çərşənbə günü, 11 noyabr 2026
     

Qərbi Azərbaycan İcması Ermənistan hökuməti ilə təmasları necə quracaq... - MÜSAHİBƏ

Image


Qərbi Azərbaycan İcmasında Qayıdış Konsepsiyası qəbul edilib. Bu barədə Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının yekun iclasında qeyd edilib.

Qayıdış Konsepsiyasında bir sıra məsələlər öz əksini tapıb. O cümlədən, Konsepsiyada Qərbi Azərbaycan İcmasının Ermənistan hökuməti ilə təmaslar qurması öz əksini tapıb: “İcma qayıdış prosesinin nizamlı və effektiv şəkildə həyata keçirmək məqsədilə müvafiq beynəlxalq icraçı tərəfdaş tapmaq üçün səy göstərəcək. Bu tərəfdaşın BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının olmasına üstünlük veriləcək. İcma beynəlxalq icraçı tərəfdaş ilə birlikdə, tətbiq oluna bilən beynəlxalq standartlar əsasında, Azərbaycan hökuməti və Ermənistan hökuməti ilə təmaslar şəraitində qayıdışın detallı planını hazırlayacaq”.

  • “İki xalq arasında etimadı, vəziyyəti normal hala gətirmək asan olmayacaq”

Bu və digər məsələlərlə bağlı əslən Qərbi Azərbaycandan olan AMİP-in sədr müavini, İrəvan Türk Cümhuriyyətinin Millət Şurasının üzvü Afsəddin Nəbiyevə bir sıra suallar ünvanladıq:

- Əvvəla, bu təmaslardan nə kimi perspektivlər gözlənilir?

- Bu təmaslar beynəlxalq hüququn standartları əsasında həyata keçirilməlidir. Bütün dünya üçün insan hüquqlarının əsası Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 1948 - ci il 10 dekabrda BMT-nin 48 ölkəsi tərəfindən qəbul edilib. Sənəd beynəlxalq hüququn təməli sayılır. Məhz həmin gün - 10 dekabr Beynəlxalq insan hüquqları günü sayılır. Bu Paktın beynəlxalq müqavilə statusu var. Ona görə BMT-nin üzvü olan dövlətlər bu Pakta qoşulub. Sənədi Azərbaycan, eyni zamanda Ermənistan tərəfi də 1990-cı illərdə imzalayıb. Bu sənədin 13-cü maddəsində göstərilir; 1."Hər bir insan hər hansı bir dövlətin hüdudlarında sərbəst yer dəyişmək və özünə yaşayış yeri seçmək hüququna malikdir. 2.Hər bir insanın öz ölkəsi də daxil olmaqla istənilən ölkəni  tərk etmək  və öz ölkəsinə  qayıtmaq hüququ var". Göründüyü kimi, Azərbaycan dövləti bu Paktın müddəalarını yerinə yetirir. Ermənilərin Azərbaycanda yaşamaq hüquqlarına təminat verir. Ancaq Ermənistan tərəfi öz üzərinə götürdüyü bu paktın heç bir bəndinə məhəl qoymur. Yüz minlərlə azərbaycanlını etnik soyqırıma  məruz qoyaraq öz doğma yurdlarından indiki Ermənistan ərazisindən zorla qovub çıxarmışlar. Ona görə də biz indi işlərimizi beynəlxalq təşkilatlarla davam etdirərək  fundamental hüquqlarımızı tələb etməliyik, nəticədə tarixi torpaqlarımıza qayıdıb orada ləyaqətli həyat şəraitini təmin edib  yaşamalıyıq. Belə olduğu halda bölgədə davamlı sülhü də təmin etmiş olarıq.

- Prinsipcə, bu təmaslar necə qurula bilər? Bu məsələdə hansı istiqamətlərə xüsusi önəm verilməlidir?

- Təmaslar diplomatik korpus vasitəsilə, eyni zamanda Qərbi Azərbaycan İcmasının nümayəndələri vasitəsilə qurulmalıdır. Əslində erməni tərəfi bu təmaslara daha çox səy göstərməlidir. Qərbi Azərbaycan Konsepsiyasının həyata keçməsi əslində Ermənistana daha çox lazımdır. Qərbi Azərbaycandan zorla qovulmuş soydaşlarımızın öz yurdlarına qayıdışı təmin olunacaqsa  Ermənistan monoetnik dövlət damğasından xilas ola bilər. Yaşadığımız müasir dünyada monoetnik dövlət sistemi millətçiliyi təşviq etdiyindən, beynəlxalq ictimaiyyət tərəfindən normal qarşılanmır. Ermənistan bu dövlətlər siyahısındadır. Bunun da əsası odur ki, bu dövlət süni olaraq yaradılıb. İndiki halda da bu coğrafiyada dövlət kimi tam  idarə oluna bilmir. Dünya dövlətləri də bunu yaxşı bilir. Ona görə də  diplomatlarımızın, ictimai fəalların, beynəlxalq hüquq təcrübəsi olan hüquqşünaslarımızın görülməli olan işləri çoxdur. Bütün kanallardan istifadə etməklə haqq səsimizi dünyaya çatdırmalıyıq. Yeri gəlmişkən, AMİP beynəlxalq əlaqələrindən istifadə edərək daim bu məsələni gündəmə gətirir. Ona görə də bu məsələdə təkcə Qərbi Azərbaycandan zorla qovulmuş insanlar deyil, hər bir  azərbaycanlı aktiv hərəkətə keçməklə bu məsələni beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıdır.

- Ermənistan buna gedəcəkmi, yoxsa getməyəcək?

- Buna getməsi ən birinci Ermənistana daha çox fayda verə bilər. Bunu rasional düşüncəyə malik olan az sayda ermənilər çox yaxşı dərk edirlər. Sadəcə bilirik ki, uzun illərlə erməni cəmiyyətinin beyni mifik uydurma əsatirlərlə doldurulub. Erməni cəmiyyətində qeyri-sağlam təfəkkür formalaşıb. İki xalq arasında etimadı, vəziyyəti normal hala gətirmək asan olmayacaq. Hazırda vəziyyət elədir ki, ermənilər dünyanın geosiyasi mənzərəsinin reallıqlarını anlamaq məcburiyyətində qalıblar. Ona görə də onlar doğru və düzgün olan seçimi etməlidirlər. Bu coğrafiyada qonşu dövlətlərlə, xüsusilə Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamaq yolunu seçməlidirlər. Əks halda ermənilərin bir dövlət kimi mövcud olması mümkün deyil. İki seçimdən birini etmək onların öz işidir. Üstəlik, Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışı ermənilərlə azərbaycanlılar arasında etimadı formalaşdırar. Ermənilər Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınmış ərazilərində, azərbaycanlılar da indiki Ermənistan ərazisində  öz tarixi yurdlarımızda sülh şəraitində birgə yanaşı yaşayışı təmin etməklə bölgədə davamlı sülhü təmin etmiş olarıq. Bu, Ermənistannın xilası deməkdir.

- Təmaslar hansısa neytral ölkədə keçiriləcək, yoxsa növbəli şəkildə Ermənistan və Azərbaycanda?

- Təmaslar əvvəlcə hər iki dövlətin rəsmi nümayəndələri tərəfindən qurulmalıdır. Sonrakı mərhələdə icma ilə təmaslar qurula bilər. Bildiyimiz kimi, erməni hiyləgərliyi  siyasi leksikonumuza yaxşı məlumdur. Bu işlər görülərkən hər bir incə detalı diqqətlə analiz etməli, süzgəcdən keçirməliyik. Mükəmməl proqramımız olmalıdır, bu yöndə işlər gedir. Təmaslar istənilən ölkədə Azərbaycan və ya Ermənistanda ola bilər. Vacib olan məsələ bu deyil. Vacib olan Qərbi Azərbaycana Qayıdış Konsepsiysının beynəlxalq müstəviyə çıxarılmasıdır. Qərbi azərbaycanlıların fundamental hüquqlarının təmin olunması üçün birgə çalışmağımızdır. Bu işləri nizam-intizamla apara bilsək uğurlu nəticələr əldə edə biləcəyik. İnanıram ki, belə də olacaq.

Vidadi ORDAHALLI




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ