20/03/2023 23:15
728 x 90

Laçın yolu haqda Venesiya Komissiyasından Ermənistana "yox" cavabı...

img

Avropa Şurasının Venesiya Komissiyasının baş katibi Qrant Menqini Ermənistan hakimlər ittifaqının sədri Azaryanın yanvarın 14-də ona göndərdiyi Laçın yolundakı vəziyyətlə bağlı məktubuna cavab verib.

Qrant Menqininin cavabına əslində "yola vermək" və ya "yox" demək daha düzgün olardı.

Çünki bu iş Komissiyalıq deyil. Azaryan Azərbaycanın guya Laçın yolunda qurduğu blokadanın ermənilər üçün humanitar fəlakət yaratdığını yazır və Venesiya Komissiyasından Azərbaycana təzyiqlər göstərməsini istəyir. Komissiyanın baş katibi isə Avropa Şurası sədrinin, AŞ müşahidəçilərinin, Avropa Məhkəməsinin rəyini və AŞ komissarı Dunya Miyatoviçin bəyanatını sadəcə xatırladaraq sonda bəyan edir ki, Venesiya Komissiyası qanunların Avropa normalarına uyğunlaşdırılması ilə məşğul olduğu üçün Laçın yolu ilə bağlı məsələ Komissiyanın mandatına uyğun deyil. Bu səbəbdən Baş katib məktubu Avropa Şurasının müvafiq strukturlarına göndərdiyini Azaryanın diqqətinə çatdırıb.

Ramil QULİYEV

Peşə etikası

Son xəbərlər