Cümə axşamı günü, 05 noyabr 2026
     

Bakı-İrəvan sülh görüşlərində fasilə bitdi - yeni fazanın başlanacağı gün...

Image


Akif Nağı: "...İnanmıram ki, Paşinyan razılaşmaya əməl etsin"

Fevralın 17-də Münhendə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə ikitərəfli görüşü olub.

Görüşdə iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub. Xarici İşlər nazirliklərinə tezliklə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib.

Əliyev-Paşinyan görüşündə razılıq əldə olunub ki, sülh sazişi üzrə danışıqlar davam etdirilsin. Ermənistan sözünün üstündə duracaqmı?

"Ermənistan iki dövlətin - ABŞ və Rusiyanın tapşırığı ilə hərəkət edə bilər" 

Azad Vətən Partiyasının sədri Akif Nağı "Bakı-Xəbər"ə şərhində "Münhen Təhlükəsizlik Konfransında Azərbaycan və Ermənistan rəhbərliyinin görüşü gözlənilən deyildi. Amma görünür müəyyən məsələlər, müəyyən  təşəbbüslər var. Deyərdim ki, bu görüş Qərblə Rusiya arasında təşəbbüs uğrunda gedən mübarizənin bir mərhələsi ola bilər. Bilirsiz ki, Azərbaycan Qərbin təşəbbüslərini birmənalı şəkildə rədd etmişdi. Sonuncu Qranada görüşündən sonra Azərbaycana qərəzli mövqe nümayiş etdirildi və tam olaraq ermənpərəst mövqedən çıxış etdilər. Qranada görüşü beş tərəfli formatda idi, Azərbaycanınn, Ermənistanın, Avropa İttifaqının, Almaniya və Fransanın iştirakı nəzərdə tutulurdu. Azərbaycan o vaxt şərt qoymuşdu ki, əgər format genişlənirsə, Türkiyə də iştirak etməlidir, onlar Türkiyənin iştirakına razılıq vermədikləri üçün Azərbaycan da görüşdən imtina etdi. Bu təkcə Türkiyənin iştirak edib-etməməsi ilə bağlı deyildi, onlar ümumiyyətlə Azərbaycana qarşı qərəzli mövqe tutdu. Azərbaycanı əsassız yerə sərt şəkildə ittiham etdilər, günahlandırdılar" - deyə bildirdi.

A.Nağı qeyd etdi ki, hətta Azərbaycana qarşı təzyiqlər başladı, sanksiyalar təklif edildi, çünki Azərbaycan "xidmətindən" istifadə edib. O bildirdi ki, Azərbaycan həmçinin Rusiyanın da vasitəçiliyinə o qədər meyl göstərməyib. "Azərbaycan Prezidentinin son açıqlamaları ondan ibarətdir ki, bizə vasitəçi lazım deyil, özümüz danışıqları ikitərəfli qaydada apara bilərik. Bu istiqamətdə Azərbaycan təşəbbüs göstərirdi, bu təşəbbüsün də müəyyən qədər nəticələri vardı. Keçən ilin dekabrında Azərbaycanla Ermənistan birgə bəyanatla çıxış etdilər. Razılaşmaya əsasən hərbiçilərin dəyişdirilməsi prosesi baş verdi, şərti sərhəddə ikitərəfli görüşlərlə bağlı addımlar atıldı. Azərbaycan sülh müqaviləsinə dair prinsiplərini vasitəçisiz olaraq Ermənistana təqdim etmişdi, onlar buna cavab verirdilər, münasibətlərini bildirirdilər. Yəni vasitəçisiz ikitərəfli danışıqlar prosesininin Azərbaycanın təşəbbüsü ilə getdiyini göstərdi. 

Azərbaycanda yeni prezident seçkiləri keçirildi və bu prezident seçkilərinə Qərb tərəfdən sanki bir müsbət münasibət bildirildi, onlar  da İlham Əliyevi yendən Prezident seçilməsi münasibətilə   təbrik etdilər. Azərbaycandan da nə isə gözlədikləri hiss olunurdu. Ona görə də, Azərbaycan bu dəvəti qəbul edib həmin konfransda iştirak etdi. Konfransın özündən daha çox görüşlər maraqlı idi. Siz də yəqin diqqət yetirdiniz, görüşlər qarşı tərəflərin təşəbbüsü ilə olurdu. Yəni istər beynəlxalq təşkilatlar olsun, istər ABŞ, Almaniya və başqa ölkələrin rəsmi şəxsləri olsun, onlar özləri Azərbaycan Prezidenti ilə görüşməyə can atırdılar, təşəbbüs göstərirdilər. Bu o demək idi ki, Azərbaycana deyiləcək sözləri var. 

Sonda da maraqlı bir hadisə baş verdi, gözlənilməz görüş keçirildi. Yeni bir format ortaya çıxdı. Almaniya kansleri Şolts ev sahibi statusunda Azərbaycan Prezidenti ilə Ermənistanın Baş nazirinin görüşünü təşkil etdi. Bu görüş, burada irəli sürülən təşəbbüs Azərbaycanın təşəbbüsünün davamı kimi dəyərləndirilməlidir.   Azərbaycan vasitəçisiz ikitərəfli danışıqların, görüşlərn tərəfdarıdır. Ona görə də, bu mənada Qərb Azərbaycanın mövqeyini qəbul edir, ola bilsin, Rusiya da artıq bu mövqe ilə hesablaşsın. 

Mətbuata çıxanlardan çıxış edib deyə bilərik ki, orada sülh müqaviləsi ilə bağlı xarici işlər nazirlərinə danışıqları davam etdirmələri üçün tapşırıqlar verildi, delimitasiya ilə bağlı tapşırıqlar, təlimatlar verildi. Delimitasiya üzrə komissiyanın görüşlərinin keçirilməsi təklif edildi. İlk baxışda vahid bir sənəd qəbul edilmədi, danışıqlar tapşırıqlardan ibarət oldu. Yəni bu görüşdən sonra xaric işlər nazirlərinə konkret tapşırıqlar verildi. Bu da fərqli yanaşmadır. 

Ermənistanın mövqeyinin dəyişib-dəyişməyəcəyinə gəldikdə, bu barədə fikir bildirmək çətindir. Hesab edirəm ki, böyük ehtimalla Ermənistanın mövqeyi dəyişməyəcək. Çünki hələlik heç nə dəyişməyib. Dəfələrlə bildirmişik ki, Ermənistanın sülh müqaviləsi imzalaması üçün ortada iki amil ola bilər. Ya Ermənistan üzərində təsir imkanına  malik olan dövlət Ermənistana tapşırıq verməlidir ki, get Azərbaycanla sülh müqaviləsi imzala, o halda Ermənistan sülh müqaviləsi imzalaya bilər. Bu dövlət ya ABŞ, ya Rusiya ola bilər. Çünki o biri dövlətlər o gücdə deyil ki, sonradan da sülh prosesini davam etdirsinlər. Ermənistan iki dövlətin - ABŞ və Rusiyanın tapşırığı ilə hərəkət edə bilər. Ya da Azərbaycanın təzyiqindən sonra, güc amili ortaya çıxandan sonra Ermənistan sülh müqaviləsini imzalaya bilər".

A.Nağı hesab edir ki, Ermənistanın sülh müqaviləsinin imzalanmasına marağı yoxdur, çünki sülh prosesini pozur, atəşkəsin pozulması da buna nümunədir. O qeyd etdi ki, heç Ermənistanın xaricdəki havadarları da, məlum xarici dövlətlər də sülhün yaranmasına həvəs göstərmir. "Qərb ABŞ, Avropa İttifaqı vasitəsilə meydandadır, danışıqlarda iştirak edir. Sülh müqaviləsinin imzalanması Qərbin maraqlarına uyğun deyil" - deyə qeyd edən A.Nağı bildirdi ki, Münhen görüşündə Əliyevlə Paşinyanın görüşündə əldə olunan razılığa Paşinyanın əməl edəcəyi şübhə doğurur: "Danışıqlar prosesində yeni faza açıldı, Azərbaycan Prezidenti yenə də öz təşəbbüsləri ilə ortaya nümunə qoydu. Münhendə İlham Əliyevlə Nikol Paşinyan arasında müəyyən məsələlərdə razılıq əldə olundu, amma inanmıram ki, Paşinyan razılaşmaya əməl etsin. Çünki o, heç zaman müstəqil qərar qəbul edə bilmir. Dəfələrlə söz verib, amma verdiyi vədi yerinə yetirməyib. Bu baxımdan Ermənistanın yeni şifahi razılaşmaya əməl edəcəyi elə də inandırıcı görsənmir.   Rəsmi İrəvan və onun havadarları sülh sazişinin imzalanmasında maraqlı görsənmir" - deyə qeyd edən A.Nağı hesab edir ki, Ermənistan hansısa formada sülhə məcbur edilməlidir.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - DİN

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ