / 20:41
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib - FOTO

10.07.2026 / 20:37
Azərbaycan JF-17 qırıcı təyyarələri ilə bütün Xəzəri nəzarətə götürür

10.07.2026 / 20:36
Ərdoğanın hədiyyə etdiyi revolverlərin bir çoxu geri qaytarıldı

10.07.2026 / 20:21
Ermənistan İranın əlindən çıxır, TRIPP layihəsinin də buna birbaşa dəxli var

10.07.2026 / 20:05
Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasına daxili baxış keçirilib

10.07.2026 / 19:55
Ermənilərin məhkəməsi çıxışlarla davam etdirilib FOTO

10.07.2026 / 19:39
Tramp İrandan yeni təklif aldığını iddia etdi – “Biz də qəbul etdik”...

10.07.2026 / 19:22
Vasitəçi ölkələr ABŞ-İran gərginliyini azaltmaq üçün hərəkətə keçdi - Qətər Tehrana heyət göndərdi...

10.07.2026 / 18:57
Yaxın Şərqdə gərginliyi daha da artıracaq iddia - ABŞ-dan sonra iki körfəz ölkəsi də İrana hücum etdi...

10.07.2026 / 18:40
Xaricdə təhsil şirkətləri ilə bağlı vətəndaşlara xəbərdarlıq edildi... - "özünü "təhsil ekspertləri" kimi təqdim edənlər..."

10.07.2026 / 18:12
Kreml Türkiyənin S-400-ləri satacağını rəsmən təsdiqlədi – sistemlər üçüncü ölkələr üzərindən Rusiyaya qaytarıla bilər...

10.07.2026 / 17:50
Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirildi - FOTO

10.07.2026 / 17:35
Nazir Vilayət Eyvazovun göstərdiyi rəqəmlərlə bağlı müzakirə başladı - necə və hansı üsullarla?...

10.07.2026 / 17:19
Professor Məhərrəm Zülfüqarlının “ Atillanın yeni sərgüzəştləri” kitabı nəşr olundu - FOTO

10.07.2026 / 16:32
“Zəngəzur dəhlizi bəyanatına” Ermənistan XİN-nin əks-reaksiyası tam yersizdir...

10.07.2026 / 15:58
“XXI Əsrin Qadınları” İctimai Birliyinin layihəsinin yekun tədbiri Ağsuda keçirilib

10.07.2026 / 15:57
Yunus Oğuzun “Türk” etnonimi və törələri kitabı Respublika Gənclər Kitabxanasının fonduna daxil edilib

10.07.2026 / 15:52
Beyləqan şəhərində fermerlər üçün aqrar sığorta ilə bağlı maarifləndirici təlim keçirilib

10.07.2026 / 15:49
ABŞ MKİ-nin “əllərini pişik yeyib ki, İsrail kəşfiyyatı önə çıxıb?!”...

10.07.2026 / 15:41
Marketlər yerli istehsalçılardan 100 min manat istəyir? – Deputatdan iddia...

10.07.2026 / 15:27
Ölkədə qulaqdibi xəstəliyinin artması iddiaları ilə bağlı rəsmi açıqlama...

Diasporumuza Rusiyada problemlər yaradılandan sonra Avropa, Amerika istiqamətində fəallıq başladı...

XƏBƏR ARXİVİ