Bazar günü günü, 08 noyabr 2026
     

Bakı və İrəvan vasitəçilərsiz danışacaq...

Image


“Bildiyiniz kimi, bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışır. Biz bunu alqışlayırıq. Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq mənim fikrimcə, ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi.

Mən cənab Baş nazirə minnətdaram ki, o da bu sahədə mümkün olan vasitəçilik imkanlarını ortaya qoyur. Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik və Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm üçtərəfli görüşə gələ bilərlər”. Bu fikirlər Tiflisdə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə mətbuata bəyanatla çıxış zamanı səsləndirib.

Beləliklə, Azərbaycan Ermənistanla ikitərəfli və üçtərəfli görüşə hazır olduğunu bəyan edir. Xüsusən də ikitərəfli görüşlər önəmli hesab olunur. Çünki bu halda vasitəçilərin də mövqeyinin nəzərə alınmasına ehtiyac qalmaz. Halbuki, Fransa kimi qərəzli vasitəçinin prosesdə iştirakı əlavə problem yaratmaqdan başqa heç nəyə xidmət etmir. Elə ekspertlər də hesab edir ki, Ermənistan rəhbərliyi siyasi iradə göstərsə, ikitərəfli əsasda sülh müqaviləsinin imzalanması tezləşə bilər. Vaşinqtonda Brukinqs İnstitutunun təhlilçisi Aslı Aydıntaşbaş “Amerikanın səsi” radiosuna müsahibədə bu xüsusda bildirir: “Mən qarşıdan gələn danışıqlarda Türkiyənin iştirak edəcəyini düşünmürəm. Ancaq Fransanın iştirakının da məntiqli olmadığını düşünürəm. Sülh müzakirələri olmalıdır. Ümid edirəm ki, Azərbaycan da, Ermənistan da bu yolda addım atar, sülh sözünü danışıqlarda, birbaşa danışıqlarda başda tutar. Amma bunun üçün otaqda nə qədər az insan olsa, o qədər yaxşıdır. Yəni Şarl Mişelin başçılığı ilə davam edən bir proses var. Liderlər bu şəkildə görüşə bilər. Onların bir alt səviyyələrindəki rəsmilər də birbaşa görüş keçirə bilər. Amma bundan başqa simmetriyanı qorumaq lazımdır. Dünya boyu sülh danşıqlarının formulası budur. Yəni otaqda bir ölkəyə yaxın 2, 3, 4 tərəfin olması, digər tərəfin isə tək qalması sülh üçün məntiqli bir yol, danışıq yolu deyil. Bunu sadəcə Fransa üçün demirəm. Türkiyənin də masada olması Ermənistan baxımından çətin bir vəziyyətdir, çünki Azərbaycana yaxın bir ölkə olaraq görülür. Eynilə Fransanın, xüsusilə də ən son xarici işlər nazirinin səfərindən sonra masada olması Azərbaycan üçün məqbul bir hal deyil”. Ekspert qeyd edir ki, bu ölkələr masada olmağa da məcbur deyil: “Sülh prosesini kənardan da dəstəkləyə bilərlər. Prinsipcə, sülh masasında simmetriya olmalıdır. Bu, birinci qaydadır. Bunu Azərbaycan, Ermənistan və vasitəçi rol oynayan üçün tərəf olaraq da görə bilərik. Bu, Şarl Mişel ola bilər, Amerika Bİrləşmiş Ştatları ola bilər. Niyyəti varsa ki, Rusiya da ola bilər. Yəni “2+1” olmalıdır. Ondan başqa aktorlar, o cümlədən Fransa və Türkiyə prosesi kənardan dəstəkləməlidir. Ancaq cənab Əliyevin Qranadaya getməməsi məyusedici olsa da, bu o demək deyil ki, sülh ehtimalı yoxdur, sülh prosesi tamamilə bitib. Ümid edirəm ki, ən yaxın zamanda başqa bir fürsətdə cənab Əliyev və cənab Paşinyan Avropada və ya neytral bir ölkədə bir araya gələr. Həqiqətən də bu fürsəti itirməmək lazımdır”.

Ekspert hesab edir ki, bölgədə Qarabağ məsələsinin müəyyən mənada sülh danışıqlarından qaldırılması nəticəsində yeni danışıqlar üçün bir zəmin yaradılıb: “Bəlkə də baş verənlər təəssüf doğurdu, insan faciələri oldu, amma digər tərəfdən də sülhün önündəki ən əsas əngəllərdən biri də aradan qaldırıldı. Bu durumu görüb, mövcud vəziyyəti əldən verməməliyik. İki ölkənin də sürətli şəkildə sülh masasına geri dönməli və ikitərəfli danışqılara üstünlük verməli olduğunu düşünürəm. Azərbaycan və Ermənistan öz aralarındakı məsələləri birlikdə həll edə bilər. Əgər bir araya gəlmək üçün üçünçü bir tərəfin vasitəçi roluna ehtiyac varsa, ola bilər. Amma artıq həll yolu prosesində tələb olunanlar, atılmalı olan addımlar bəllidir və iki ölkə böyük ölçüdə əsas məsələlər üzərində razılaşır, ikisi də bir-birinin milli təhlükəsizliyini, ərazi bütovlüyünü və suverenliyini tanıyır. Bundan sonra olmalı olan şey cənab Əliyev və cənab Paşinyanın bir otaqda bir araya gələrək əl sıxışmasıdır”. Ekspert vurğulayır ki, Azərbaycan və Ermənistan  ikitərəfli əsasda Zəngəzur dəhlizi məsələsini da asanlıqla həll edə bilər: “Azərbaycan və Ermənistan 40 kilometrlik bir yol üçün üçüncü, dördüncü tərəfə, bölgədəki bütün aktorlara, dünya güclərinə üz tutmaqdansa, məsələni öz aralarında asan bir formula ilə həll etməlidirlər. Bu yolun açılması hər iki ökənin xeyrinədir. Bu yolun Ermənistanın suverenliyi altında olacağı da aydındır, çünki söhbət Ermənistan torpağından keçən bir yoldan gedir və Azərbaycan səlahiyyətlərini də bunu qəbul etdiklərini deyirlər. Buna görə də, məsələni artıq uzatmadan, tez bir zamanda addım atmaq lazımdır, çünki söhbət 40 kilometrlik bir yoldan gedir. Ticarət yolları və iqtisadi baxımdan qarşılıqlı əlaqələrin gücləndirilməsi iki ölkə arasında davamlı sülhün bərqərar olması üçün şərtdir. Bundan əlavə isə bundan sonrakı nəsillər baxımından həqiqətən də yeni bir iqtisadi gələcək vəd etmək üçün şərtdir. Ona görə də mən bu yolun iki ölkə üçün də daha uyğun olacaq bir şəkildə və ağlabatan şərtlər altında Ermənistandan, Ermənistanın suverenliyi altında keçməsinin daha məntiqli olacağını düşünürəm. Zənnimcə, iki ölkənin maraqları baxımından bu daha məntiqlidir. Bundan sonra məsələni çox şişirtmədən, bütün bölgə aktorlarını məsələyə daxil etmədən, bir an əvvəl bu danışıqları həll etmək lazımdır. Nəticədə bu texniki bir məsələdir. Fəza raketi inşa etmək kimi bir şey deyil. Dünyanın bir çox yerində əldə olunan razılıqlar var. Hətta düşmən ölkələr arasında belə var. Azərbaycan və Ermənistan bu məsələni çox böyütmədən öz aralarında həll etməlidir”.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ