çərşənbə günü, 11 noyabr 2026
     

1915-ci ildə Zəngəzur və İrəvan quberniyalarındakı 391 məscid necə oldu... - I yazı

Image


“Tariximizin izi ilə” rubrikasında Qərbi Azərbaycanda vaxtilə mövcud olan dini ocaqlarımızdan, müqəddəs məkanlarımızdan danışmaq istəyirik. O dini ocaqlardan ki, Ermənistan hökuməti və erməni şovinstləri onları tamamilə yer üzündən siliblər.

O da sirr deyil ki, bolşevik və daşnak qüvvələri də ötən əsrin əvvəllərində məscidlərimizə divan tutublar. Amma bununla belə tarixi mənbələrdə, yazılarda bu barədə məlumatlar var, dövrün xəritələrində  mövcuddurlar, bir də bizdən əvvəlkilərin yaddaşlarında onların izləri qalıb. Biz də bu izi tutub mənbələr, faktlar, yazılanlar əsasında Qərbi Azərbaycan ellərinə üz tuturuq.  

İrəvanın yaranma tarixi barədə indiyə qədər çox versiyalar var, bunların arasında, əlbəttə, reallıqdan uzaq olanları da, həqiqətə yaxın gələnləri də, tam reallığı əks etdirənləri də var. Çağımızda İrəvan bir orta əsr şəhəri kimi təqdim edilir. Bir orta əsr şəhərini, əlbəttə, məscidlərsiz təsəvvür etmək çətindir. Bu o dövrdür ki, islam dini artıq tam olaraq oturuşub, hakimi-mütləq dinə çevrilib. Bizim o dövrün insanlarının da dini inancı, imanı, islama bağlılığı çox sıx olub. Qədim oğuz türklərinin yurdu olan Qərbi Azərbaycanda islam dini geniş yayılıb və burada islam dini ocaqları, məscidləri mövcud olub.    

Hər zaman milli və dini kimliyinə sahib çıxan Azərbaycan türkləri islama bağlılıqlarını bu məscidləri inşa etməklə də ifadə ediblər.

Bütövlükdə Qərbi Azərbaycandakı məscidlərin sayı barədə əlimizdə dəqiq məlumat yoxdur. Bəzi mənbələrə görə, 1912-ci ilə qədər Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid fəaliyyət göstərib. Hazırda isə bu məscidlərin heç biri qalmayıb və hamısı ermənilər tərəfindən dağıdılıb. Başqa bir məlumata görə, 1915-ci ildə Zəngəzur və İrəvan quberniyasının ərazisində 382 şiə məscidi, 9 sünni məscidi fəaliyyət göstərib. İrəvan quberniyasında məscidlərin artma dinamikası 1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə 382 şəklində olub. Bu mövzuda tədqiqat aparan alimlərin fikrincə, bu artım dinamikası bölgədə müsəlman əhalisinin sürətlə artmasından və bu ərazidə müsəlman ruhanilərinin güclü mövqeyindən xəbər verir.

  • Məhəllə məscidləri…

Qeyd edilənə görə, məhəllə məscidləri Zəngəzurun Şəki, Vaqudi, Mərdhuz, Qarraq, Saldaş, Karkyal, Ağbəs, Ağbağ, Hacıəmi, Ballıqaya, Karkas, Çaralı, Xardcmaqlı, Dəstəkərd, Qalacıq,  1-ci Cicimli, 2-ci Cicimli, Qaroaçalı, Seydlər, Mollalar, Təzə Kilsə, Nərcan, Zor, Əfəndilər, Pasan, Xurtekes, Hacıqəmbər, Qarabağlar, Dəmirçilər, Dondarlı, Kurdaluq, Ulaclı, Saraclı, Dərzili, Oxçi, Kaqlar kəndlərində fəaliyyət göstərib. Tarixçilərin yazdıqlarına görə, ümumilikdə İrəvan quberniyasının Eçmiədzin uyezdində 36 məhəllə məscidi, Sürməli uyezdində 47 məhəllə məscidi, Şərur-Dərələyəz uyezdində 63 məhəllə məscidi, Novobayəzed uyezdində 14 məhəllə məscidi, İrəvan uyezdində 54 məhəllə məscidi fəaliyyət göstərib. Bu məscidlərdə quberniyada anadan olanların, ölənlərin, evlənənlərin, boşananların qeydiyyatı aparıb. Hər məhəllənin mollası qubernator tərəfindən təyin olunub.

Tədqiqatçılar yazır ki, İrəvan şəhərinin özündə isə XX əsrin əvvəlinə kimi Qədim Şəhər, Came, Hacı Novruzəlibəy, Hacı İmamverdibəy, Mirzə Səfibəy, Hacı Cəfərbəy məscidləri fəaliyyət göstərib. İrəvanın Came məscidi kompleksində iri mədrəsə binası da mövcud olub. Bu tarixi abidələrin əksəriyyəti ermənilər tərəfindən vəhşicəsinə məhv edilib, yaxud mənşəyi dəyişdirilib.

  • Şopen məscidlər barədə nə yazıb?

Məlumatlara görə, 1832-ci ildə İvan Şopen İrəvan şəhərində 12 məscid qeydə alıb: Came məscidi, Qala məscidi, Şah Abbas məscidi, Zal xan məscidi, Novruzəli bəy məscidi, Sərtib xan məscidi, Hüseynəli xan məscidi, Hacı İmamverdibəy məscidi, Hacı Cəfərbəy məscidi və s. Bu gün Şopenin yazıları ən mötəbərlərdən biri kimi dadımıza çatır. Şübhə yoxdur ki, biz bu faktlar əsasında faəliyyətimizi daha da canlandıracağıq.

Çox təəssüflər olsun ki, bu gün o məscidlərin heç biri qalmayıb. Məlum, erməni vandalları Qərbi Azərbaycan ərazisində salamat qalmış bir sıra Azərbaycan və bütün alban abidələrini erməniləşdirib, məscidlərimizi, dini ocaqlarımızı isə tarimar edib dağıdıb. Heç şübhəsiz ki, məscidlərimizə qarşı genosid törədən erməni vandalları, başlıcası isə Ermənistan hökuməti, dövləti beynəlxalq məhkəmələrdə bunun cavabını verməlidirlər.

  • İrəvan qalasında ən qədim məscid…

Tarixçilər yazır ki, göydələn minarələri olan İrəvan məscidləri şəhərin əsas siluetini səciyyələndirən qurğulardan idi. Belə məscidlərin elə 4-ü qalanın "Şəhər" adlı məhəlləsində yerləşirdi: "Novruzəli xan", "Hüseynəli xan" (Göy məscid), "Xoca Səfərbəy" və "Məhəmməd Sərtibxan" məscidləri. 1604-cü ildə I Şah Abbas İrəvan qalasını osmanlılardan azad edəndən sonra Sərdar sarayının şərq tərəfində möhtəşəm bir məscid inşa etdirdi. 1606-cı ildə inşa edilən bu məscidin memarı o vaxtın məşhur sənətkarı Şeyx Bahəddin idi. Gəncə məscidi ilə ümumi oxşarlığı olan İrəvan məscid kompleksinə mədrəsə, kitabxana, mehmanxana və müxtəlif təyinatlı tikililər daxil idi. 1918-ci ilə qədər məscid və ətrafındakı binalar kompleksi, yarıuçuq da olsa, qalırdı. Sonralar tamamilə məhv edildi.

1725-ci ildə Rəcəb Paşa tərəfindən İrəvan qalasında yeni bir məscid inşa edildi. XVIII əsrdə Abbas Mirzə tərəfindən inşa etdirilən məscid də memarlıq üslubuna görə hər kəsi heyran edəcək gözəllikdə olmuşdur. Ruslar İrəvan qalasını işğal etdikdən sonra (1827) Abbas Mirzənin inşa etdirdiyi məscid tamamilə sökülmüş, Rəcəb Paşanın ucaltdırdığı məscidin yerində isə rus kilsəsi tikilib.

Göy məscid adı ilə məşhur olan Hüseynəli xan məscidinin əvvəllər dörd minarəsi olub. İkinci dünya müharibəsindən sonra məscidin üç minarəsini dağıdıblar. Son dövrlərə qədər təkminarəli də olsa, Göy məscid İslam nişanəsi kimi şəhərdə diqqəti cəlb edən abidələrdən idi.

Qeyd edilənə görə, XX yüzilliyin əvvəllərinə qədər İrəvan qalasında 8 məscid fəaliyyət göstərib. Mənbələr yazır ki, indi onların izi belə qalmayıb. İrəvan qalasında ən qədim məscid 1510-cu ildə Şah İsmayılın əmri ilə inşa olunub. 1918-ci ildə ermənilər həmin məscidə müsəlmanları dolduraraq, od vurub yandırıb. Məscid insanlarla birgə tamamilə yanıb külə dönüb. Bu barədə internet resurslarında yayılan məqalələrdə bildirilir.

  • Abbas Mirzə məscidi…

Tarixçilər qeyd edirlər ki, Abbas Mirzə məscidi və ya Xan məscidi XVIII əsrdə Abbas Mirzə Qovanlı-Qacar tərəfindən İrəvan qalasında inşa etdirilən məscid kimi tarixə düşüb. Tarixçilər bəzi mənbələrə istinadən bildirirlər ki, İrəvanda mövcud olmuş 3 məscid - Abbas Mirzə məscidi, Şah Abbas məscidi və Sərdar məscidlərinin əslində eyni bir məscid olduğu iddia edilir. Qeydlərə görə, ruslar İrəvan qalasını 1827-ci ildə işğal etdikdən sonra Abbas Mirzənin inşa etdirdiyi məscid 2008-ci ildə tamamilə sökülüb.

Məscid on səkkizinci əsrin əvvəllərində İrəvan xanı Hüseynqulu xan Sərdarın hakimiyyəti dövründə inşa edilib və Qacar şahzadəsi və Azərbaycan hakimi Abbas Mirzənin adı ilə adlandırılıb.

Məscidin fasadı göy və yaşıl kaşılarla bəzədilmiş, mərkəzi hissəsi gözəl gümbəzlə örtülürdü.

Qeydlərə görə, İrəvan xanlığının Çar Rusiyası tərəfindən işğalından sonra məscid cəbbəxana kimi istifadə edilib. Daha sonra isə bir müddət rus əsgərlərinin sığınacağı olub.  Dərc olunan yazılarda vurğulanır ki, Ermənistan SSR qurulduqdan sonra isə məscid tamamilə məhv edilib və dövrümüzə yalnız bir divarının qalığı çatıb. Onun da hazırda mövcudluğu şübhə doğurur.

Bu ərazidə mövcud olmuş məscidlərdən biri Əkərək məscididir ki, İrəvan quberniyasının Üçmüəzzin qəzasında fəaliyyət göstərib. Tarixçilərə görə, bu məscid köhnə Karbi mahalı ərazisində yerləşib. O bölgədə mövcud olmuş Bicni məscidinin adı çəkildə də barəsində heç bir informasiya verilmir. Tarixi Təpəbaşı məscidindən də danışmaq yerinə düşərdi. Məlumatlara görə, Təpəbaşı yaşayış massivində yerləşən məscidinin minarəsi 1960-cı illərdə uçub. Tarixçilərin əldə etdikləri bəzi məlumatlara görə, həmin məscidi İrəvan şəhər idarəsinin (upravasının) üzvü, xan nəslindən olan Abbasqulu xan İrəvanski tərəfindən təmir edilib. Onun evi də həmin məhəllədə olub.

Digər məscdi Zal xan məscidi olub. O İrəvan şəhərinin qədim hissələrindən biri olan Şəhər bölməsində yerləşən məşhur məscidlərdən biri idi. Məscid İrəvan şəhərinin Qala və Təpəbaşı məhəllərinin arasında yerləşirdi. Tarixçilər güman edilər ki, məscid 1649-1685-ci illərdə ucaldılıb. Henri Linçə görə, məscidin üzərində ərəb qrafikası ilə Azərbaycan türkcəsində olmaqla məscidin 1687-ci ildə tikildiyi qeyd olunub. Tədqiatçılar burdan belə qənaətə gəliblər ki, 1679-cu ildə tikilib. 1928-ci ildə məscidin böyük zalı sökülüb və yerində İrəvan oteli tikilib. 1999-cu ildəki rekonstruksiyadan sonra otel Qolden Tulip İrəvan Otel adlandırılmaqdadır. Azərbaycan Dövlət Arxiv İdarəsində saxlanılan və 1949-cu ilə aid məlumata görə, Zal xan məscidi sovet dövründə sərgi salonu kimi istifadə olunub. Zal xan məscidinin istifadə məqsədi II Dünya müharibəsindən sonra dəyişdirilib. Buna qədər məscidin iki mərtəbəli binası və bir çox hücrəsi mövcud olub. Hazırda, Artistlər Evinin sərgi salonu köhnə məscidin binasında yerləşməkdədir.

  • Xristian məbədinə çevrilən Rəcəb Paşa məscidi…

1725-ci ildə Rəcəb Paşa tərəfindən İrəvan qalasında məscid inşa edilir. Belə ki, 1724-cü ildə Osmanlı qoşunları yenidən İrəvanı ələ keçirdikdən sonra türk sərkərdəsi Rəcəb paşa şəhərin inkişafı üçün bir sıra tədbirlər həyata keçirir. Onun tapşırığı ilə 1725-ci ildə Qalanın içərisində yeni bir məscid inşa edilir ki, həmin məscid onu inşa etdirənin şərəfinə Rəcəb paşa məscidi adlandırılırdı. Bu məscid düzgün paralelepiped formasında və sferik günbəzli idi, həmçinin Şərq üslubunda həndəsi ornamentlərlə bəzədilmişdi.

İrəvan qalasının 1827-ci il oktyabrın 1-də rus qoşunları tərəfindən işğalından bir gün sonra Rəcəb Paşa məscidinin günbəzindəki ay-ulduzu çıxarıb, yerində xaç və kilsə zəngi asaraq onu rus pravoslav kilsəsinə çevirilib. Daha sonra onun xarici quruluşunda da dəyişiklik edilmiş, fasadına silindrik sütunlar əlavə edilmiş, damına örtük vurulmuş, xristian məbədi formasına salınıb. Rəssam Frans Rubonun İrəvan qalasının alınmasına həsr etdiyi rəsmdə öndə Rəcəb paşa məscidi və onun minarəsi, arxa planda isə İrəvan xan sarayının yaxınlığında Sərdar məscidinin təsviri verilib. 1930-cu illərdə aparılan "Allahsızlar" kampaniyası çərçivəsində Rus pravoslav kilsəsi də sökülərək məhv edilib…

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ