Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə terror aktı ilə bağlı Qaşqay Azadlıq Partiyası bəyanat verib.
Bəyanatda qeyd edilir ki, 27 yanvar tarixində səhər saatlarında Azərbaycan Respublikasının Tehrandakı Səfirliyi terror aktının hədəfi olub, səfirliyin mühafizə xidmətinin rəhbərinin şəhid olması və daha iki nəfərin yaralanması ilə nəticələnib. “Şübhəsiz ki, dünyanın hər yerində terror lənətlənir, lakin bu gün dünyanın gördükləri cinayətkar İslam rejiminin regionda və dünyada sabitliyi pozmaq məqsədi ilə on illərdir məşğul olduğu dövlət terrorizmidir.
Qaşqay Qai Azadlıq Yolu Partiyası Azərbaycan oğlunun şəhadəti münasibətilə Azərbaycan xalqına və türk millətinə başsağlığı verərək, yaralananların tezliklə sağalmasını arzulayaraq, bu terror aktını qətiyyətlə pisləyir və beynəlxalq ictimaiyyət islam rejiminin sabitliyi pozan hərəkətlərinə qarşı çıxsın. Səssiz olmayın”. Bu fikirlər Qaşqay Azadlıq Partiyasının 27 yanvar 2023-cü il bəyanatında qeyd edilib.