çərşənbə günü, 11 noyabr 2026
     

Türkiyədə prezident seçən partiyalar Azərbaycan barədə danışdılar...

Image


Qardaş Türkiyədə cari ilin may ayında keçiriləcək prezident və parlament seçkiləri bu ölkənin özü ilə yanaşı, digər dünya dövlətləri, o cümlədən Azərbaycanın da xüsusi diqqət mərkəzindədir. Qeyd edək ki, seçkilərin vaxtı bir ay irəliyə çəkilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunun səbəblərini belə izah edib: “Bildiyimiz kimi, prezident və parlament seçkilərinin normal vaxtı iyunun 18-dir. Lakin biz bu tarixi yeniləməyə ehtiyac duyduq. Çünki bu tarix Qurban bayramı ilə üst-üstə düşür”.

Bunun ardınca Ərdoğan seçkilərin mayın 14-də keçiriləcəyini bildirib. Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu bununla razılaşdıqlarını bildirib: “Seçkilərin keçirilmə tarixini mayın 14-nə təyin edirlər. Bizim tərəfimizdən heç bir problem yoxdur. Yetər ki, söz millətin olsun. “Millət İttifaqı” da bunu istəyir”. Qeyd edək ki, ötən ilin oktyabrında Türkiyədə prezident seçkiləri ilə bağlı sorğu keçirilib. Qardaş ölkənin hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan sorğuda birinci olub. "MetroPoll”un təşkil etdiyi seçki sorğusunda 42,1 faiz səs toplayan Ərdoğan bütün rəqiblərini geridə qoyub. O, ən yaxın rəqibi - Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunu 19,6 faiz üstələyib. Bundan əlavə, Mənsur Yavaş 16,9 faiz səs toplayıb, Əkrəm İmamoğlu isə siyahıda yer almayıb. Rəyi soruşulan respondentlərin 42 faizi prezident seçkilərində Ərdoğana səs verəcəkləri bildirib. 23 faiz respondent Kılıçdaroğlunu, 17 faiz Yavaşı, 12 faiz isə HDP-nin namizədini dəstəkləyəcəyini açıqlayıb. Beləliklə, Türkiyədə prezident seçkisində əsas rəqabətin Ərdoğanla ölkənin 6 müxalifət partiyasını birləşdirən “Altılı Masa”nın namizədi arasında gedəcəyi proqnozlaşdırılır. Amma indiyə kimi “Altılı Masa”nın vahid namizədinin adı açıqlanmayıb. Gözlənilir ki, “Altılı Masa”ya daxil olan Cümhuriyet Xalq (CHP), İYİ, Səadət, (SP), DEVA, Gələcək (GP) və Demokrat partiyalarının liderləri Kamal Kılıçdaroğlu, Meral Akşener, Temel Karamollaoğlu, Əli Babacan, Əhməd Davudoğlu və Gültekin Uysalın birgə məsləhətləşmələrindən sonra vahid namizədin kimliyi fevral ayında açıqlansın. İndilikdə isə qeyd edək ki, Ərdoğanın prezidentliyi dövründə Ankaranın, xüsusilə İkinci Qarabağ müharibəsində Azərbaycana açıq siyasi dəstək verməsi Türkiyənin Azərbaycan üçün siyasi-mənəvi əhəmiyyətini daha da artırdı. Bununla belə, 2008-2010-ci illərdə Ankara ilə Bakı arasında gərginliyə səbəb olmuş Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması layihəsinin “ideya ataları” sayılan Əhməd Davudoğlu ilə Əli Babacanın “Altılı Masa”da təmsil olunmaları fonunda bu siyasi birliyin namizədi seçkidə qələbə qazanarsa, Türkiyə-Azərbaycan əlaqələrini hansı perspektiv gözləyir? Burada bir daha xatırladaq ki, 2008-ci ildə rəsmi Bakının əleyhinə çıxmasına rəğmən, Türkiyə hökuməti Ermənistanla “normallaşma prosesi”nin başlanması ilə bağlı bir sıra diplomatik cəhdlər etdi. Həmin ilin aprelində xarici işlər naziri Əli Babacan Ermənistan xarici işlər naziri Edvard Nalbandyana məktub göndərərək Türkiyənin Ermənistanla münasibətlərini normallaşdırmaq üçün dialoqa hazır olduğunu bəyan etdi. Həmin müddətdə pezident Abdullah Gül Türkiyə və Ermənistan milli komandalarının oyununu izləməkdən ötrü, Babacanın özü isə 2009-cu ilin aprelində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısı üçün İrəvana səfər etdi. 2003-cü ildən başlayaraq, Abdullah Gülün baş nazir və prezidentliyi dövründə onun xarici siyasət üzrə baş məsləhətçisi olan Əhməd Davudoğlu 2009-cu ilin aprelində xarici işlər naziri kürsüsünə keçdikdən sonra da Ermənistanla münasibətlərin normallaşdırılması siyasətini önə çəkərək İrəvanla dialoqu davam etdirdi. Davudoğlu Ankara ilə İrəvan arasında diplomatik əlaqələrin qurulmasını hədəfləyən tarixi “Sürix protokolu”nu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla birlikdə imzalamış, prezident Serj Sarkisyan iki ölkənin futbol üzrə milli komandalarının oyununu izləmək üçün Türkiyəyə səfər etmişdi. Türkiyə müxalifətindən və Azərbaycandan edilən təzyiqlərdən sonra bu sənədlər parlament ratifikasiyasına çıxarılmadan rəfə qaldırılmışdı. Beş il sonra Davudoğlu yenidən erməni-türk əlaqələrinin bərpası üçün təşəbbüs göstərdi: 2013-cü ilin dekabrında Qara Dəniz İqtisadi Əməkdaşlıq təşkilatının İrəvanda keçirilmiş toplantısında şəxsən iştirak etdi. 

İndiki vəziyyətdə isə millətçilik ideologiyasına əsaslanan İYİ Partiyasında hesab edirlər ki, təşkilatın Azərbaycanla bağlı siyasəti AKP iqtidarınınkından fərqli deyil. Partiyanın beynəlxalq məsələlər üzrə sədr müavini, millət vəkili Əhməd Kamil Erozan BBC-yə bu xüsusda bildirib: “Azərbaycan siyasəti bir dövlət siyasətidir, iqtidardan iqtidara çox dəyişməz. Klassik cümlələrlə ifadə etmiş olsaq, “bir millət iki dövlət” və Azərbaycanın torpaq bütünlüyünün qorunmasının vacibliyi prinsipi bizim üçün də əsasdır”. Bununla belə, Erozan hesab edir ki, Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı ilə Rusiya ordusunun bölgəyə nəzarət etməsinə Türkiyə iqtidarı razılıq verməməli idi: “İqtidar ruslara “yox” deyə bilmədiyi üçün ruslar oradadırlar. Nə zaman çıxacaqlar? Bu çoxmu lazım idi? Mən buna Türkiyənin razılıq verməməli olduğunu düşünürəm. İqtidar bununla müəyyən mənada Azərbaycanda Rusiyanın varlığına “hə” dedi”. Azərbaycandan “Türkiyə üçün çox-çox önəmli, çox strateji və qardaş ölkə” kimi bəhs edən mühafizəkar Gələcək Partiyasından Ümid Yardıma görə, ölkələr arasındakı əlaqələrdə bir nömrəli prioritet qurumlar arasında əlaqələr sisteminin qurulmasıdır. O hesab edir ki, İkinci Qarabağ müharibəsi prosesində rəsmi Ankara önəmli yerdə olsa da, imzalanan anlaşma zamanı və sonrakı proseslərdə diplomatik masada olmaması Türkiyənin yeri və gücü baxımından qəbuledilməz vəziyyətdir: “Əgər Azərbaycanla Ermənistan arasında problemlər varsa – təbii ki, var - deməli, Qarabağ problemi hələ də çözülməyib. Bu problemin həllində mütləq Türkiyə də olmalıdır. Ermənistana Moskva, ya da Brüssel Türkiyədən dahamı yaxındır”. Ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasında da Türkiyə hakimiyyətinin Azərbaycan siyasətini yüksək qiymətləndirirlər. Burada qeyd edilir ki, partiyanın Azərbaycan siyasəti ilə bağlı hakimiyyətlə heç bir fikir ayrılığı yoxdur. Səadət Partiyası sədrinin beynəlxalq əlaqələr üzrə müavini Mustafa Kaya isə qeyd edir ki, Türkiyədə Azərbaycanla əlaqələr partiyaların maraqları üstündə olan bir anlayışla yürüdülür: “Azərbaycan mövzusu Səadət Partiyası üçün milli mövqe hesab edilir və hər hansı siyasi dəyişikliyə, siyasi seçimə görə formalaşmır. Qarabağ məsələsində, xüsusilə Rusiyanın bufer zonada öz hərbi qüvvələrini yerləşdirməsi, bu bölgəyə Türkiyənin qarışa bilməməsi və ən azı masada özünü tam hiss etdirə bilməməsi bizim tənqid etdiyimiz nöqtədir. Rus ordusunun mövcudluğu ilə Azərbaycanın qazanclarının hər an bir problem yaşayacağına dair narahatlığımız var. Bufer zonada yalnız rus ordusunun yerləşdirilməsi və bölgənin Rusiyanın arbitrajlığına verilməsi zamanı Türkiyə daha effektiv ola bilərdi. Azərbaycanla Rusiya arasındakı əlaqələr, təbii ki, bölgənin reallıqlarına baxdığımızda lazımdır. Eynilə, Türkiyənin Rusiya ilə əlaqələrini davam etdirdiyi kimi. Amma Ermənistanın hər dəfə çətinliyə düşəndə ABŞ-ın, Fransanın, Rusiyanın birbaşa müdaxiləsi üçün müraciət etməsi fonunda Türkiyə diplomatik masada bir az daha aktiv olmalıdır”.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ