çərşənbə günü, 11 noyabr 2026
     

Qarabağda və Ermənistanda Vardanyandan yeni qurtuluş prosesləri başladı

Image


Azərbaycan və Ermənistan arasında sülh prosesinə əngəl yaradan əsas fiqurlardan birinə çevrilmiş Ruben Vardanyandan ermənilər arasında da narazılığın artması müşahidə edilir. Ermənilər də görür ki, bu şəxsin gəlişi onların Azərbaycanla münasibətlərinin normallaşmasına ciddi əngəl yaradır.

Azərbaycan Vardanyanın ölkə ərazisinə daxil olmasını və bölücülüklə məşğul olmasını qanunazidd addım və cinayət sayır. Nüfuzlu “Financial Times” qəzetində dərc etdirdiyi məktubunda da Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Ruben Vardanyanın Azərbaycan-Ermənistan normallaşma prosesinə mənfi təsirindən bəhs edib.

Erməni mediasının yazdıqlarından belə bəlli olur ki, həm Ermənistanda, həm də Qarabağda Vardanyandan xilas olmağa çalışırlar. Elə bu günlərdə Ermənistanın “Qraparak” nəşri məsələ ilə bağlı qeyd edirdi ki, Ruben Vardanyanla Arayik Arutyunyan arasındakı münasibətlər sülh yolu ilə nizamlanma mərhələsinə qədəm qoysa da, Qarabağdakı mənbələr bunun yalnız zahirən belə olduğunu bildirir. Nəşrə görə, Ermənistan hakimiyyəti Ruben Vardanyanın uzaqlaşdırılması ilə bağlı Arayik Arutyunyana təzyiqləri davam etdirir və Qarabağda hansısa anda Arutyunyanın geri addım atacağını istisna etmirlər: “İndi Azərbaycanın Laçın yolunun açılması ilə bağlı tələb listəsində, digər tələblərlə yanaşı, Vardanyanın istefası da var. Azərbaycan Vardanyanın uzaqlaşdırılmasına daha çox önəm verir. Burada onlar əmindirlər ki, Vardanyan Qarabağa Kreml tərəfindən göndərilib və Köçəryan-Sarkisyan cütlüyündən əl çəkmiş Rusiya hakimiyyəti Vardanyan vasitəsilə Cənubi Qafqazda mövcudluğunu təmin etməyə çalışır”. Ermənistanın “Past” nəşri də yenidən mövzuya toxunaraq yazır ki, Arutyunyan tərəfindən idarə olunan bəzi “dairələr” Ermənistan hakimiyyətinin dəstəyi ilə Vardanyanı sıradan çıxarmağa can atır: “Xüsusilə Qarabağın “keçmiş ombudsmanı”, “keçmiş dövlət naziri" Artak Beqlaryan, indiki “ombudsman” Geğam Stepanyan, "keçmiş ərazi idarəetmə və infrastrukturlar naziri" Hayk Xanumyan, “keçmiş səhiyyə naziri” Mikayel Hayriyan, “keçmiş xarici işlər naziri, xüsusi tapşırıqlar üzrə səfir” Masis Mayilyan, “baş prokuror” Qurqen Nersisyan özünəməxsus şəkildə “dövlət naziri” Ruben Vardanyana qarşı “koalisiya” yaradıblar. Üstəlik, Hayk Xanumyanla Mikayel Hayriyan bunu gizlətmirlər və bu günlərdə sosial şəbəkələrdə sərt yazılar yazırlar. Yeri gəlmişkən, “Past” qəzetinin Qarabağdakı mənbəsi bildirir ki, Qarabağda “növbədənkənar seçkilər” mövzusu ən yüksək səviyyədə bağlanmış kimi görünsə də, adıçəkilən şəxslər “seçkilərdə vahid komanda” kimi iştirak etmək məqsədilə intensiv şəkildə hazırlaşırlar. Əldə etdiyimiz məlumata görə, onların “prezidentliyə namizədi baş prokuror” Qurgen Nersisyandır. Xüsusən də sonuncu ilə Hayk Xanumyanın dostluğu çox maraqlıdır. Məsələ burasındadır ki, Qurgen Nersisyan cəmi 6-7 ay əvvəl Xanumyana qarşı konkret olaraq məmur səhlənkarlığı və 70 milyon dram civarında ziyan vurmaq ittihamı ilə cinayət işi açıb və indi onlar “bir komanda” kimi fəaliyyət göstərirlər”. Nəşr bildirib ki, istənilən halda, Vardanyanın sıradan çıxarılması əsas plandır və bunu Nikol Paşinyan da tələb edir.

Qeyd edək ki, elə bu günlərdə separatçıların “sözçüsü” David Qalstyan maraqlı bir açıqlama verərək bildirmişdi ki, Nikol Paşinyan Ruben Vardanyanın Qarabağda olmasını istəmir. O bildirib ki, erməni separatçıların lideri Arayik Arutyunyanın Vardanyanla şəxsi problemi yoxdur və onun “istefası” məsələsi Paşinyanın təşəbbüsü ilə gündəmə gəlib: “Paşinyan Vardanyanın Qarabağda olmasını istəmir. Vardanyan hər dəfə Paşinyanla üz-üzə gələndə problemlər yaranırdı. Vardanyan ona bildirib ki, Ermənistandan təkcə maliyyə və humanitar yardım gözləmir, İrəvan mövcud vəziyyətin nizamlanması üçün daha ciddi işlər görməlidir. Və bu, Nikol Paşinyanın xoşuna gəlməyib”. İndi isə bəlli olub ki, Ermənistanda Azərbaycanın düşməni Ruben Vardanyana qarşı bir neçə müxalifət qrupu yaradılıb. Erməni  mediasına istinafən “konkret.az” portalı yazır ki, Ruben Vardanyana qarşı yaradılan müxalifət fraksiyalarının müxtəlif motivləri var. Onun bir hissəsi Ermənistan səlahiyyətliləri tərəfindən idarə olunur və maliyyələşdirilir: “Ermənistan hakimiyyəti Vardanyanın bu ölkədə güman edilən qələbəsinin qarşısını almağa çalışır. Ona görə də Nikol Paşinyanın hakimiyyətini təhdid edən Vardanyanın qəfildən Qarabağdan İrəvana köçməsinin qarşısını almaq üçün hər şeyi edəcəklər. Vardanyan da Qarabağla bağlı fərqli mövqeyi ilə Paşinyan-Əliyev razılaşmalarına müdaxilə edir. Narazı olanların bir qrupu dövlət aparatının keçmiş nümayəndələridir və təkcə bu deyil. Öz növbəsində, Ruben Vardanyan hamının “işlərinin” öyrənilməsini tapşırıb. Və məlumata görə, hər an cinayət işlərinə əsas ola biləcək kifayət qədər fakt aşkarlanıb. Vardanyana etiraz edənlərin digər qrupu isə müxtəlif korporativ və QHT təşkilatları, dövlət büdcəsindən qidalananlar, Vardanyanın gəlişindən sonra işdən və gəlirdən məhrum olanlardır”. Bu fonda Vardanyana qarşı birləşənlərin sayı artır və belə vəziyyətdə sonuncunun duruş gətirməsi daha çətin hala gəlir.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ