çərşənbə günü, 11 noyabr 2026
     

Səfirliyimizə basqın etmiş Yasinin SEPAH casusu olduğuna təkzibedilməz sübutlar...

Image


Öz terrorçu mahiyyətini İran adlanan dövlət, molla rejimi Tehrandakı Azərbaycan səfirliyinə hücum təşkil etməklə bir daha təsdiqlədi. İran vətəndaşı olan Yasin Hüseynzadə çox rahatlıqla Azərbaycanın Tehran səfirliyinə daxil olur, silahlı hücum həyata keçirir. Özü də bu olay İran polisinin gözü qarşısında baş verir, polis baş verənlərə adekvat reaksiya vermək əvəzinə seyrçi mövqeyində dayanır. Terroru törədən şəxs maşınla gəlib arxadan səfirliyə məxsus maşını vurur, amma bu hadisə polisin vecinə olmur. O da gözdən qaçmır ki, Y.Hüseynzadə mülkü paltarda qaçıb səfirliyimizə girəndə əli ilə polisə salam verir. Bütün detallar onu sübut edir ki, bu terror aktı məhz molla rejimi tərəfindən törədilib. Amma molla rejimi gerçəyi ört-basdır etmək üçün müxtəlif tamaşalar qurur, şoular yaradır. Bir sözlə, molla rejimi çalışır ki, terroru  məişət hadisəsi kimi qələmə versin. Guya terrorçu  uşaqla gəlib, Azərbaycan səfirliyində arvadını axtarırmış. Bu isə tamamilə absurddur.  Bütün faktlar sübut edir ki, hadisənin təşkilində və onun əsl mahiyətinin gizlədilməsində İran dövlətinin əli var.Əsl məqsəd bütün səfirlik əməkdaşlarını öldürmək idi. Azərbaycan hadisə zamanı öz vətəndaşını, səfirliyin mühafizə xidmətinin rəisi, baş leytenant Orxan Əsgərovu itirdi, o, molla rejimi tərəfindən şəhid edildi. Səfirlik əməkdaşları arasında yaralananlar da var.

“Baş verənlər göstərir ki, Tehran rejimi Azərbaycan səfirliyinə terror hücumunu əvvəlcədən planlaşdırıb, hədəf də səfirliyin bütün əməkdaşlarının qətlə yetirilməsi olub”

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO başqanının müavini, siyasi icmalçı Faiq Ələkbərli baki-xeber.com-a bildirdi ki, Azərbaycan səfirliyinə terror hücumu əvvəlcədən planlaşdırılıb. “Bu terrorun molla rejimi tərəfindən  “məişət  hadisəsi” kimi qələmə verilməsi qəbuledilməzdir. Baş verənlər göstərir ki, Tehran rejimi Azərbaycan səfirliyinə terror hücumunu əvvəlcədən planlaşdırıb, hədəf də səfirliyin bütün əməkdaşlarının qətlə yetirilməsi olub. Əslində son aylarda fars-şovinist rejiminin Azərbaycana qarşı olan hərəkətləri, eyni zamanda bir çox təxribatları bunu deməyə əsas verir. Yəni birmənalı şəkildə fars-molla rejimi Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdür. Bəzən bunu pərdələməyə çalışsa da, bir çox hallarda çirkin niyyətini açıq şəkildə ortaya qoyur. Mollalar Azərbaycan dövlətinə qarşı düşmən siyasətini aşkar büruzə verir. Şübhəsiz, Azərbaycan səfirliyinə terror hucumu da əvvəlcədən planlaşdırılıb və gerçəkləşdirilib. Görüntülərdən də açıq şəkildə görsənir ki, terrorçunun bütün hərəkətləri İran dövlətinin xüsusi nəzarəti altındadır. Əvvəlcədən hazırlanmış ssenari üzrə sürətlə maşınla gəlir, səfirliyə məxsus avtomobili vurur, sonra rahatlıqla əlində silah maşından düşür, o səfirliyə tərəf gedəndə İranın orada xidmətdə olan polisi ona heç bir sərt reaksiya vermir, əksinə, ora daxil olmasına şərait yaradıb. Terrorçu molla rejiminin ssenarisinə uyğun olaraq səfirliyə daxil olur və əlindəki avtomatla atəş açır, ona verilən tapşırıq səfirliyin bütün əməkdaşlarını qətlə yetirmək olub. Ona hər kəsi qətlə yetirmək və kütləvi qətl törətmək tapşırılıb. Bu şübhəsizdir.  Burada da məqsəd Azərbaycan xalqına və Azərbaycan Respublikasına göz dağı verməkdir, bizi qorxutmaqdır. Demək istəyirlər ki, Azərbaycanın birləşməsinə, bütövləşməsinə heç bir şəkildə yol verməyəcəklər. Bu baxımdan, terrorçunun guya səfirliyə məişət zəminində gəldiyinin heç bir inandırıcı tərəfi yoxdur. Terrorçunun gəlib öz arvadını Azərbaycan səfirliyində axtarması kimi uydurma bir məsələyə heç kəs inanmaz. Uydurduğu yalanlara heç rejimin özü də inanmır. Onu da vurğulayım ki, terrorçu Yasin Hüseynzadə ya İranın xüsusi xidmət orqanlarının təmsilçisidir, yaxud onun SEPAH-la sıx əlaqəsi var. Yəni bu da istisna deyil.  Çünki ortada olan sübutlar bunu deməyə əsas verir. Bu versiya üzərində araşdırmanın aparılması mütləqdir”.

F.Ələkbərlinin fikrincə, terrorçunun İran televiziyalarına çıxarılması və ondan müsahibə götürülməsi bir çox qaranlıq mətləbləri aydınladır. “Onu da qeyd edim ki, hadisədən sonra terrorçunun İran dövlət kanallarına çıxarılması, onun hansısa açıqlamalar verməsi kimi hallar dünya təcrübəsində yoxdur. Molla rejiminin terrorçunu dövlət telekanallarına çıxarıb onun açıqlama verməsinə şərait yaratması göstərir ki, İran bu terrorun arxasındadır. Bir səfirliyin mühafizə rəisini güllələyib şəhid edən, bir neçə əməkdaşını isə yaralayan terrorçunu dövlət kanalına çıxarıb ondan hansısa açıqlamalar almaq, onun özünə “haqq qazandırması”na şərait yaratmaq birbaşa həm hüquqa hörmətsizlikdir, həm bizə hörmətsizlikdir. Buna başqa cür ad vermək olmur. Bu onu göstərir ki, bu terrorun arxasında fars şovinist rejimi özü dayanıb və olayın əsl mahiyyətini pərdələməyə çalışdıqda isə özlərini ifşa etdilər, əməlləri açığa çıxdı. O adam terrorçudur, qanlı cinayət törədib, o telekanallara yox, birbaşa hüquq-mühafizə idarələrinə aparılmalı, sorğuya alınmalı idi. Amma əksi baş verdi. Bu olay da fars-molla rejiminin əsl mahiyyətini bir daha ortaya qoydu”-deyə F.Ələkbərli qeyd etdi.

F.Ələkbərli onu da vurğuladı ki, molla rejimi səfirliyimizə hücum təşkil etməklə Azərbaycan xalqına və Azərbaycan dövlətinə heç nə edə bilməz, soydaşlarımızın müstəqillik, azadlıq yolunu bağlaya, iradəsini sarsıda bilməz. F.Ələkbərli qeyd etdi ki, terror olayından sonra da həm Güneydəki, həm də Azərbaycanın Güneyindən olan, lakin hazırda xarici ölkələrdə yaşayan soydaşlarımız birləşərək tək ürəklə Azərbaycan xalqının, Azərbaycan dövlətinin, dövlətçiliyinin yanında olduqlarını ifadə ediblər. F.Ələkbərli bir daha dedi ki, molla rejiminin bütün cəhdləri, terror hücumları, təxribatları Azərbaycan xalqının və Azərbaycan dövlətinin gözünü qorxuda bilməz.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ