çərşənbə günü, 11 noyabr 2026
     

İran rejiminin soydaşlarımıza qarşı “su terroru” kəskin xarakter alır

Image


İranda rejimin xalqa qarşı həyata keçirdiyi siyasətin ən bariz nümunələrindən biri də ölkə miqyaslı problemlərin həllini bilərəkdən gecikdirməsi və ya ümumiyyətlə belə məsələlərlə bağlı hansısa addım atmamasıdır. Bunu İranda getdikcə kəskinləşən su böhranı fonunda görmək olar. Ekoloji ekspertlər yaxın illərdə ölkədə susuzluğun vəziyyəti ilə bağlı daha dəhşətli mənzərənin yaranacağını bildirir.

Bəzi nüfuzlu araşdırma qurumları, o cümlədən Ümumdünya Resurslar İnstitutu yaxın gələcəkdə 12 Yaxın Şərq ölkəsinda su qıtlığı böhranının yaşanacağını proqnozlaşdırıb ki, İran bu ölkələrdən biridir. Bu hesabatların bəziləri, o cümlədən İran Məclisi Araşdırmalar Mərkəzinin ölkədəki su vəziyyətinin gələcəyi ilə bağlı hesabatı göstərir ki, yaxın 10 ildə İranda adambaşına düşən su 976 kubmetr olacaq. Mütəxəssislərin fikrincə, bu rəqəmlər onu göstərir ki, ölkə üçün yaxın 10 ildə su ehtiyatlarını adambaşına bəlli bir miqdarda bölüşdürməkdən başqa çıxış yolu yoxdur. “Entekhab” xəbər saytı İran Məclisi Araşdırma Mərkəzinin hesabatı ilə bağlı yazıb ki, hazırkı vəziyyət davam edəcəyi təqdirdə, ölkədə adambaşına düşən bərpa olunan şirin su yaxın on ildə min kubmetrdən aşağı düşəcək və gələcəkdə İranın mərkəzi platosundakı su gərginliyi bütün ölkəyə yayılaraq, müxtəlif vilayətlər arasında su səbəbilə qarşıdurmalar yaşanacaq. Urmiyə Gölünü Canlandırma Mərkəzinin keçmiş rəhbəri İsa Kələntəri “Etemad” qəzetinə müsahibəsində  qeyd edib: “Ölkəmizin ən böyük problemi Qərblə nüvə proqramı üzrə müzakirə edilən Birgə Hərtərəfli Fəaliyyət Planı, hicab və ifadə azadlığı deyil, sudur”. Kələntəri bildirib ki, bütün göllər, çaylar, bataqlıqlar quruyub: “İqlim dəyişikliyi var, lakin İranın su istehlakı azalmaq əvəzinə günü-gündən artır”.  O, həmçinin, yaxın 20 ildə ölkənin yeraltı su ehtiyatlarının tükənəcəyi ilə bağlı xəbərdarlıq edib və bunu ölkə üçün ən böyük təhlükə adlandırıb. Beynəlxalq Hidrogeologiya Dərnəyinin İran bölməsi rəhbərinin müavini Məhəmməd Mirzəvənd isə bildirib ki, ölkənin yeraltı su ehtiyatlarının əhəmiyyətli bir hissəsi istehlak olunub və yağıntılar normal olsa da, əvvəlki illərdəki kimi quraqlıq olmasa belə, yeraltı su ehtiyatlarının istismarı olduğu kimi davam edəcəyi təqdirdə İranın yeraltı su ehtiyatları 20 ildən də az bir müddətdə tükənə bilər. Bununla belə, bir çox araşdırma da göstərir ki, yaxın illərdə İran ciddi su çatışmazlığı böhranı ilə üzləşəcək. Artıq son illərdə su böhranı ölkədə müxtəlif şəkillərdə öz təsirini göstərib. Buna bataqlıqların, göllərin və çayların quruması, toz-torpaq dumanları və havanın çirklənməsi səbəbindən şəhərlərdə normal həyat axarının pozulması, xalqın su qıtlığı səbəbindən hökumətə qarşı etiraz aksiyaları keçirməsi, müxtəlif bölgələr arasında su ehtiyatlarının paylanması ilə bağlı qarşıdurmaların yaşanması və elektrik enerjisinin kəsilməsi daxildir. Hökumət iddia edir ki, ölkənin mərkəzi rezervuarında gələcəkdə su çatışmazlığı problemini həll etmək üçün dənizlərdən mərkəzi vilayətlərə su nəqli layihələrini öz planlarına daxil ediblər. İbrahim Rəisi hökuməti Fars körfəzindən suyun Kirman və Yəzd vilayətlərinə ötürülməsi planının ikinci mərhələsinin icrasına başlamaq haqqında sərəncam verib. Bu layihənin ikinci mərhələsi reallaşarsa, həmin mərkəzi vilayətlərə 200 milyon kubmetr duzsuzlaşdırılmış su ötürüləcək. Bu planın məqsədi ondan sənaye və kənd təsərrüfatında istifadə etmək və vilayətin ehtiyac duyduğu içməli suyu təmin etməkdir. Amma layihənin icra müddəti gecikir və bunun ətraf mühitə ziyan vuracağına dair xəbərdarlıqlar olunur. İranın mərkəzi vilayətlərinə körfəzdən su nəqli layihələri ətrafındaa müzakirələr getdiyi vaxtda Cənubi Azərbaycanda Urmiyə gölündə vəziyyət daha da pisləşir. İran mediası onun vəziyyətini “gölün son anları” və ya “son nəfəsləri” kimi cümlələrlə şərh edir. Bu, İran Azərbaycanında ən çox narahatlıq doğuran ekoloji problemlərdən birinə çevrilib.

Bunlar fonunda “Khabaronline” saytı keçən həftə bir xəbər yayımlayaraq, Urmiyə gölündəki vəziyyətdən məsul qurumların gölün son durumu ilə bağlı statistik məlumatları yığışdırdığını və ya bu məlumatları yeniləmədiyini bildirib. Cənubi Azərbaycanda milli fəallar Urmiyə gölü probleminin İran hakimiyyəti tərəfindən həll olunacağına artıq şübhə ilə yanaşırlar. “Evin” həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Əkbər Nəimi son günlərdə Azərbaycan vilayətlərində yaranan su böhranı və suyun mərkəzi vilayətlərə ötürülməsi üçün hökumətin həyata keçirdiyi layihələrlə bağlı İbrahim Rəisi hökumətini tənqid edib. Siyasi məhbus həbsxanadan ötürdüyü bir səsli mesajında bildirib ki, Azərbaycan şəhərlərində ya su məsələsi üçün yol xəritəsi yoxdur, ya da layihələrin icra edilməsi zamanı dayandırılır. Hazırda 9 il 8 ay həbs cəzası çəkməkdə olan azərbaycanlı siyasi məhbus Əkbər Nəimi inqilabdan sonrakı illərdə gölün su səviyyəsinin azalma prosesinin hətta yağışlı illərdə də davam etdiyini vurğulayaraq, gölün iqlim dəyişikliyi nəticəsində quruması ilə bağlı fərziyyənin rədd edildiyini qeyd edib. O, Urmiyə gölünü canlandırma layihələrinin icrasında 25%-lik irəliləyişi də tənqid edib və bildirib: “Bu əhəmiyyətsiz rəqəmlərin və bu qüsurlu proqramların çatışmazlıqlarını bərpa idarəçiliyimi, yoxsa ölüm idarəçiliyi kimi qəbul etməliyik?”. 2011-ci ildə Cənubi Azərbaycan və türklərin yaşadığı şəhərlərdə keçirilən genişmiqyaslı etiraz aksiyalarında etirazçılar hökuməti qəsdən gölü qurutmaqda ittiham edən şüarlar səsləndirdilər və bu etirazlarda çoxlu sayda ətraf mühit fəalı və sadə vətəndaş təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınaraq, həbs cəzasına məhkum edildi. Həmçinin siyasi fəallar, o cümlədən İslam Respublikası hökumətinə müxalif olan təşkilatlar və partiyaların nümayəndələri öz bəyanatlarında və çıxışlarında azərbaycanlıların yaşadığı bölgə üzərində milli suverenlik məsələsini də gündəmə gətirir və hesab edirlər ki, azərbaycanlılar öz regionları üzərində suverenliyə malik olsaydılar, gölün qurumasının qarşısı alına bilərdi. Mərkəzi hökumət tərəfindən sərmayə qoyulması və Urmiyə gölü probleminin həlli ilə bağlı mərkəzi hökumətlə azərbaycanlılar arasında dərin inamsızlığın olması diqqət cəlb edir. Quraqlıq, su qıtlığının elmi idarə olunmaması və hökumətun Urmiyə gölünü bərpa etmək üçün qəsdən sərmayə qoymaqdan imtina etməsi Cənubi Azərbaycanda su böhranı tapmacasının bir hissəsidir. Son iki onillikdə İranda hakimiyyətə gələn hökumətlər ölkədə su böhranının idarə olunması ilə bağlı öz addımlarını müdafiə etsələr də, tənqidçilər ölkənin hazırkı su vəziyyətində ən mühüm amilin yanlış idarəetmə olduğunu deyirlər. Digər tərəfdən, ciddi su qıtlığı böhranına baxmayaraq, etnik ayrı-seçkilik problemi ilə də üzləşən ərəblərin məskunlaşdığı Əhvaz və türklərin yaşadığı Azərbaycan kimi bölgələrdə siyasi fəallar hakimiyyəti su qıtlığı problemi və resursların idarə edilməsində ayrı-seçkilik siyasəti yürütməsinin bu bölgələrdə su böhranının yaranmasında mühüm amillərindən biri hesab edirlər.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ