Cümə axşamı günü, 05 noyabr 2026
     

Qərb Azərbaycan - Ermənistan sülh prosesində əsas maneəyə çevrilir...

Image


Son həftələrdə Azərbaycan Qərbdən ardıcıl olaraq Ermənistanla bağlı xəbərdarlıq alır. Sonuncu belə xəbərdarlıq ötən həftə Avropa Parlamentindən gəlib: əgər Azərbaycan Ermənistana hücum edərsə, ona qarşı sanksiyalar tətbiq edilməlidir. Halbuki, bütün bunların heç bir əsası yoxdur. 

Rəsmi Bakı dəfələrlə, özü də ən yüksək səviyyədə Ermənistana qarşı hər hansı hücum planının olmadığını bəyan edir. Hətta prezident İlham Əliyev bunu Azərbaycanın demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsi olduğunu da bildirib. Lakin bütün bunlara baxmayaraq, ABŞ kəşfiyyatının Ermənistan-Azərbaycan münasibətlərinə dair kəşfiyyat materialları yenə vəziyyətin Qərbdə düzgün qiymətləndirilmədiyini göstərir. ABŞ kəşfiyyatının yeni hesabatında "Azərbaycan və Ermənistan arasındakı münasibətlərin, çox güman ki, gərgin olaraq qalacağı" vurğulanır. Hesabatda deyilir ki, Azərbaycanın Qarabağı geri alması ilə qeyri-sabitlik səngisə də, Azərbaycanın Ermənistana hərbi təzyiq etmək istəyi davam edir: "Rəsmi sülh sazişinin olmaması, orduların bir-birinə yaxın yerləşməsi, etibarlı atəşkəs təminatı mexanizminin olmaması və Azərbaycanın Ermənistanla danışıqlarda ölçülüb-biçilmiş hərbi təzyiqdən istifadə etmək istəyi olduğu kimi qalacaq". ABŞ kəşfiyyatı hesab edir ki, Azərbaycanın Naxçıvanla birləşmək üçün quru dəhlizinə sahib olmaqda israr etməsi silahlı münaqişə ehtimalını artırır. Söhbət burada Zəngəzur dəhlizindən gedir. Azərbaycan bir hissəsi olan Naxçıvana Ermənistandan keçməklə sərhəd-gömrük nəzarəti olmayan dəhliz istəyir. Ermənistan rəsmi Bakıya yol verməyə hazırdır, ancaq öz nəzarəti altında. Rusiya isə bu yola özü nəzarət etmək istəyir və onun bu istəyi də 10 noyabr üçtərəfli bəyanatında öz əksini tapıb. Rəsmi Bakı Zəngəzur dəhlizindən öz şərtləri əsasında istifadə etmək niyyətindən geri çəkilmədiyini gizlətmir, amma israrla vurğulayır ki, bunu güc yolu ilə həyata keçirmək istəmir. Belə olan halda Azərbaycanın guya Ermənistana hərbi müdaxilə edəcəyi barədə Qərbdə yayılanlar regionda hadisələrin mahiyyətini təhrif etmək məqsədi güdür və geosiyasi məqsədlərdən qaynaqlanır. Azərbaycan Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin nümayəndə heyəti ilə görüşündə Avropa İttifaqı xarici siyasət idarəsinin rəhbəri Josep Borrellin bu xüsusda açıqlamalarına diqqət çəkərək qeyd edib: "Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur". Dövlət başçısı bu açıqlamanı Azərbaycana qarşı pərdələnmiş təhdid kimi qiymətləndirib. Ankarada yerləşən Avrasiya Araşdırmaları Mərkəzinin baş şərhcisi Turqut Kərəm Tuncelin fikrincə, Azərbaycanın Ermənistana qarşı genişmiqyaslı hərbi əməliyyat keçirməsi ehtimalı yoxdur: "İrəvanın Azərbaycanın Zəngəzur dəhlizinin açılması üçün Ermənistana genişmiqyaslı hücuma keçəcəyini iddia etməkdə məqsədi həm Qərb dövlətlərindən siyasi və hərbi dəstək qazanmaq, həm də Azərbaycanı Qərb ictimaiyyətinin nəzərində "şeytanlaşdırmaqdır".

Bakıda yerləşən Topçubaşov Mərkəzinin siyasi şərhçisi Məhəmməd Məmmədova görə, tərəflərin sürətlə silahlanmağa davam etməsi və üçüncü ölkələrin Bakı-İrəvan çəkişmələrindən faydalanmağa çalışması qarşılıqlı inamsızlıq mühitində yeni bir müharibə və ya sərhəd toqquşması ehtimalını artırır. Amma o, eyni zamanda əlavə edir ki, yeni müharibə Azərbaycanın marağına uyğun deyil və Zəngəzur dəhlizinə görə Ermənistana hücum edəcəyi ehtimalı çox azdır: "Hər şeydən əvvəl, Bakıda anlayırlar ki, Ermənistan ərazilərinin işğalı elə bir beynəlxalq reaksiya doğura bilər ki, bu da ilk növbədə Azərbaycanın müstəqil və funksional bir dövlət kimi varlığını sual altında qoya bilər. İkincisi, Bakı Qarabağın tam azad olunmasından sonra regional stabilliyin təmin olunmasında maraqlıdır ki, bu da Orta Dəhliz və COP29 kontekstində ölkəyə yeni investorların gəlməsi və ölkənin beynəlxalq arenada imicinin yaxşılaşması üçün çox önəmlidir". Təhlilçiyə görə, sərhəddəki son gərginliklər yeni bir müharibənin əlaməti deyil, bunu daha çox sülh müqaviləsinin imzalanması perspektivlərinin azalması kimi dəyərləndirmək lazımdır: "Hazırda Azərbaycan tərəfinin əsas arqumenti odur ki, Ermənistan bu gün bu təklifi dəyərləndirib öz ərazisindən Bakı tərəfindən irəli sürülən şərtlərlə tranzitə icazə versin, yoxsa 30 ildir davam edən izolyasiya daha da uzanacaq".  Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov da hesab edir ki, Azərbaycan Zəngəzur uğrunda döyüşməyəcək. O, BBC-yə açıqlamasında qeyd edir ki, Ukraynada müharibənin başlamasından sonra Rusiyanın sanksiyalardan yayınmaq üçün Ermənistandan istifadə etməsinin nəticəsində iki ölkə arasında ticarət həcmi artıb və bu da Ermənistanın illik iqtisadi artım tempinin yüksəlməsinə səbəb olub: "Ermənistan məhz bu təcavüz şousunu inkişaf etdirərək sanksiyalar məsələsinə göz yumulmasına, həm də Qərb tərəfindən diqqət və dəstəyə nail olur. Sülh sazişi imzalanacağı, təcavüz şousu aradan qalxacağı halda Qərbin, xüsusən də Fransanın Ermənistana diqqəti və hərbi sahədə dəstəyinin miqdarı azalacaq". Ermənistandan olan siyasi şərhci Hakob Badalyana görə, Cənubi Qafqazda nəqliyyat yollarının açılmasının geosiyasi əhəmiyyəti artıb və bu da problemin həllinin Ermənistan və Azərbaycanın hüdudlarından kənara çıxması deməkdir: "Təbii ki, Bakı və İrəvan həll yolunun formalaşmasında əhəmiyyətli rol oynayır, lakin problemin əsas benefisiarları regional güclərdir. Faktiki dünya müharibəsi gedir və bu müharibənin əsas məqsədlərindən biri Çindən Avro-Atlantikaya qədər mühüm kommunikasiya və logistikaya nəzarətdir. Qafqaz ən mühüm regionlardan biridir və burada hansı mərclərin olduğunu təsəvvür edə bilərik". Türkiyəli siyasi şərhci Turgut Kərəm Tuncelə görə, Zəngəzur dəhlizi açıldığı təqdirdə Ermənistanın 30 ildən artıqdır regionda həyata keçirilən iri infrastruktur layihələrindən kənarda qalmasına və bölgədəki tədricinə son qoyulacaq: "Təcriddən qurtulub regiona inteqrasiya olan Ermənistanın belə bir vəziyyətdən siyasi və strateji üstünlüklərlə yanaşı, iqtisadi səmərə əldə edəcəyi və Ermənistanın Cənubi Qafqazın nəqliyyat qovşağı olması ilə təhlükəsizliyini də gücləndirəcəyi izah edilməlidir". O qeyd edir ki, Türkiyə Cənubi Qafqazda genişmiqyaslı münaqişənin baş verməsini istəmir. Bundan əvvəl Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bəyan edib ki, Ermənistan bu layihəni təsdiqləməsə, alternativ olaraq, İran üzərindən keçən yola üstünlük veriləcək. Bakı və Tehran bir müddət öncə İrandan keçməklə Naxçıvanı Azərbaycana birləşdirəcək yeni yolun tikilməsinə razılaşıb.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:50
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ