çərşənbə günü, 11 noyabr 2026
     

Dünyadan Azərbaycanın Tehran səfirliyinə terror hücumuna sərt təpkilər gəlməkdə davam edir...

Image


Bu səhər Azərbaycanın Tehran səfirliyinə silahlı hücumu pisləyirik. Bu hücumda həyatını itirən səfirliyin əməkdaşlarına Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirik. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Keçmişdə də bənzər hücumlara məruz qalan Türkiyə, Azərbaycan xalqının ağrısını dərindən anlayır və bölüşür. Bu alçaq hücuma görə məsuliyyət daşıyanların dərhal tapılıb məsuliyyətə cəlb edilməsi və təkrarlanmaması üçün bütün lazımi tədbirlərin görülməsi böyük əhəmiyyət kəsb edir.

Qardaş Azərbaycan heç vaxt tək deyil. Azərbaycana dəstəyimiz həmişə olduğu kimi, fasiləsiz olaraq davam edəcək", - deyə bəyanatda qeyd edilib.

“Azərbaycanın Tehrandakı səfirliyinə hücumla əlaqəli olaraq Azərbaycan tərəfinə dərin hüznlə başsağlığımızı bildiririk”. Bu barədə isə Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycanın İrandakı səfirliyində baş verən terror aktı ilə əlaqəli bəyanatında  deyilir.

"Daxil olan məlumata əsasən, bu gün səhər saatlarında silahlı şəxs səfirliyin binasına daxil olaraq atəş açıb. Nəticədə Azərbaycan Respublikasının səfirliyinin bir əməkdaşı həlak olub, iki əməkdaş isə yaralanıb. Hücum edən şəxs Tehran polisi tərəfindən saxlanılıb, istintaq aparılır. Bütün təqsirkarların məsuliyyətə cəlb olunacağına ümid edirik. Baş verən hadisə dövlətlərin Diplomatik Əlaqələr haqqında 18 aprel 1961-ci il tarixli Vyana Konvensiyasına əsasən ərazilərində fəaliyyət göstərən diplomatik nümayəndələrin təhlükəsiz fəaliyyətini təmin etməsinin vacibliyini bir daha təsdiqlədi", - bəyanatda deyilir.

Gürcüstan Xarici İşlər Nazirliyi də Azərbaycanın İrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyib. "Hər hansı diplomatik nümayəndəliyə qarşı hər hansı zorakılıq hərəkəti tamamilə qəbuledilməzdir. Faciə qurbanının ailəsinə başsağlığı veririk", - deyə qeyd edilib.

Slovakiya da Azərbaycanın Tehrandakı səfirliyinə bugünkü silahlı hücumu kəskin şəkildə qınayır. Bu barədə Slovakiya Respublikasının Xarici İşlər Nazirliyinin tvitter səhifəsində deyilir.

"Həlak olan səfirlik əməkdaşının ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik", - məlumatda deyilir.

Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən regional təşkilat - GUAM Azərbaycanın İrandakı səfirliyində törədilən və səfirliyin əməkdaşının ölümü ilə nəticələnən terror aktını kəskin şəkildə pisləyib.

"Azərbaycanın İranın Tehran şəhərindəki səfirliyində törədilmiş və səfirliyin əməkdaşının ölümü ilə nəticələnən terror aktını kəskin şəkildə pisləyir, həlak olanın ailəsinə, səfirliyin əməkdaşlarına və Azərbaycana dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını diləyirik.

GUAM Katibliyi olaraq Azərbaycan Respublikası ilə qəti həmrəy olduğumuzu bildirir, bu xain terror aktını törədənlərin və sponsorlarının məsuliyyətə cəlb olunmasını tələb edirik", - deyə təşkilatın yaydığı bəyanatda bildirilib.

“Azərbaycanın İrandakı səfirliyinə bu namərd hücum bizi dərindən qəzəbləndirib”. Bu barədə İtaliyanın Azərbaycandakı səfirliyi "Twitter"də bildirib.

"Həlak olanların ailəsinə dərin hüznlə başsağlığı verir. Yaralıların tezliklə sağalmasını arzulayaraq, təhlükəsizlik işçilərinin çevik və cəsarətli reaksiyasına heyran olduğumuzu bildiririk", - deyə qeyd edilib.

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç də Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumu pisləyib.

“Diplomatik missiyalara qarşı hücumlar qəbuledilməzdir. Azərbaycanla həmrəy olduğumu və həlak olanlara başsağlığımı bildirirəm”, - deyə o tvitter hesabında bildirib.

Moldovanın Xarici İşlər Nazirliyi də Azərbaycanın İrandakı səfirliyinə təşkil edilən terror hücumu ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

"Moldova bu gün Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu, mühafizə rəisinin həlak olması və iki mühafizəçinin yaralanmasını qətiyyətlə pisləyir", - nazirliyin paylaşımında deyilir.

Azərbaycanın İrandakı səfirliyinə hücumu qətiyyətlə pislədiyini deyən Latviya Respublikasının Xarici İşlər Naziri Edqars Rinkeviçs tvitter hesabında qeyd edib ki, diplomatik nümayəndəliklərə qarşı zorakılıq hərəkətləri tamamilə qəbuledilməzdir: “Həlak olanın ailəsinə başsağlığı verirəm".

Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi də İranın paytaxtı Tehranda Azərbaycan Respublikasının səfirliyinə silahlı hücumu şiddətlə pislədiyini bildirir.

"Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi Krallığın dost Azərbaycan Respublikası və xalqı ilə bu çətin gündə həmrəyliyini təsdiq edir və Diplomatik missiyanın toxunulmazlığına hörmət etməyə və günahkarların cəzalandırılmasına çağırır", - Krallığın XİN-i tvitterdə paylaşımında deyilir.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın paytaxtı Tehranda Azərbaycan Respublikasının səfirliyinə qarşı törədilmiş terror aktını qətiyyətlə pisləyir.

Bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "BƏƏ bu cinayət əməllərini qətiyyətlə pisləyir və təhlükəsizlik, sabitliyə xələl gətirməyə yönəlmiş hər cür zorakılıq və terrorizmi rədd edir. Diplomatik işi tənzimləyən qaydalara və nizamnamələrə uyğun olaraq diplomatik nümayəndəliklərin mühafizəsini təmin etmək lazımdır".

Nazirlik, həmçinin bu ağır cinayət nəticəsində həlak olan Azərbaycan Respublikası hökumətinə və Azərbaycan xalqına, səfirliyin əməkdaşının ailəsinə dərin hüznlə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.

Niderland XİN-in tvitter hesabında isə qeyd edilib ki, Niderland Azərbaycanın İrandakı səfirliyinə bu gün baş verən zorakı hücumu pisləyir.

"Diplomatik nümayəndəliklərə və şəxsi heyətə qarşı hər hansı hücum tamamilə qəbuledilməzdir. Həlak olanın ailəsinə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik", - məlumatda deyilir.

Qazaxıstan da Azərbaycanın Tehrandakı səfirliyinə diplomatik nümayəndəliyin əməkdaşlarının ölümü və yaralanması ilə nəticələnən hücumu qətiyyətlə pisləyir.

"Qazaxıstan diplomatik nümayəndəliklərə və onların nümayəndələrinə qarşı hər hansı zorakılıq təzahürü və təcavüz aktını qəbuledilməz hesab edir. Hesab edirik ki, bu cür hücumlar beynəlxalq hüququn əsaslarını və normalarını pozur və ümumbəşəri qınaq obyektidir. Biz qardaş Azərbaycan xalqına səmimi başsağlığı veririk, o cümlədən həlak olmuş Azərbaycan Respublikasının vətəndaşı Orxan Əsgərovun ailəsi və yaxınlarına başsağlığı veririk. Xəsarət alanlara tezliklə şəfa diləyirik. Əminik ki, İran İslam Respublikasının hakimiyyət orqanları faktla bağlı hərtərəfli araşdırma aparacaq və hadisəni törədənlərin cəzalandırılması üçün müvafiq tədbirlər görəcək”, - Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

İordaniya XİN də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu ilə bağlı Azərbaycana başsağılığı verib: "İordaniya Xarici İşlər və Mühacir məsələləri Nazirliyi bu gün Azərbaycan Respublikasının İranın paytaxtı Tehrandakı Səfirliyinin əməkdaşlarının məruz qaldıqları hücumun qurbanları ilə əlaqədar Azərbaycan Respublikasının hökuməti və xalqına dərin hüznlə başsağlığını ifadə edir.

Nazirlik Krallığın Azərbaycan Respublikasının hökuməti və xalqı ilə həmrəyliyini, xüsusən də diplomatik nümayəndəliklərin binalarını və orada çalışanları hədəfləyən zorakılığın bütün formalarını rədd etdiyini xüsusi qeyd edir, həlak olan şəxsin ailəsinə başsağlığını, yaralananlara isə tezliklə şəfa tapmaq arzusunu ifadə edir".

Böyük Britaniya səfirliyi adından Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşlarına dərin hüznlə başsağlığı verirəm.

Bu barədə Böyük Britaniyanın İrandakı səfiri Saymon Şerkliff öz "Twitter" hesabında yazıb.

Səfir mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb.

Pakistan Xarici İşlər Nazirliyindən isə bildirilir ki, bu gün Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumla bağlı Pakistan hökuməti və xalqı dərin kədər hissi keçirir.

 “Həlak olanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalması üçün dua edirik. Pakistan bu kədərli məqamda qardaş Azərbaycan xalqı ilə həmrəydir”,- deyə bildirilib.

Avropa İttifaqı da Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı başsağlığı verib.

“Aİ Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı Azərbaycan XİN-ə və Azərbaycan xalqına başsağlığı verir. Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir. Biz qəlbən həlak olan şəxsin ailəsinin yanındayıq. Yaralıların tezliklə sağalmasını arzulayırıq. Ətraflı istintaq aparılacağına və günahkarların məsuliyyətə cəlb olunacağına ümid edirik", - deyə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə üzrə Ali Nümayəndəsinin sözçüsü Peter Stano tvitter hesabında bildirib.

Estoniyanın xarici işlər naziri Urmas Reinsalu Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib.

"Diplomatik nümayəndəliyə qarşı hər hansı zorakılıq hərəkəti qətiyyən yolverilməzdir. Ölənlərin ailəsinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayıram", - nazir "Twitter" səhifəsində yazıb.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ