"Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktını qətiyyətlə pisləyir və bu terror hadisəsinin əsas səbəbkarlarının kimliyinin araşdırılmasını və aydınlaşdırılmasını tələb edirik. Azərbaycan dövlətinə və millətinə, şəhid Orxan Əsgərovun ailəsinə verərkən dövlətimizin və millətimizin yanında olduğumuzu bildiririk".
Bu fikirlər Azərbaycan Milli Dirçəliş Təşkilatının Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktına etiraz olaraq yaydığı bəyanatda əks olunub. Baki-xeber.com