20/03/2023 22:24
728 x 90

Azərbaycan Mərkəz Partiyası molla rejimindən bu terror aktı ilə bağlı faktların üzə çıxarılmasını tələb edir…

img

Azərbaycan Mərkəz Partiyasının İranda Azərbaycan səfirliyinə olan terror hücumla ilə bağli Bəyanat verib.

27 yanvar tarixli Bəyanatda qeyd edilir: “Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumun şahidi olduq və çox təəssüf ki, bu terror hadisəsində Azərbaycanın bir vətəndaşi şəhid olub,və iki nəfər yaralanıb. 

Azərbaycan Mərkəz Partiyası, Azərbaycan Türk millətinə və dövlətinə və şəhidin ailəsinə başsağlığı elan edir.

Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı törədilən bu terror aktını pisləyib, Şəhidimiz üçün Uca Allahdan rəhmət və bağışlanma diləyir və habelə 

Bu hücumda Yaralıların tezliklə sağalmasını arzulayırlar. Bu terror aktı ilə bağlı faktların üzə çıxarılmasını tələb edirik və İran İslam Respublikası hökumətinin terror hadisəsi görə cavab verməli olduğunu qeyd edirik”.

Baki-xeber.com

Peşə etikası

Son xəbərlər