Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistan dürüst olsaydı, sülh daha yaxında olardı - Qlobal forumdan ideya...

Image


Abutalıb Səmədov: "Azərbaycan Prezidenti də bu məsələlərə diqqət çəkərək, bir daha Ermənistan rəhbərliyinə çatdırmaq istəyir ki, sülhə çox yaxınıq, bu cür qeyri-konstruktiv mövqe tutmaqdan imtina etsən qısa müddətdə sülh sazişini imzalamaq olar"

"...İndi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq. Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb..." Bu fikirləri  Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı Prezident İlham Əliyev bildirib. 

Prezident Əliyev çıxışında həmçinin bunları deyib: "İndi isə Qarabağ məsələsi öz həllini tapdıqdan sonra biz sülhə çox yaxınıq. Biz belə hesab edirik. Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır. Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər bərpa olunub və indi biz düşünürük ki, sülhə nail olmaq mümkündür. Biz bunu istəyirik. Biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik və indi regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib".

Prezident İlham Əliyev dedi ki, hələ Ermənistanla biz heç vaxt sülhə indiki qədər yaxın olmamışıq. Prezident nəyi nəzərdə tutdu? Niyə indi çox yaxınıq? Bu yaxınlıq nə ilə izah olunur?

"Çünki əvvəlki maneələr artıq yoxdur, yeganə maneə Ermənistanın tutduğu yanlış mövqedir"     

 "Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov  "Bakı-Xəbər"ə şərhində "Azərbaycan sülh sazişinin imzalanması ilə əlaqədar 5 baza prinsipini 2021-ci ilin fevral-mart aylarında hazırladı və Ermənistana təqdim etdi. Ondan keçən müddətdə bir daha sülh sazişini imzalamağa kifayət qədər yaxın olduq. Ancaq hər dəfə Ermənistan Qarabağ məsələsini ortaya atdı, əvvəl ATƏT-in Minsk qrupunu bu  məsələyə qoşmaq istədi, sonra Qarabağın status məsələsini gətirdi, sonuncu dəfə Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyinin beynəlxalq mexanizmlərlə təmin olunması məsələsini qoydu və elə Ermənistan parlamentinin sədri Alen Simonyan özü də etiraf etdi ki, biz bu tələbləri qoymasaydıq indiyə qədər bir neçə dəfə sülh sazişini imzalamaq olardı. Yəni parlamentin sədri rəsmi şəkildə etiraf etdi ki, sülh sazişinin imzalanmasının qarşısında əsas maneə, Azərbaycan Prezidentinin dediyi kimi, Ermənistanın qeyri-konstruktiv mövqeyi olub. İndi artıq Qarabağ məsələsi yoxdur. Ermənilər Azərbaycan ərazisini tərk edib getmək qərarına gəldilər. İndiki şəraitdə sülh sazişinin imzalanması üçün hər cür imkan var. Lazımdır ki, Ermənistan prosesi pozmaq istiqamətində atdığı addımlardan imtina etsin. Biz 5 baza prinsipi təqdim etmişdik. Ermənistan qəbul etdi. Ancaq sonradan bu 5 baza prinsipinin 3-nə öz əlavələrini etdi. Ermənistanın 5 baza prinsipinə etdiyi bu əlavələr indi əsas maneəyə çevrilib. Çox təəssüf ki, Qərb dövlətləri də Ermənistanın bu mövqeyini dəstəkləyir"-deyə bildirdi. 

A.Səmədovun sözlərinə görə, Qranadada Ermənistanın o 3 təklifinə həm Fransa, həm Almaniya, həm də Avropa Birliyi imza atdı və "bu həm də bizim mövqeyimizdir" dedilər. A.Səmədov hesab edir ki, bu da sülh sazişinin imzalanmasının qarşısında əsas maneəyə çevrildi. "Lazımdır ki, Ermənistan vəziyyəti real qiymətləndirsin, sülhə həddən artıq yaxın olduğumuzu anlasın və bu sazişi imzalamaq Azərbaycandan çox Ermənistana  gərəkdir. Çünki üzərindən Rusiyanın təhlükəsizlik çətiri götürülüb və yeni çətir yoxdur, Ermənistan müdafiəsiz vəziyyətdədir. 30 ildə Azərbaycana qarşı törətdikləri cinayətlərə görə, əslinə qalsa, Azərbaycanın tam haqqı var ki, Ermənistanı ciddi şəkildə cəzalandırsın, torpaqlarının işğal olunduğunun nə demək olduğunu, işğal olunmuş torpaqların xarabazara çevrilməsinin nə qədər ağır problem olduğunu Ermənistana başa salsın. Azərbaycan bunu etmir, Ermənistanı sülhə çağırır, "konstruktiv mövqe tut, sülh sazişini imzalayaq" deyir. Təəssüf ki, hələ Ermənistan bu mövqeyə gəlmək istəmir. Azərbaycan bütün platformalarda sülh sazişini müzakirə etməyə və imzalamağa hazırdır, həm Vaşinqtonda, həm Brüsseldə, həm Berlində, həm Gürcüstanda, həm Rusiyada, həm sərhəddə. Azərbaycan 3+3 formatını da qəbul edir. Bir şərti var: vasitəçi dövlət tərəf tutmamalı, beynəlxalq hüququ və ədaləti əsas götürməlidir. Əgər bu mövqe tutularsa Azərbaycan  bu platformaların hamısında iştirak etməyə, müzakirələr aparmağa və sülh sazişini imzalamağa hazırdır. Ermənistan isə yalnız Qərb platformasında müzakirələrə getmək istəyir"-deyən A.Səmədov əlavə etdi ki, Ermənistan Rusiyanı birbaşa rədd edir, Gürcüstanda  görüşmək istəmədi, Tehranda 3+3 formatında sülh sazişini müzakirə etməkdən qəti şəkildə imtina etdi, sərhəddə də görüşmür. A.Səmədov bildirdi ki, Ermənistan yalnız Qərb platformasında görüşəcəyini deyir, bu da təbiidir,  sülh sazişinin imzalanmasını ləngidir. "Azərbaycan Prezidenti də bu məsələlərə diqqət çəkərək, bir daha    Ermənistan rəhbərliyinə çatdırmaq istəyir ki, sülhə çox yaxınıq, bu cür qeyri-konstruktiv mövqe tutmaqdan imtina etsən qısa müddətdə sülh sazişini imzalamaq olar. Çünki əvvəlki maneələr artıq yoxdur, yeganə maneə Ermənistanın tutduğu yanlış mövqedir.   

Ümid edək ki, yaxın vaxtlarda Rusiya ilə münasibətlərin daha da kəskinləşməsi Ermənistanı bir daha düşünməyə vadar edər və qısa müddət ərzində biz sülh sazişinin imzalanmasına nail ola bilərik" - deyə A.Səmədov əlavə etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ